Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb
Cəmiyyət
161
15:12, Bu gün

Bakıda 3 ünvanda minib-düşmə yeri yaradılıb

Bakının Səməd Vurğun və Mərdanov qardaşları küçələrində mövcud küçə parklanma yerlərinin bir hissəsi ləğv olunaraq yaxınlıqda yerləşən tibb müəssisələrinə gələnlər üçün əlavə şərait yaradılıb.
 
Bu barədə Moderator.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
 
Məlumata əsasən, Səməd Vurğun küçəsi, Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının qarşısında "3.28" - "durmaq qadağandır" yol nişanı quraşdırılaraq minib-düşmə yeri təşkil olunub.
 
Eyni zamanda "5.14" – "minik taksilərinin duracaq yeri" yol nişanı yerləşdirilməklə taksilərin sərnişinləri düşürmələri üçün şərait yaradılıb.
 
Bundan əlavə, Mərdanov qardaşları küçəsi, Respublika Pediatriya Mərkəzinin və Kliniki Tibbi Mərkəzin qarşılarında "3.28" - "durmaq qadağandır" nişanları quraşdırılaraq minib-düşmə yerləri təşkil edilib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər