Azərbaycanda nəhəng tərəfdaşlıq: Gilan Construction Material Group LLC ilə Torun Grup MMC güclərini birləşdirdi
Cəmiyyət
258
13 May 2026 | 22:01

Azərbaycanda nəhəng tərəfdaşlıq: Gilan Construction Material Group LLC ilə Torun Grup MMC güclərini birləşdirdi

Azərbaycanın tikinti və izolyasiya sektorunda diqqət çəkən böyük əməkdaşlıq həyata keçirildi. Gilan Construction Material Group LLC ilə Torun Grup MMC strateji tərəfdaşlıq müqaviləsi çərçivəsində yeni nəsil tikinti texnologiyaları və istehsal investisiyaları üçün rəsmi addımlar atdı.
 
Gilan Group CIO-su Maşallah Tafiyev ilə Serkan Torun rəhbərliyində həyata keçirilən tərəfdaşlıq yalnız ticari yatırım deyil, həm də regional istehsal, texnologiya transferi və iqtisadi inkişaf layihəsi kimi qiymətləndirilir.
 
Qurulacaq yeni nəsil istehsal müəssisələrində;
İzopoint, Norbex, İzoforce və Pacific markaları ilə;
 
* İstilik izolyasiyası
* Su izolyasiyası
* Səs izolyasiyası
* Yanğın izolyasiyası
* Fasad və mantolama sistemləri
* Tikinti kimyəviləri
* Yüngül tikinti panelləri
* Sənaye tikinti məhsulları
* Yeni nəsil izolasiya texnologiyaları
 
sahələrində istehsal həyata keçiriləcəyi bildirildi.
 
AZƏRBAYCANA BÖYÜK SƏNAYE YATIRIMI
 
Tərəflərin açıqlamasına görə qurulacaq müəssisə yalnız Azərbaycanın daxili bazarı üçün deyil, eyni zamanda Türk Dövlətləri, Qafqaz, Rusiya ətrafı, Orta Asiya və yaxın regionlara ixrac məqsədi ilə planlaşdırılır.
 
Xüsusilə enerji səmərəliliyi, zəlzələyə davamlılıq, ekoloji tikinti sistemləri və dayanıqlı şəhərsalma layihələrinə uyğun məhsulların istehsal ediləcəyi qeyd olunub. Layihənin yüzlərlə insana birbaşa və dolayı məşğulluq yaradacağı gözlənilir.
 
İnvestisiya çərçivəsində tam avtomatlaşdırılmış istehsal xətləri, yüksək tutumlu dolum sistemləri, AR-GE laboratoriyaları və müasir keyfiyyət nəzarəti infrastrukturu qurulacaq. Layihənin ilk mərhələdə milyonlarla manatlıq iqtisadi dövriyyə yaradacağı, gələcəkdə isə regionun ən böyük tikinti kimyəviləri istehsal mərkəzlərindən birinə çevrilməsinin hədəfləndiyi bildirildi.
 
“TÜRK DÜNYASININ GÜCÜNÜ BİRLƏŞDİRİRİK”
 
Tərəfdaşlıqla bağlı açıqlama verən Serkan Torun, Türkiyədə illərlə qazandıqları istehsal təcrübəsini Azərbaycana gətirməkdən qürur duyduqlarını bildirib.
 
Serkan Torun açıqlamasında bunları qeyd edib:
 
“Azərbaycan bizim qardaş ölkəmizdir. Biz burada sadəcə bir zavod qurmuruq; texnologiya, istehsal gücü, məşğulluq və Türk dünyasının iqtisadi birliyini gücləndirəcək böyük bir sistem qururuq. İzopoint, Norbex, İzoforce və Pacific markalarımızla regionda keyfiyyət və etibarın simvolu olacağıq.”
 
Gilan Group CIO-su Maşallah Tafiyev isə tərəfdaşlığın Azərbaycan sənayesi üçün mühüm dönüş nöqtəsi olacağını vurğulayaraq bildirib:
 
“Torun Grup-un istehsal təcrübəsi ilə Gilan Group-un regional gücü bir araya gəlir. Bu yatırım Azərbaycanın sənaye infrastrukturuna ciddi töhfə verəcək. Məqsədimiz yalnız yerli bazar deyil, beynəlxalq bazarlarda da güclü marka şəbəkəsi yaratmaqdır.”
 
YENİ NƏSİL İZOLYASİYA TEXNOLOGİYALARI İSTEHSAL EDİLƏCƏK
 
Qurulacaq müəssisələrdə xüsusilə enerji qənaəti təmin edən və ekoloji xüsusiyyətləri ilə seçilən yeni nəsil izolyasiya məhsulları istehsal olunacaq.
 
İzopoint texnologiyası ilə hazırlanacaq məhsullarda;
 
* yüksək istilik izolyasiyası
* su keçirməzlik
* nəfəs alma xüsusiyyəti
* yanğına davamlılıq
* səs izolyasiyası
* yüngül tikinti sistemi üstünlükləri
 
ön plana çıxacaq.
 
Mütəxəssislər bildirirlər ki, Azərbaycanın sərt qış və isti yay şəraiti nəzərə alındıqda enerji səmərəliliyi təmin edən tikinti sistemlərinə ehtiyac hər keçən gün artır. Bu investisiyanın regionun tikinti sektoruna müasir həllər təqdim edəcəyi qeyd olunur.
 
REGİONAL İQTİSADİYYATA GÜC QATACAQ
 
İqtisadçılar qeyd edirlər ki, Gilan Group ilə Torun Grup arasındakı tərəfdaşlıq yalnız tikinti sektoruna deyil, həmçinin logistika, xammal, qablaşdırma, nəqliyyat, mühəndislik və tətbiq sahələrinə də ciddi töhfələr verəcək.
 
Türk iş dünyasının Azərbaycandakı investisiyalarının artması iki qardaş ölkə arasındakı iqtisadi əlaqələri daha da gücləndirir.
 
Qurulacaq müəssisənin gələcəkdə;
 
* yeni diler sistemləri
* distribütor şəbəkələri
* tətbiq komandaları
* texniki təlim mərkəzləri
* layihə məsləhət xidmətləri
 
ilə daha böyük sənaye ekosisteminə çevrilməsi planlaşdırılır.
 
“TEXNOLOGİYA, KEYFİYYƏT VƏ ETİBAR”
 
İki böyük qrupun ortaq vizyonunda keyfiyyət, dayanıqlılıq, texnologiya və etibar prinsipləri ön planda dayanır.
 
Azərbaycanda qurulacaq istehsal müəssisəsinin müasir istehsal anlayışı, yüksək keyfiyyət standartları və güclü marka infrastrukturu ilə regionun nümunəvi sənaye yatırımlarından biri olacağı gözlənilir.
Seçilmiş xəbərlər
Link kopyalandı!
Son xəbərlər