Manisada dəhşətli qəza: Onlarla yaralı var - FOTO/VİDEO
Dünya
1985
25 Aug 2023 | 11:55

Manisada dəhşətli qəza: Onlarla yaralı var - FOTO/VİDEO

Türkiyənin Manisa şəhərinin Soma rayonunda kənd təsərrüfatı sahəsində çalışan işçiləri daşıyan mikroavtobus ilə minik avtomobili toqquşub. Zərbənin təsirindən mikroavtobus aşıb.

Nəticədə 30 nəfər xəsarət alıb.

Hadisə yerinə xilasetmə qrupları, yanğınsöndürənlər və təcili yardım qrupları göndərilib.

Yaralılar xəstəxanaya çatdırılıblar, onlardan birinin vəziyyətinin ağır olduğu bildirilir.

 

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

 

Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər