Dünya
112
10:53, Bu gün

"Peyvəndi yoxdur, öldürmə ehtimalı 40 faizdir" - Dünyanı qorxuya salan virus: Şok detallar

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) son günlər "MV Hondius" laynerində baş verən hantavirus silsiləsi ilə bağlı dəhşətli faktları açıqlayıb.
 
Moderator.az xəbər verir ki, təşkilatın rəsmisi Anais Leqand gəmidə olan 149 nəfərdən 101-də yoluxmanın artıq rəsmən təsdiqləndiyini bildirib.
 
ÜST hazırda vətəndaşları laynerdə olan bütün ölkələrlə təcili əlaqə saxlayaraq vəziyyəti nəzarətə götürməyə çalışır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, bu ölümcül virusun ilkin mərhələdə müəyyən edilməsi demək olar ki, qeyri-mümkündür. Xəstəliyin simptomları adi qrip kimi-yüksək hərarət, bədən ağrıları, halsızlıq və ürəkbulanma ilə başlayır.
 
Lakin qısa müddət sonra xəstənin vəziyyəti kəskin pisləşir, ağciyər və böyrək çatışmazlığı yaranır.
 
Məlumata görə, xüsusilə "Andes" ştamında ölüm göstəricisi 40 faizə çatır ki, bu da onu dünyanın ən təhlükəli viruslarından birinə çevirir. Ən qorxulu məqam isə bu virusa qarşı hələlik heç bir peyvəndin və spesifik müalicə üsulunun mövcud olmamasıdır.
 
Həkimlər qeyd edirlər ki, virus COVID-19 qədər sürətlə yayılmasa da, yoluxma üçün çox yaxın təmas tələb olunur. Hazırda layner karantinə alınıb və beynəlxalq səhiyyə qurumları virusun quruya sızmaması üçün fövqəladə tədbirlər həyata keçirir. /Musavat.com/
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər