1399
14 Apr 2025 | 18:42

"Pakistan International Airlines" Lahordan Bakıya birbaşa uçuşları bərpa edir

"Pakistan International Airlines" (PIA) aprelin 20-dən Lahordan Bakıya birbaşa reysləri bərpa edəcək.
 
Bu barədə aviadaşıyıcının saytında məlumat verilib.
 
Uçuşlar həftədə iki dəfə bazar və çərşənbə günləri yerinə yetiriləcək.
 
Lahordan uçuş yerli vaxtla saat 11:50-də, Bakıya eniş yerli vaxtla saat 15:30-da olacaq.
 
Səyahət vaxtı 4 saat 40 dəqiqə olacaq.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər