20:41
13°C
Bakı
Türkiyənin Şanlıurfa bölgəsinin Siverek rayonunda orta məktəblərdən birində valideyn müəllimə bıçaqla hücum etməyə çalışıb.
Moderator.az xəbər verir ki, bu barədə "Sözcü" qəzeti məlumat yayıb.
Məlumata görə, silahlı hücum edən şəxs məktəbdəki polis əməkdaşları tərəfindən saxlanılıb.
Asayiş keşikçilərin müdaxiləsi sayəsində bıçaqla hücumun qarşısı son anda alınıb.
Qeyd olunur ki, insident zamanı xəsarət alan olmayıb.
Hadisə ilə bağlı araşdırma başlanılıb.