“Koroğlu” nəqliyyat dayanacaq məntəqələrinin yerləri dəyişəcək
Cəmiyyət
91
11:58, Bu gün

“Koroğlu” nəqliyyat dayanacaq məntəqələrinin yerləri dəyişəcək

“Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) günlərində bəzi marşrutların hərəkət istiqaməti dəyişdiriləcək. Həmçinin “Koroğlu” nəqliyyat dayanacaq məntəqələrinin yerləri dəyişəcək".
 
Moderator.az xəbər verir ki, bu sözləri brifinqdə AYNA-nın ictimai nəqliyyat şöbəsinin müdiri Emin Məcidov deyib.
 
O bildirib ki, bununla bağlı ictimaiyyətə əvvəlcədən məlumat veriləcək.
 
Eyni zamanda, qeyd olunub ki, xüsusi hərəkət zolaqları təşkil ediləcək.
 
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İdarəetmə Mərkəzinin rəisi Namidan Piriyev deyib ki, küçə və prospektlərdə xüsusi məhdudiyyətlərin tətbiqi nəzərdə tutulmur
 
Onun sözlərinə görə, bəzi yollarda hərəkət istiqamətləri qismən və qısa müddətə dəyişdirilə bilər.
 
"Lakin yolların tam bağlanması planlaşdırılmır", - o, bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər