WUF13 zamanı nəqliyyat belə idarə olunacaq
Cəmiyyət
133
11:41, Bu gün

WUF13 zamanı nəqliyyat belə idarə olunacaq

Bakıda Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyası (WUF13) günlərində nəqliyyatın idarə olunması planına dair brifinq keçirilir.
 
Moderator.az-ın xəbərinə görə, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Nəqliyyat şöbəsinin müdiri Vüqar Aslanov bildirib ki, 176 ölkədən iştirakçı tədbir üçün qeydiyyatdan keçib.
 
V.Aslanov forumun keçirilməsi ilə bağlı əsas məkanları açıqlayıb:
 
“Əsas məkanlar Heydər Əliyev Beynəxalq Hava Limanı, 100-dən çox hotel, Bakı Olimpiya Stadionu, əsas nəqliyyat qovşaqları və stansiyalarıdır. Hava limanına sərnişindaşımalar fasiləsiz həyata keçiriləcək. Buraxılışı olmayan şəxslər parklanma etmədən əraziyə giriş edə, minmə-enmə əməliyyatları edə biləcəklər”.
 
Vüqar Aslanov qeyd edib ki, VAPP portalı və YZS sistemləri ilə WUF13 tədbiri çərçivəsində nəqiyyat vasitələrinin bütün giriş va parklanma icazələri mərkəzləşdirilmiş vahid platforma vasitəsilə idara olunacaq:
 
“Təyin olunmuş xüsusi hərəkət zolaqları birbaşa dövlət qurumları (AYNA, DIN, DYP) ilə koordinasiya ediləcək. Sistem WUF13 zamanı 5000-dən çox nəqliyyat vasitəsini dəstəkləyəcək. Bütün əməliyyatlar BMT və Azərbaycan təhlükəsizlik protokollarına tam uyğun şəkildə həyata keçiriləcək”.
 
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər