Hindistan Fransadan 114 ədəd
Dünya
125
14:28, Bu gün

Hindistan Fransadan 114 ədəd "Rafale" qırıcı təyyarəsi almağı planlaşdırır

Hindistan rəhbərliyi ölkənin Hərbi Hava Qüvvələrini gücləndirmək məqsədilə 114 ədəd "Rafale" çoxməqsədli qırıcı təyyarənin tədarükü üçün Fransaya rəsmi sorğu göndərib.
 
Bu barədə ANI agentliyi məlumat yayıb. Bildirilib ki, bu addım milli hərbi aviasiyanın ehtiyaclarını qarşılamağa yönəlib.
 
Təxminən 38.9 milyard dollar (3.23 trilyon rupi) dəyərində qiymətləndirilən bu potensial hökumətlərarası müqavilə üçün müraciət Fransa tərəfinə mayın 25-i və 31-i aralığında təqdim edilib. Çatdırılma şərtlərinin isə tərəflər arasında 2027-ci ildə tam razılaşdırılması planlaşdırılır.
 
Xatırladaq ki, bundan əvvəl Nyu-Dehli təcili satınalma proqramı çərçivəsində 36 ədəd eyni tipli döyüş təyyarəsinin alınması üçün müqavilələr imzalamışdı.
 
Hindistanın bu son müraciəti dövlətin köhnəlməkdə olan hərbi aviasiya parkının genişmiqyaslı modernləşdirilməsi strategiyasının vacib bir hissəsi hesab olunur. Bölgədə mövcud olan qeyri-sabit vəziyyət fonunda ölkə öz hərbi hava qüvvələrinin potensialını əhəmiyyətli dərəcədə artırmaq niyyətindədir. /oxu.az/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər