Trampın Azərbaycan sərhədinə atdığı “bomba” - İranla müharibə hazırlığı
Oxunub: 1205
23 Feb 2018 | 10:06
Trampın Azərbaycan sərhədinə atdığı “bomba”
 - İranla müharibə hazırlığı
İranın müdafiə naziri general Əmir Hatəminin Bakıya səfəri ilə eyni gündə dünya mediasına ABŞ-ın İranla uzunmüddətli münaqişəyə hazırlaşdığı ilə bağlı yazılar yayıldı. ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Herbert Makmaster 2018-ci ilin birinci yarısı İslam respublikasına hücum etmək üçün əsl vaxt olduğunu deyib.

Əlbəttə, ilk baxışda iki xəbər arasında bağlantı  görünməyə bilər. Amma söhbət İran-ABŞ toqquşması ehtimalından gedirsə, bu hərəkətliliyi bir yerdə oxumaq lazımdır. Məsələ ondadır ki, 8 illik Obama hakimiyyəti illərində ABŞ İran, Kuba kimi düşmənlərlə barışdı. İranla uzun sürən danışıqların nəticəsində BMT TŞ-nin 5 daimi üzvü və Almaniyanın qatıldığı “altılıq” qrupu ölkələr arasında nüvə sazişi imzalandı. Bu saziş İranın nüvə silahı əldə etməsinin qarşısını alır və nüvə fəaliyyətini beynəlxalq nəzarət altına alırdı. Bunun qarşılığında İrana nüvə işi ilə bağlı tətbiq olunan sanksiyaların bir qismi götürüldü, İran xarici banklarda dondurulmuş pullarının bir qismini ala bildi. Lakin təbii ki, bu anlaşma Yaxın Şərqdəki münaqişələrə təsir etmədi.

Ancaq Obamadan sonra prezident seçilən Donald Tramp özündən əvvəlki prezidentin tutduğu xəttin əksinə olaraq daha çox sələfi Corc Buşun yolunu tutdu. Tramp vəzifəyə gəldikdən dərhal sonra Obamanın İranla bağlı xəttini tənqid etdi və İranı terrorizmin əsas dəstəkçisi adlandırdı. Təbii ki, bənzər açıqlamalar Tehrandan da gəldi. Oktyabrda isə Tramp bəyan etdi ki, nüvə anlaşmasını təsdiqləməyəcək və yenidən baxılmaq üçün Konqresə göndərəcək. Yaxın Şərqdə baş verən son hadisələr də göstərir ki, İran-ABŞ gərginliyi ən üst səviyyədədir.

İndi isə sual yaranır: ABŞ nədən İranla müharibə etmək istəyir? Axı əslində məntiqlə həmin ABŞ dövləti, onun kəşfiyyat, ordu qurumları iki il əvvəl İranla nüvə razılaşması əldə olunanda uyğun müsbət rəy vermişdi. Razılaşma əldə olunanda ABŞ-ın uyğun qurumları bəyan etmişdilər ki, bu anlaşma İranın nüvə silahı əldə etməsinin qarşısını alacaq. Ancaq üstündən iki il keçməmiş ABŞ rəhbərliyi bunun əksinə qərar verir. Bu da onu göstərir ki, məsələ nüvə silahı problemi deyil, ortada başqa səbəblər var.

ABŞ-İranla qarşı-qarşıya gətirən Yaxın Şərqdəki maraqları, o cümlədən İsraildir. İran Yaxın Şərqdə ABŞ-ın özü ilə birbaşa və müttəfiqləri ilə münaqişə vəziyyətindədir. Yəməndə İranın dəstəklədiyi üsyançılar hakimiyyəti ələ keçirib və günü-gündən daha da möhkəmlənirlər. İraqda iqtidarda İrana loyal yanaşan qruplardır. Suriyada İranın təsiri müharibədən əvvəl olsa da, indi qat-qat güclənib. Eyni zamanda ərəb dövlətlərinin Fələstin məsələsində qətiyyətsiz mövqe tutması səbəbindən sülh prosesi yarımçıq qaldı və hazırda Livan və Fələstində İranla müttəfiq olan müqavimət qrupları sürətlə nüfuz qazanır. Yəni Yaxın Şərqin bütün ölkələrində İran və ABŞ maraqları toqquşur. Ən böyük təhlükə isə İsrailə qarşıdır. İsraildə və Qərbdə də anlayırlar ki, uzun illər davam edən müharibələrdən sonra çox ciddi döyüş təcrübəsi qazanmış region ölkələrindəki silahlı qruplar günlərin birində arxalarındakı güclə İsrailə hücum etsələr amansız müharibə olacaq. Daha əvvəl İsrail inkişaf etmiş, böyük döyüş təcrübəsi olan hərbiyyəsi və regiondakı avtoritar ərəb rejimlərinə təsir etməklə böyük müharibənin qarşısını alır. Ancaq indi İran kimi dəstəkçisi olan silahlı birliklər İsrail üçün təhlükə mənbəyidir.

Trump
Bu səbəbdən də hazırkı ABŞ administrasiyasının İranla birbaşa savaşa girməsi riski günü-gündən yüksəlir. Bunu bir formada Münhen Təhlükəsizlik Konfransında İsrailin baş naziri Benyamin Netanyahu da bəyan etdi.

Hələlik ABŞ-la İran arasında Avropa Birliyi var. Çünki Avropa yeni müharibənin olmasını istəmir. Məsələ ondadır ki, hazırkı Yaxın Şərqin xəritəsini 100 il əvvəl Avropa ölkələri - Britaniya və Fransa çəkib. Və hələ də bu ölkələrin Yaxın Şərqdə ciddi təsirləri var. İkincisi, növbəti müharibə həm böyük qaçqın ordusu, iqtisadi tənəzzül, bazarları itirilməsi və nəhayət, ABŞ-ın rolunun artması anlamına gələcək. Sadalanan bütün faktorlar Avropanın maraqlarına uyğun deyil. Əksinə, AB ölkələri, xüsusən də Fransa, Almaniya kimi dövlətlər İran kimi bazara daxil olmaq, əlverişli müqavilələr əldə etməyə çalışırlar. Artıq “Airbus” şirkəti İrana 100 ədəd təyyarə satışı müqaviləsi imzalayıb. İlk 20 təyyarə isə təhvil verilib. Almaniyanın isə 100-dən artıq şirkəti İranda iş qurmaq üçün bu ölkədə təmsilçilik açmağa hazırlaşır. Müharibə bütün bunlardan imtina edib yeni fəlakətlərə hazırlıq deməkdir. Bu səbəbdən də hazırda AB Trampın İran siyasətinə ciddi müqavimət göstərir. Yeri gəlmişkən, son aylarda İranda baş verən iğtişaşları da ABŞ-la qarşıdurmanın “ayaq səsləri” hesab etmək olar.

Trump

Qayıdaq başda qeyd etdiyimiz iranlı generalın Bakı səfərinə. İranla Azərbaycan qonşu ölkədir və həmsərhəd ölkələr arasında İrana ən çox təsiri ola bilən Azərbaycandadır. Çünki bir tərəfdən İranla Azərbaycan həm dənizdən, həm də qurudan böyük sərhədə malikdir. İkinci tərəfdən, etnik qohumluq bağları var, İran ərazisində milyonlarla azərbaycanlı yaşayır. Yəni mümkün müharibədə İranın Azərbaycana çox ciddi ehtiyacı ola bilər. Görünür ki, Bakıya gələn iranlı generalın qovluğunda bu mövzular da olub. İran ən pis halda Azərbaycandan xatircəm olmağa çalışır.

Hələlik Trampın hara qədər İran məsələsində irəli gedəcəyini demək çətindir. Təbii ki, birbaşa hərbi müdaxilə böyük riskdir. Ancaq böyük dövlətlərin həmişə bütün variantlar üçün ehtiyat planları olur. Bu isə onu deməyə əsas verir ki, qarşıdakı dövr region üçün çox ciddi sınaq olacaq. Elə Azərbaycan üçün də.(musavat.com)
Oxşar xəbərlər
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
GÜNLÜK
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:27
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
17 May 2024 | 13:15
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
17 May 2024 | 13:25
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
17 May 2024 | 13:20
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 13:23
Bakıda tıxacda qalan sürücüdən qəribə addım - VİDEO
17 May 2024 | 13:27
İlham Əliyev və Aleksandr Lukaşenko Şuşa şəhərində
17 May 2024 | 13:15
"Baku EduEXPO-2024" Beynəlxalq Təhsil sərgi-satış yarmarkası keçiriləcək
17 May 2024 | 13:25
Türkiyənin 77 vilayətində ƏMƏLİYYAT: İki mindən çox şübhəli barəsində istintaq başlayıb - VİDEO
17 May 2024 | 13:20
“Nar” voleybol üzrə milli komandalarımıza Qızıl Avropa Liqasında uğurlar arzulayır!