KİV: Mask şirkətlərini birləşdirir
Dünya
1415
30 Jan 2026 | 13:34

KİV: Mask şirkətlərini birləşdirir

ABŞ-li sahibkar İlon Mask kosmik "SpaceX" şirkəti ilə "xAI" və "Tesla"nı birləşdirməyi nəzərdən keçirir.

Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.

Nəşrin məlumatına görə, hələlik yekun qərar verilməyib və bu sövdələşmələrin hər hansı birinin "Yaxın Şərqdəki infrastruktur fondları və investorlar tərəfindən əhəmiyyətli dərəcədə maraq doğuracağı" vurğulanır.

Qeyd olunur ki, bu, Maskın biznes imperiyasını möhkəmləndirmək istəyini göstərir.

"Bloomberg"in fikrincə, bir sıra investorlar "SpaceX"in elektrik avtomobilləri istehsalçısı "Tesla" ilə birləşmə perspektivini dəstəkləyir.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər