Çin nüvə enerjisi sahəsində qlobal liderliyi ələ keçirdi
Dünya
254
17:30, Bu gün

Çin nüvə enerjisi sahəsində qlobal liderliyi ələ keçirdi

Çində mövcud nüvə elektrik stansiyalarının ümumi potensialı 125 milyon kilovata yüksələrək ölkəni bu sahədə qlobal lider mövqeyinə daşıyıb.

Moderator.az xəbər verir ki, bu məlumat Çin Nüvə Enerjisi Assosiasiyasının yaydığı "Çin Nüvə Enerjisinin İnkişafı Hesabatı 2026" adlı rəsmi sənəddə öz əksini tapıb.

Hesabata görə, hazırda Çin ərazisində 60 nüvə enerjisi bloku kommersiya məqsədilə fəaliyyət göstərir. Bununla yanaşı, dünya üzrə inşa edilən nüvə reaktorlarının yarısından çoxunu təşkil edən əlavə 36 blokun tikintisi davam edir. Həmçinin hökumət tərəfindən təsdiqlənmiş daha 16 blok inşaat prosesinin başlanmasını gözləyir.

Sənəddə vurğulanır ki, Çin rəhbərliyi 2026-cı il ərzində artıq iki yeni enerji blokunun inşasına start verib və cari ilin sonunadək daha yeddi bloku istifadəyə verməyi hədəfləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər