Ölüm halları ilə məşhurlaşan tibb mərkəzinin direktoru İŞDƏN ÇIXARILDI
Cəmiyyət
349
15:53, Bu gün

Ölüm halları ilə məşhurlaşan tibb mərkəzinin direktoru İŞDƏN ÇIXARILDI

Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.
 
Moderator.az "Bakupost"a istinadla xəbər verir ki, o, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.
 
"Bundan sonrakı qərarı TƏBİB verəcək", - deyə N.Bəşirova bildirib.
 
Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən Sabunçu Tibb Mərkəzinin direktoru vəzifəsində çalışırdı. Sözügedən tibb mərkəzi uzun illərdir orada baş verən ölüm halları ilə daha çox məşhurlaşıb.
 
Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və "Yeni Klinika"nın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər