Bizi sosial şəbəkələrdən izləyin:
Biləsuvar rayonunun Zəhmətabad kəndində 50-yə yaxın ev və həyətyanı sahə yağış sularından zərər görüb.
Baku TV-nin məlumatına görə, mayın 22-də başlayan aramsız yağış qısa müddətdə güclənərək kənddə ciddi fəsadlar törədib. Bir sıra evlərə su dolub, sakinlər çətin vəziyyətlə üzləşiblər.
"Bizi vahimə bürüdü, elə bildik ki, dünyanın axırıdır. Evlərimiz kərpicdəndir, dağılmasından qorxuruq. Dam uçub, toyuq-cücə dağıntı altında qalıb", - sakinlərdən biri bildirib.