İranın hava məkanı təxminən aprelin 18-i səhər saatlarına qədər bağlı qalacaq.
Moderator.az xəbər verir ki, bu barədə TASS-a Yaxın Şərqin aviadispetçer xidmətlərindəki mənbə bildirib.
"İranın hava məkanı aprelin 18-i ümumdünya vaxtı ilə saat 05:30-a (Bakı vaxtı ilə 09:30-a - red.) qədər uçuşlar üçün bağlı olacaq", - deyə agentliyi məlumatlandıran mənbə ölkənin aviasiya qurumlarının müvafiq qərarına istinadən qeyd edilib.
İstisna hal kimi dövlət, hərbi və sanitar aviasiyasının uçuşlarına, həmçinin axtarış və xilasetmə məqsədli reyslərə icazə verilir.
"Bu cür uçuşlar mülki aviasiyaya nəzarət orqanının ayrıca icazələri əsasında həyata keçirilə bilər", - deyə xəbərdə vurğulanıb.
İranın hava məkanı fevralın 28-i günün birinci yarısında ABŞ və İsrailin hərbi əməliyyata başlamasından sonra bağlanıb.