Paşinyan Albaniyada hansı ölkəni təmsil edib?
1555
17 May 2025 | 00:01

Paşinyan Albaniyada hansı ölkəni təmsil edib?

Avropa Siyasi Birliyinin Tiranada keçirilən növbəti zirvə sammitində kuryoz hadisə yaşanıb.
 
Kadrlar Ermənistan baş nazirinin rəsmi internet resursu tərəfindən yayılıb.
 
Albaniya paytaxtına səfəri çərçivəsində Ermənistan hökumətinin başçısı Nikol Paşinyan niderlandlı həmkarı Dik Şuf ilə görüşüb. Görüş zamanı masa üzərindəki Ermənistan bayrağı əksinə asılıb.
 
Qeyd edək ki, Ermənistan bayrağının əksi Kolumbiyanın rəsmi dövlət atributu ilə üst-üstə düşür. Odur ki, Paşinyanın bu görüşdə hansı dövləti təmsil etdiyi sual doğurub və gülməli vəziyyət yaradıb.

 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər