Bakıya güclü yağış yağacaq, rayonlara dolu düşəcək - Sabahın HAVASI
Cəmiyyət
262
13:26, Bu gün

Bakıya güclü yağış yağacaq, rayonlara dolu düşəcək - Sabahın HAVASI

Mayın 29-a olan hava proqnozu açıqlanıb.
 
Milli Hidrometeorologiya Xidmətindən Moderator.az-a verilən xəbərə görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın ayrı-ayrı yerlərində qısa müddətə intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Gecə və səhər duman olacaq. Cənub-şərq küləyi axşama doğru güclü şimal-qərb küləyi ilə əvəz olunacaq.
 
Havanın temperaturu gecə 17-20° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 750 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 60-65 % təşkil edəcək.
 
Ətraflı
Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə qısamüddətli intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclü olacaq.
 
Havanın temperaturu gecə 16-19° isti, gündüz 26-31° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21°, bəzi yerlərdə 23-26° isti olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər