İş adamı Səfər Əlirzayev tərəfindən 2400 ailəyə bayram sovqatı təqdim olunub
Cəmiyyət
251
15:38, Bu gün

İş adamı Səfər Əlirzayev tərəfindən 2400 ailəyə bayram sovqatı təqdim olunub

Moderator.az xəbər verir ki, hər il olduğu kimi, bu il də müqəddəs Qurban bayramı münasibətilə vətənpərvər iş adamı Səfər Əlirzayev tərəfindən Naxçıvan Muxtar Respublikasında və Bakıda yaşayan şəhid ailələrinə, qazilərə və aztəminatlı ailələrə genişmiqyaslı bayram sovqatı təqdim olunub.

Ümumilikdə 2900 kiloqramdan artıq qurban əti kəsilərək aztəminatlı ailələrə paylanılıb. Qurban sovqatından Bakıda 500 ailə, Naxçıvan Muxtar Respublikasında isə 1900 ailə olmaqla, ümumilikdə 2400 ailə faydalanıb. Bu nəcib təşəbbüs həmrəyliyin, paylaşmağın və milli-mənəvi dəyərlərimizə bağlılığın bariz nümunəsidir.

Məlumat üçün qeyd edək ki, şəhid ailələri, qazilər və eləcə də həssas kateqoriyadan olan digər vətəndaşlarımız hər zaman Səfər Əlirzayev tərəfindən diqqət mərkəzində saxlanılıb, iş adamı tərəfindən bu ailələrə mütəmadi dəstək göstərilib.

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər