Sürücü avtomobili izdihamın üzərinə sürdü - Ölən və yaralanan var
Dünya
205
15:50, Bu gün

Sürücü avtomobili izdihamın üzərinə sürdü - Ölən və yaralanan var

Avstraliyanın Melburn şəhərində "Supanova Comic Con" festivalının keçirildiyi ərazinin yaxınlığında naməlum şəxs avtomobilini piyadaların üzərinə sürüb.

Moderator.az xəbər verir ki, bu barədə "9news" telekanalı polisə istinadən məlumat yayıb.

Hadisə nəticəsində bir nəfər həyatını itirib, başqa bir şəxs isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Şahidlər boz rəngli avtomobilin yüksək sürətlə insanlara tərəf irəlilədiyini görüblər.

Sürücünü saxlamağa çalışan hadisə şahidlərindən biri deyib: "Təkər səsi eşitdim, gəncin biri yüksək sürətlə səkiyə qaçıb çıxdı, maşın bir neçə nəfəri vurdu".

Polis şübhəlinin həbs edildiyini bildirib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər