Göyçayda altı yaşlı uşaq atasını güllələdi
4816
18 Oct 2022 | 13:20

Göyçayda altı yaşlı uşaq atasını güllələdi

Göyçay rayon sakini tüfəngdən açılan atəş nəticəsində xəsarət alıb.

Bizim.Media xəbər verir ki, rayonun Xəlitli kənd sakini, 1993-cü il təvəllüdlü Eyvazov Ariz Mübariz oğlu qarın boşluğunun ön divarının deşilmiş yarası diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Araşdırma zamanı onun 6 yaşlı oğlunun əlində olan tir tüfəngindən ehtiyatsızlıq səbəbindən açılan atəş nəticəsində güllə yarası aldığı məlum olub.
Güllə daxilə keçdiyi üçün yaralı cərrahiyyə əməliyyatı olunub.

Faktla bağlı Göyçay Rayon Polis Şöbəsinin istintaq bölməsi tərəfindən araşdırma aparılır. (Apa.az)

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər