Türkiyədə məşhur serialların yayımı dayandırıldı: Ssenarilər dəyişdirilir
Dünya
243
16:00, Bu gün

Türkiyədə məşhur serialların yayımı dayandırıldı: Ssenarilər dəyişdirilir

Türkiyədə Şanlıurfa və Kahramanmaraşda baş verən və ölkə gündəmini zəbt edən məktəb hücumlarından sonra cinayət, şiddət və zorakılıq motivli bəzi serialların yeni bölümlərinin nümayişi dayandırılıb.

Moderator.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb. Bildirilib ki, "Yeraltı", "Eşref Rüya", "A.B.İ." və "Taşacak Bu Deniz" kimi serialların ssenarilərində ciddi dəyişikliklər ediləcək. Bundan başqa reklam verən şirkətlərin böyük bir qisminin şiddət ehtiva edən seriallardan maliyyə dəstəyini dayandırdığı bildirilir.

Məlumata görə, ölkədə sözügedən məsələ ilə bağlı ictimai etirazlar davamlı olaraq çoxalır. Onlar bu kimi olayların baş verməsinə bir sıra televiziya seriallarının və kompüter oyunlarının təsir etdiyini iddia edirlər. Bu səbəbdən də film istehsalçıları artan ictimai qınaq qarşısında təcili tədbirlər görmək məcburiyyətində qalıblar. Ekran işlərindəki silah istifadəsi və zorakılıq səhnələrinin ən aza endirilməsi məqsədilə ssenarilərdə əsaslı redaktə işlərinə başlanacağı və yeni bölümlərin bu çərçivədə yenidən yazılacağı açıqlanıb.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər