21:18
21°C
Bakı
Dövlət Dəniz və Liman Agentliyinin (DDLA) Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Moderator.az quruma istinadən xəbər verir ki, mayın 29-u axşamdan Xəzər dəniz akvatoriyasında müşahidə olunacaq şimal-qərb və şimal küləyi mayın 30-u gündüz saatlarına kimi davam edəcək.
Həmin günlər ərzində şimal-qərb və şimal küləyinin 18-23 m/s, arabir 25-30 m/s, açıq dənizdə isə 33 m/s-dək güclənəcəyi gözlənilir. Dalğanın hündürlüyünün 2-3 m, sonrakı inkişafda isə 3.5-5.5 m-ə çatacağı proqnozlaşdırılır.