Putindən xəbərdarlıq: Bazarı itirə bilərik!
2129
13 Mar 2024 | 08:18

Putindən xəbərdarlıq: Bazarı itirə bilərik!

OPEK+ formatı çərçivəsində Rusiyanın neft hasilatı göstəriciləri azalır, digər ölkələrdə, o cümlədən ABŞ-da artır. Bu səbəbdən bazarı itirmək riski yaranır.
 
Bu barədə Rusiya Prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri qeyd edib ki, Rusiya neft bazarında payını itirsə, investisiya yatıra bilməyəcək:
 
“Rusiya dünya neft bazarında qiymətləri dəstəkləməyəsəydi, neft ucuzlaşardı, o zaman ABŞ-da şist neft hasilatı çökərdi, çünki banklar bu sahənin perspektivsizliyini nəzərə alaraq kredit verməzdilər. Belə olan halda biz bazarı inkişaf etdirərdik, sərmayələr edərdik, ABŞ isə yox”.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər