21:47
12°C
Bakı
Rusiyada atışma olub, ölən və yaralılar var.
Moderator.az-ın xəbərinə görə, hadisə Orenburq vilayətinin Akkermanovka qəsəbəsində baş verib.
Məlumata görə, federal axtarışda olan bir nəfər hüquq-mühafizə orqanlarının əməkdaşlarını görüb və onlara atəş açıb.
Hadisə nəticəsində bir polis əməkdaşı ölüb, daha üçü yaralanıb.
Yaralılara tibbi yardım göstərilib, cinayəti törədən şəxs hadisə yerindən qaçıb.