Beyləqanda 18 kəndin qazı kəsiləcək
Cəmiyyət
214
14:26, Bu gün

Beyləqanda 18 kəndin qazı kəsiləcək

Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
 
Moderator.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.
 
Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır.
 
Qaz təchizatının hansı kəndlərdə dayandırılacağı ilə bağlı RQİİ tərəfindən hər hansı məlumat verilməyib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər