Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI
Cəmiyyət
154
10:45, Bu gün

Azərbaycanda müşahidə olunan temperatur anomaliyası AÇIQLANDI

"Son 25 ildə Azərbaycanda temperatur anomaliyası 1.1 dərəcə təşkil edib".
 
Moderator.az Oxu.az-a istinadla xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin İqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev Aqrobiznesin İnkişaf Forumunda çıxışı zamanı deyib.
 
O bildirib ki, 2025-ci ildə orta temperatur 14.3 dərəcəyə çatıb:
 
"Bu isə əvvəlki dövrlərin müqayisədə 1.6 dərəcə yüksəkdir. Ən yüksək orta temperatur isə 2021-ci ildə 16.2 dərəcə təşkil edib. Söhbət orta illik dərəcədən gedir. İstilik dalğaları da tez-tez baş verir. Daha uzun davam edir. Son illərdə Bakıda 29, Gəncədə 16, Şəkidə 41, Lənkəranda isə 5 istilik dalğası qeyd alınıb.
 
2025-ci ildə ən uzun istilik dalğası Şəkidə 14 gün, Bakıda isə 7 gün davam edibdir. Sel hadisələrinin sayı da artıb. 2015-ci ildə 15, 2020-də artıq 36, 2025-də 33 və 2026-da artıq siz özünüz görürsünüz havalar və hadisələr necə başlayır. Bu rəqəmlər göstərir ki, biz artıq dəyişiklikləri müşahidə etmirik. Biz bu dəyişiklikləri yaşayıq. 2026-ci ilin ilk aylarında bu tendensiyanı təsdiqləyir. Bəzi bölgələrdə yağıntının illik normasının yarısı cəmi bir neçə ayda qeydə alınıb. Aprel ayında isə bəzi rayonlarda yağıntı normaladan 1.5-3.5 dəfə Bakıda isə 5 dəfə çox olub. Əsas çağırış isə qeyri-müəyyənlik, mövsümlərin xarakteri dəyişir, yağıntıların paylanması dəyişir, temperatur pikləri dəyişir. Bu isə planlaşdırmanı çətinləşdirir, investisiya risklərini artırır".
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər