Orban məğlubiyyətindən danışdı:
Dünya
212
17:27, Bu gün

Orban məğlubiyyətindən danışdı: "Ağrı və boşluq hiss edirəm"

Macarıstanın Baş naziri Viktor Orban parlament seçkisi günü ağrı hiss etdiyini və hazırda "əmək terapiyası" ilə müalicə aldığını etiraf edib.

Moderator.az xəbər verir ki, bu barədə keçmiş hökumət rəhbəri "Patriota" portalına müsahibəsində deyib.

"Əgər məndən hisslərim barədə soruşsanız, ağrı və boşluq hiss etdiyimi deyə bilərəm. Bazar günü sadəcə ağrı, bazar ertəsi isə boşluq duydum və o vaxtdan bəri əmək terapiyasının köməyi ilə müalicə olunuram", - deyə o bildirib. O, həmçinin bu boşluqdan birtəhər qurtulmağa və ya onu doldurmağa çalışdığını da qeyd edib.

Xatırladaq ki, aprelin 12-də Macarıstanda keçirilən parlament seçkisinin nəticələrinə əsasən, müxalif "Tisa" partiyası parlamentdə konstitusiya çoxluğu əldə edib. Ölkəyə 16 il rəhbərlik edən Orban rəsmi olaraq partiyasının məğlubiyyətini qəbul edib. Onun postunu vaxtilə Orbana heyran olan və uzun müddət onun davamçısı sayılan 45 yaşlı Peter Madyar tutacaq.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər