WUF13-də şəhərlərdəki su böhranının səbəbləri müzakirə olundu
Cəmiyyət
156
14:14, Bu gün

WUF13-də şəhərlərdəki su böhranının səbəbləri müzakirə olundu

"Şəhərlərdə su riski ən həssas ərazilərdə cəmləşir və bu, illərlə davam edən yanlış siyasətin nəticəsidir".
 
Moderator.az Report-a istinadən xəbər verir ki, bunu Mexiko Şəhər Hökumətinin beynəlxalq məsələlər üzrə baş koordinatoru Rocío Lombera González Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Su Konfransı: Şəhər Mənzil Sektorunun İnkişaf Yol Xəritəsi" adlı tədbirdə deyib.
 
Onun sözlərinə görə, su insan hüququ olmaqla yanaşı, həm də şəhər hüququnun ayrılmaz hissəsidir: "Şəhərimizdə ən çox su təchizatı olan ərazilər eyni zamanda ən çox daşqına məruz qalan, ən keyfiyyətsiz su alan bölgələrdir. Ən az suya malik ərazilər isə su bolluğu zamanı daha çox əziyyət çəkir. Risklərin qeyri-bərabər paylanması təsadüfi deyil və bu vəziyyət uzun illər aparılan yanlış planlaşdırmanın nəticəsidir".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər