“İşbazlar bağ evlərini qışda ucuz kirayə götürüb, yayda baha qiymətə verirlər” - FOTO+ÖZƏL
332
14:50, Bu gün

“İşbazlar bağ evlərini qışda ucuz kirayə götürüb, yayda baha qiymətə verirlər” - FOTO+ÖZƏL

Yay fəslinin gəlməsinə iki aydan da az müddət qalsa da bağ evi rezerv edənlərin sayı artıb.
 
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Moderator.az-a açıqlamasında bildirib ki, mövsümü aylarda bağ evləri baha olduğu üçün vətəndaşlar bu addımı atıb:
“Mövsümü aylarda mənzillərin gündəlik qiymətləri ortalama 50 manatdan başlayaraq 500-600 manat arası dəyişə bilir. Yay aylarında evlərin qiymətinin baha olmasına görə artıq vətəndaşların bir qismi mövsüm olmayan aylarda həmin bağ evlərini bron edirlər. Belə olan halda mənzillərin qiyməti ucuz olur, mövsümü aylarda isə bahalaşır. Amma vətəndaşlar mənzilləri bron edərkən bəzi hallarda aldanırlar. Belə ki, müştəri kirayə pulunu ödəyir, sonra həmin bağ evi yaxud da mənzil başqa şəxsə verilir. Bunun üçün də vətəndaşlar bağ evi bron edərkən həmin əmlakın sahibi ilə danışmalı, rəsmi qaydada müqavilə bağlamalıdırlar”.
Ekspert deyir ki, Bakıətrafı ərazilərdəki bağ evlərinə nisbətən bölgələrdə qiymətlər olduqca bahadır. Bakıda bağ evlərinin qiyməti müxtəlifdir:
 
“Bağ evlərinin qiymətləri onların dənizə yaxınlıq məsafəsi ilə, otaq sayı çoxluğu, xüsusilə də həyətdə hovuzun, isti hovuzun olması ilə əlaqəlidir. Eyni ərazidə çoxsyalı bağ evləri yerləşir ki, onların bir günü 100 manat, bəzilərinin qiyməti isə bir neçə yüz manat arasında dəyişir. Qeyri-mövsümü aylarda bağ evlərini kirayə götürənlər daha çox ondan sonradan qazanc əldə etmək istəyən şəxslərdir. Onlar soyuq aylarda bağ evlərini uzunmüddətə kirayə götürüb, mövsümü aylarda daha baha qiymətə verərək əlavə gəlir əldə edirlər. Soyuq aylarda bağ evlərinin aylıq kirayə qiyməti təqribi 1500 manat təşkil edirsə, 1500 manata götürüb ayı 200-300 manata digər şəxslərə kirayə verirlər. Nəticədə hər bir mənzildən ortalama ay ərzində bir neçə min gəlir əldə edirlər”, - deyə ekspert bildirib.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər