Diplomatik xidmət əməkdaşlarına pensiya zamanı birdəfəlik ödəniş veriləcək.
Moderator.az xəbər verir ki, sözügedən məsələ "Diplomatik xidmət haqqında" qanuna təklif edilən dəyişiklik layihəsində əksini tapıb.
Layihədə qeyd olunur ki, diplomatik xidmət orqanı əməkdaşının "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq pensiya yaşına çatmasına görə öz arzusu ilə və ya diplomatik xidmətdə olmanın yaş həddinə çatdığı üçün fəaliyyətinə xitam verildikdə, digər pensiya növünün təyin edilməsindən asılı olmayaraq, ona öz seçimi ilə diplomatik xidmətin son 24 (iyirmi dörd) ayı və ya istənilən ardıcıl gələn 60 (altmış) ayı ərzindəki orta aylıq dövlət məvacibinin 6 misli miqdarında birdəfəlik haqq veriləcək. Bu məbləğdən vergi, məcburi dövlət sosial sığorta haqqı və digər icbari ödənişlər tutulmayacaq.