Bu tarixdə qısa İŞ GÜNÜ olacaq
Cəmiyyət
248
10:31, Bu gün

Bu tarixdə qısa İŞ GÜNÜ olacaq

Azərbaycanda bu həftəsonu vətəndaşları uzunmüddətli istirahət gözləyir.
 
Moderator.az xəbər verir ki, bayramla əlaqədar olaraq həm iş saatlarında dəyişiklik ediləcək, həm də əlavə qeyri-iş günü tətbiq olunacaq.
 
Mövcud əmək qanunvericiliyinə əsasən, bayramdan əvvəlki gün hesab olunduğu üçün 8 may tarixində iş günü bir saat tez başa çatacaq.
 
9 May – Qələbə Günü ölkədə rəsmi istirahət günü sayılır. Bu tarix şənbəyə düşdüyündən, istirahət gününün kompensasiyası məqsədilə əlavə qeyri-iş günü müəyyənləşdirilib. Buna görə də 11 may bazar ertəsi də işlənilməyəcək.
 
Nəticədə, beşgünlük iş rejimində çalışan şəxslər ardıcıl olaraq üç gün – 9, 10 və 11 may tarixlərində istirahət edəcəklər.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər