2025-ci ildə qeydə alınan insan alveri cinayətlərinin sayı AÇIQLANDI
Cəmiyyət
149
09:55, Bu gün

2025-ci ildə qeydə alınan insan alveri cinayətlərinin sayı AÇIQLANDI

2025-ci ildə 198 insan alveri cinayəti qeydə alınıb.
 
Moderator.az xəbər verir ki, bununla bağlı məsələ İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun 2025-ci il üzrə illik məlumatında öz əksini tapıb.
 
Hesabat Milli Məclisin İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında müzakirəyə çıxarılıb.
 
Bildirilib ki, həmin cinayətlərdən 152-si cinsi istismar, 45-i insan alveri məqsədilə sənədlərlə qanunsuz hərəkətlərə yol vermə faktları ilə bağlı olub.
 
İnsan alveri cinayətlərinin 57-si informasiya texnologiyalarının tətbiqi ilə törədilib.
 
Hesabatda qeyd edilib ki, cinayətlərin 97 faizi açılıb, 6 şəxs ətrafında keçirilmiş əməliyyat tədbirləri ilə 2 cinayətkar qrup zərərsizləşdirilib.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər