Bu marşrutların avtobusları yeniləndi
Cəmiyyət
194
12:36, Bu gün

Bu marşrutların avtobusları yeniləndi

Hövsan və Suraxanı qəsəbələrini əlaqələndirən 161 nömrəli, eləcə də Ramana yaşayış kompleksini “Koroğlu” NMM ilə əlaqələndirən 162 nömrəli şəhərətrafı marşrutların avtobusları yenilənib. 
 
Moderator.az-a AYNA-dan bildirilib ki, iyunun 1-dən hər iki müntəzəm marşrut üzrə müasir avtobuslar fəaliyyətə başlayıb. 
 
161 nömrəli marşrut üzrə 10 avtobus, 162 nömrəli marşrut üzrə isə 9 avtobus 9-10 dəqiqə intervalla sərnişinlərin xidmətindədir. 
 
Avtobuslarda ödəniş nağdsız qaydadadır.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər