Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul ETDİ
1464
01 Jul 2023 | 19:27

Türkiyə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına sədrliyi qəbul ETDİ

Türkiyə iyulun 1-dən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

“Respublikamızın 100 illiyində biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edirik. Biz bu gün Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırıq”, - Türkiyə XİN-nin tviterdəki rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, QDİƏT 1992–ci ildə Türkiyənin fəal dəstəyi ilə yaradılıb və təşkilata üzv olan 13 ölkə üçün ən əhatəli regional əməkdaşlıq platformasıdır.

QDİƏT-in Daimi Beynəlxalq Katibliyi İstanbul şəhərində yerləşir. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər