Bizi sosial şəbəkələrdən izləyin:
"Rusiya Ukrayna böhranının diplomatik yolla həllinə hazırdır".
Bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsinin birinci müavini Dmitri Polyanski deyib.
O bildirib ki, Rusiya heç vaxt Ukraynadakı münaqişənin həlli üçün danışıqlardan imtina etməyib: “Söhbət Rusiyanın xüsusi hərbi əməliyyat çərçivəsində məqsəd və vəzifələrinin diplomatik yolla həyata keçirilməsini təmin etməkdən gedir”.
D.Polyanski həmçinin söyləyib ki, Rusiyanın Ukrayna ilə bağlı danışıqlara başlamaq üçün Qərbdən xahiş etməsinə dair iddialar həqiqətə uyğun deyil.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin müharibənin sülh yolu ilə həllinə çalışdığını dəfələrlə bəyan edib.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirib ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib. Ukrayna Prezident Ofisinin müşaviri yanvarın 27-də deyib ki, Rusiya artıq genişmiqyaslı hücumlar təşkil etmək iqtidarında deyil. /Report/