Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov Ağdaşda dəfn edilib
Cəmiyyət
1624
28 Jun 2024 | 17:46

Birinci Qarabağ müharibəsinin şəhidi Yasin Əbdürəhmanov Ağdaşda dəfn edilib

Bakı şəhərindəki Şəhidlər xiyabanında naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Yasin Şakir oğlu Əbdürəhmanovla Ağdaş rayonunda keçirilən vida mərasimi başa çatıb.
 
"Report"un Yuxarı Şirvan bürosunun məlumatına görə, şəhidin nəşi Ağdaş rayonunun Qaracan-Şıxlar kənd qəbiristanlığında dəfn olunub.
 
Dəfn mərasimində şəhidin doğmaları, Ağdaş Rayon İcra Hakimiyyətinin vəzifəli şəxsləri, şəhər hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər