Sabah Balakəndə 20 mindən çox abonentin qaz təchizatı dayandırılacaq
Cəmiyyət
263
12:53, Bu gün

Sabah Balakəndə 20 mindən çox abonentin qaz təchizatı dayandırılacaq

Sabah Balakəndə qaz təchizatı dayandırılacaq.
 
Moderator.az bildirir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
 
Bildirilib ki, Balakən qazpaylayıcı stansiyanın daxilində qaz xəttinin üzərindəki tənzimləyicinin yenisi ilə əvəz olunması, stansiyanın daxilində və Balakən rayonu ərazisində qaz sızmalarının aradan qaldırılması ilə əlaqədar saat 09:00-dan etibarən Balakən şəhəri, 26 kənd və 1 qəsəbədə cəmi 20351 əhali və 257 qeyri-əhali abonentinin qaz təchizatı dayandırılacaq.
 
Məlumata görə, işlər başa çatdırıldıqdan sonra qazın verilməsi bərpa olunacaq.
 
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər