Nazir: “Neft-qaz gəlirlərinin iqtisadi şaxələndirməyə yönləndirilməsi gücümüzü artırır”
Oxunub: 2280
22 Sep 2023 | 10:16
Nazir: “Neft-qaz gəlirlərinin iqtisadi şaxələndirməyə yönləndirilməsi gücümüzü artırır”

Neft-qaz gəlirlərinin iqtisadiyyatın şaxələndirilməsinə və qeyri-neft sektorunun genişləndirilməsinə yönləndirilməsi Azərbaycanın dayanıqlı və davamlı inkişafını şərtləndirir və iqtisadi gücünü artırır.

Bunu “Gülüstan” sarayında “Neftçilər Günü” peşə bayramı münasibətilə keçirilmiş tədbirdə SOCAR-ın Müşahidə Şurasının sədri, iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

O, Prezident İlham Əliyevin "Neftçilər Günü" münasibətilə təbrikini çatdırıb, Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu, bu gün dövlət başçısının rəhbərliyi ilə uğurla davam etdirilən milli neft strategiyasının ölkəmizin beynəlxalq mövqelərini daha da möhkəmləndirdiyini, iqtisadiyyatın dayanıqlı inkişafına təkan verdiyini, əhalinin maddi rifah səviyyəsinin yüksəlməsində müstəsna rol oynadığını vurğulayıb.

Tədbirdə M.Cabbarovla yanaşı energetika naziri Pərviz Şahbazov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycan İnvestisiya Holdinqinin baş icraçı direktoru Ruslan Əlixanov, SOCAR-ın prezidenti Rövşən Nəcəf, BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz, “Equinor” şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pedersen və digər rəsmi şəxslər iştirak ediblər.

Dövlət himni ilə başlayan tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən bütün Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirin moderatoru, SOCAR-ın mətbuat katibi Orxan Hüseynov 29 il öncə “Əsrin müqaviləsi”nin imzalanmasında iştirak etmiş, H.Əliyevin 100 illik yubileyinə və “Neftçilər Günü”nə həsr olunan “Heydər Əliyev və Azərbaycanın yeni neft strategiyası” mövzusunda təşkil olunan konfransa fəxri qonaq qismində qatılmış BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun, həmçinin “Equinor” şirkətinin Azərbaycan üzrə keçmiş prezidenti Tor-İvar Pederseni salamlayıb və onları tədbir iştirakçılarına təqdim edib.

Konfransın “Heydər Əliyev İli” çərçivəsində “Əsrin müqaviləsi”nin imzalandığı “Gülüstan” sarayında Ulu Öndərin əziz xatirəsinə ehtiram əlaməti olaraq keçirildiyini qeyd edən O. Hüseynov “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətindən danışıb.

Daha sonra ötən bir ildə Prezident İlham Əliyevin neft-qaz sahəsi üzrə çıxışlarına dair videoçarx təqdim olunub.

P.Şahbazov isə çıxışında Ulu Öndərin neft strategiyasının töhfələri olan layihələrin hər birinin bu gün ölkəmizin və tərəfdaşlarımızın enerji təhlükəsizliyinin, iqtisadi uğurlarımızın mühüm mənbələri olduğunu diqqətə çatdırıb. Nazir ölkəmizdə neft hasilatının 63 %-ni təşkil edən “Azəri-Çıraq-Günəşli” (AÇG) və əmtəəlik qazın, təxminən, 70 %-nin hasil olunduğu “Şahdəniz” yataqlarından indiyə kimi 580 milyon ton neft, 43 milyon ton kondensat çıxarıldığını, 621 milyon ton neft-kondensat həcmlərinin ixrac olunduğunu vurğulayıb.

P. Şahbazov “Şahdəniz” yatağından hasil edilən 202 milyard kubmetr qazın isə 143 milyard kubmetrinin xarici bazarlara nəql edildiyini bildirib. Energetika naziri gözlənilən tələbat, etibarlı və təhlükəsiz təchizat marşrutlarına üstünlük verilməsi səbəbindən Azərbaycanın neft-qaz resurlarının uzun müddət bir çox ölkələr üçün prioritet olacağını qeyd edib. Nazir bu xüsusda, AÇG-nin 2050-ci ilədək işlənilməsi ilə bağlı tərəfdaşlarımızla ortaq mövqeyin nəinki ölkəmizdə neft hasilatında, həmçinin tədarük çatışmazlığının yaşandığı enerji bazarlarında sabitlik üçün də önəmli olduğunu vurğulayıb.

BP şirkətinin sabiq baş icraçı direktoru Lord Con Filip Braun Ümummilli Liderlə bir neçə dəfə görüşmək şərəfinə nail olduğunu, Ulu Öndəri güclü və xarizmatik lider kimi xatırladığını, onun uzaqgörən rəhbərliyinin Azərbaycanın müasir tarixini və yeni neft strategiyasını formalaşdırdığını ifadə edib. Ulu Öndərin təkcə Azərbaycan xalqının deyil, bütün regionun inkişafında müstəsna rol oynadığını qeyd edən Lord Con Filip Braun Ulu Öndərin sarsılmaz dəstəyi nəticəsində “Azəri-Çıraq-Günəşli”, Bakı-Tbilisi-Ceyhan və “Şahdəniz” kimi dünya səviyyəli enerji layihələrinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.

“Əsrin müqaviləsi”nin imzalanması prosesində “Equinor” şirkətinin Azərbaycan üzrə sabiq prezidenti Tor-İvar Pedersen çıxışında H.Əliyevin Azərbaycanın enerji gələcəyinin formalaşmasında oynadığı mühüm rolun şahidi olduğunu qeyd edib, Ulu Öndərin uzaqgörən rəhbərliyi nəticəsində Azərbaycanın qlobal neft və qaz sənayesində nüfuzunun artdığını vurğulayıb. Ölkəmizin qlobal enerji bazarında mövqeyini möhkəmləndirən çoxsaylı neft və qaz layihələrinin tarixçəsindən bəhs edən fəxri qonaq bunların təməlində Ulu Öndərin uzaqgörənliyi və fədakarlığının dayandığını ifadə edib.

Xalqımızın Ümummilli Liderinin 2001-ci ildə təsis etdiyi "Neftçilər Günü” münasibətilə təbriklərini çatdıran SOCAR-ın prezidenti Rövşən Nəcəf Azərbaycan neftçilərinin ölkəmizin dayanıqlı inkişafında mühüm rol oynadıqlarını vurğulayıb.

Prezident İlham Əliyevin neft-qaz sənayesinin davamlı inkişafını, onun maddi-texniki bazasının gücləndirilməsini, neftçilərimizin sosial rifah halının daha da yaxşılaşdırılmasını daim diqqət mərkəzində saxladığını bildirən SOCAR prezidenti neftçilərə göstərilən hərtərəfli qayğıya görə dövlət başçısına dərin minnətdarlığını ifadə edib.

R. Nəcəf bu il Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini, “Heydər Əliyev İli” çərçivəsində ölkə daxilində və xaricində SOCAR tərəfindən Ulu Öndərə həsr olunan elmi-praktiki konfransların, yarışların, düşərgələrin, təhsil müəssisələrində mühazirələrin həyata keçirildiyini diqqətə çatdırıb. Azərbaycan neftçilərinin müasir dövlətimizin qurucusu və yeni enerji strategiyamızın müəllifi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini daim dərin ehtiramla andığını, bu gün əldə etdiyimiz bütün nailiyyətlərin təməlində Ulu Öndərin müdrik və uzaqgörən enerji strategiyasının dayandığını qeyd edib.

SOCAR-ın birinci vitse-prezidenti akademik Xoşbəxt Yusifzadə çıxışında Azərbaycan neft-qaz sənayesinin keçdiyi inkişaf yolundan, əldə olunan nailiyyətlərdən bəhs edib. Müasir Azərbaycan dövlətinin banisi və qurucusu olan Ümummilli Lider Heydər Əliyevin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən bəhs edən akademik Xoşbəxt Yusifzadə Ulu Öndər ilə bağlı xatirələrini tədbir iştirakçıları ilə bölüşüb. SOCAR-ın birinci vitse-prezidenti bu gün Ulu Öndərin yeni enerji strategiyasının ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, regionun aparıcı dövləti olan Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb.

Tədbirdə “Heydər Əliyev İli” çərçivəsində Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və SOCAR-ın birgə təşəbbüsü ilə Ulu Öndərin 100 illik yubileyinə həsr olunan poçt markalarının dövriyyəyə buraxılması məqsədilə markaların möhürlənməsi mərasimi keçirilib. “Birinci gün” zərflərini P.Şahbazov, R.Nəbiyev, R.Əlixanov və R.Nəcəf möhürləyib, konfrans iştirakçılarına poçt markalarının əks olunduğu hədiyyə çərçivələri təqdim olunub.

Oxşar xəbərlər
N.Tusi adına Klinika
23:24, Bu gün
ABŞ-də avtomobil təmiri sexində baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb
23:23, Bu gün
"Sumqayıt" klubunun futbolçusu əməliyyat olunacaq
23:22, Bu gün
Azərbaycan Basketbol Liqasında təxirə salınan oyun keçirilib
23:14, Bu gün
Kiyev sakinlərindən təşəkkür: “Çoxunun etmədiyini Azərbaycan edir” - VİDEO
23:10, Bu gün
Almaniyada iki yeniyetmə terror aktı hazırlamaqda şübhəli bilinərək saxlanılıb
23:04, Bu gün
Fələstin səfiri: “Şahidi olduqlarımızı bəşəriyyət İkinci Dünya müharibəsindən sonra görməmişdi” - VİDEO
23:01, Bu gün
“AzərEnerji”: Zəlzələ olan ərazilərdə heç bir problem qeydə alınmayıb
22:52, Bu gün
Bu diplomlar ölkəmizdə tanınmır
22:51, Bu gün
İsrailin BMT-dəki daimi nümayəndəsi: “HƏMAS soyqırımı törədən terror təşkilatıdır"
22:45, Bu gün
2 qızı öldü, arvadını qovdu, bolşevikləri və özünü vurdu - Milyonçu Murtuza Muxtarov - VİDEO
22:40, Bu gün
İsrail ordusu “İslami Cihad” qruplaşmasının liderlərindən birini öldürüb
22:23, Bu gün
Sosial şəbəkələrdə satılan korporativ nömrələr qanunidir? - VİDEO
22:22, Bu gün
Qurban Qurbanov: “Hava şəraiti bizim üçün bir az gözlənilməz oldu”
22:22, Bu gün
Türkiyənin 100 illiyi tədbirləri çərçivəsində Praqada süni intellekt tədbiri keçirilib
22:12, Bu gün
İranda tələbələrə meyit yumaq öyrədilir - FOTO
22:05, Bu gün
Qərbi Azərbaycan Xronikası: Ermənilərin Baranada saxtalaşdırma əməliyyatı - VİDEO
21:50, Bu gün
Türkiyə Milli Təhlükəsizlik Şurasında Zəngəzur dəhlizi müzakirə olundu
21:43, Bu gün
Çempionlar Liqası oyunundan sonra dava: Millimizin futbolçusu döyüldü - VİDEO
21:34, Bu gün
BMT-nin baş katibi Qəzza zolağında 111 əməkdaşının öldüyünü AÇIQLADI
21:30, Bu gün
Türkiyədə Osmanlı dövrünə aid “Hərəkə” xalçası bərpa olunacaq - FOTO
21:22, Bu gün
Azərbaycanın iki güləşçisi hərbçilər arasında dünya çempionu olub - FOTO/VİDEO
21:21, Bu gün
Biləsuvarda kişi ona nisyə siqaret verməyən satıcını döydü - TƏFƏRRÜAT
21:20, Bu gün
Quterreş BMT-nin Qəzzada ölən əməkdaşlarının sayını açıqlayıb
21:17, Bu gün
Azərbaycanda zəlzələ olub - YENİLƏNİB
21:12, Bu gün
Bakını gecə ilə bir-birinə qatan sürücüyə hansı cəza verildi? - VİDEO
21:05, Bu gün
Razı olan, narazı qalan sahibkarlar "Açıq mikrofon"da - FOTOLAR
21:03, Bu gün
Finlandiya Rusiya XİN-ə nota göndərdi
20:55, Bu gün
İranın hicab qanunu şəriətə zidd imiş - VİDEO
20:43, Bu gün
Netanyahu İsrailin Qəzza sektorunda əməliyyatları bərpa edəcəyini təsdiqləyib
20:34, Bu gün
Erməni direktordan açıqlama: Yuxarı Lars keçid məntəqəsi əslində niyə bağlandı? - VİDEO
20:31, Bu gün
Ağdaşda qanunsuz ağac kəsən şəxs müəyyən edilib
20:21, Bu gün
“Nikosayağı” bəraət ala bilər? - Hüquqşünas RƏYİ + FOTO/VİDEO
20:20, Bu gün
Azərbaycanlı hakim “Qalatasaray”ın oyununa təyinat alıb
20:19, Bu gün
İsrail Qəzzada 160-dan çox girov olduğunu bildirir
20:13, Bu gün
Naxçıvan MR 2024-cü il büdcəsi haqqında qanun təsdiq edilib
20:07, Bu gün
Azərbaycan Kuboku: "Sumqayıt" darmadağınla mərhələ adlayıb
20:05, Bu gün
Ağdaş sakini qanunsuz saxladığı odlu silahı polisə təhvil verib
20:04, Bu gün
Çeçenistan ilk Fələstin qaçqınlarını qəbul edib
19:57, Bu gün
Azərbaycan və Əlcəzair XİN-ləri arasında siyasi məsləhətləşmələr aparıb
19:51, Bu gün
Bakının bəzi ərazilərində suyun verilişində məhdudiyyətlər olacaq
19:45, Bu gün
Nazir: "Azərbaycanın özəl səhiyyə sektorunda 1400-ə yaxın biznes subyekti var"
19:37, Bu gün
Özbəkistanın QHT təmsilçiləri Respublika Veteranlar Təşkilatının qonağı olub
19:37, Bu gün
Balakəndə iki avtomobil toqquşub, ölənlər və yaralananlar var
19:34, Bu gün
“Bu xilas deyil, bu tələdəki yemdir”
19:32, Bu gün
Beynəlxalq axtarışda olan şəxs Livandan Azərbaycana ekstradisiya olunub
19:23, Bu gün
Lənkəranda narkotikin təsiri altında avtomobil idarə edən şəxs həbs olundu
19:20, Bu gün
"Xarici vətəndaşlara Rusiyanı ziyarət etmək təhlükəli olacaq" - Moskva yeni qanun layihəsi hazırlayıb
19:18, Bu gün
“Bilirsiz, Zəngəzur yolunun açılmasından sonra dövriyyədə nə qədər ABŞ dolları olacaq...”
19:13, Bu gün
İranda etnik ərəb edam edilib - FOTO
19:03, Bu gün
KİV: Ər-Riyad Tehrana münaqişənin Qəzzadan kənara çıxmaması üçün investisiya təklif edib
18:55, Bu gün
ADNSU-da Elmi Şuranın nöbvəti iclası keçirilib - FOTO
18:52, Bu gün
Dubayda iqlim konfransında Harris və Blinken ABŞ prezidentini əvəz edəcəklər
18:52, Bu gün
İran HƏMAS-a XƏYANƏT edir, Səudiyyə İsrailə... - İLGİNC DETALLAR
18:50, Bu gün
“Heydər Əliyev və özəl tibb sektoru” mövzusunda tədbir keçirilib - FOTOLAR
18:45, Bu gün
Bakıda hərbçilər arasında güləş üzrə 36-cı dünya çempionatının açılış mərasimi keçirilib
18:44, Bu gün
“Liderlik və idarəetmənin əsasları” mövzusunda təlim keçirilib
18:42, Bu gün
BSU-da “Düzgün CV, rezüme və istək məktubu necə yazılır?” mövzusunda təlim keçirilib - FOTO
18:41, Bu gün
Saatlı sakini odlu silahı və 412 ədəd patronu polisə təhvil verib
18:40, Bu gün
İstanbul Universitetinin dosenti UNEC tələbələrinə mühazirə oxuyub - FOTO
18:38, Bu gün
Günəşin tədqiqi üçün yeni cihaz istifadəyə verilib
18:37, Bu gün
Naxçıvan polisi tərəfindən son 1 ayda 67  nəfər saxlanılıb
18:32, Bu gün
Pyes müsabiqəsi qaliblərinə mükafatlar təqdim olunub
18:28, Bu gün
Polşada məktəbə hücum olub, yaralananlar var
18:23, Bu gün
Əfsanə Cəfərovaya hökm oxundu: "Qaynanam 10 dəqiqə müqavimət göstərdi..." - TƏFƏRRÜAT + VİDEO
18:23, Bu gün
Ekspert: "Azərbaycan ekoloji tarazlığın təmin olunması istiqamətində əhəmiyyətli nailiyyətlər əldə edib"
18:16, Bu gün
“MEDİAlab” layihəsi çərçivəsində BDU-nun 13 tələbəsi mükafatlandırıldı  - FOTOLAR
18:15, Bu gün
Ali Məhkəmədə Misir Dövlət Şurasının nümayəndə heyəti ilə görüş keçirilib
18:13, Bu gün
Bakı-Sumqayıt yolunda avtobus zolağı çəkilir
18:02, Bu gün
Qadın voleybolçular arasında Azərbaycan çempionatında III tura start verilib
17:56, Bu gün
AQTA 14 müəssisədə nöqsanlar aşkarlayıb - SİYAHI
17:53, Bu gün
Metroda ölən şəxs Çinarə Məlikzadənin atası imiş - YENİLƏNİB
17:51, Bu gün
Qərbin növbəti qərəzi - "Netflix" Azərbaycana qarşı film çəkir
17:48, Bu gün
Azərbaycanın beynəlxalq dərəcəli voleybol hakimi "Qalatasaray"ın oyununa təyinat alıb
17:45, Bu gün
"Vətən sənə hər şeyi verib!" - satqın aktyor "səhvlərini anlayıb" və Donbasa kömək edir
17:41, Bu gün
Toivo Klaar: “Ankarada Ermənistanla Azərbaycan arasında sülh prosesi müzakirə olunub” - FOTO
17:38, Bu gün
Bakı və Sumqayıtda dəm qazı normadan yüksək olub
17:35, Bu gün
DİN tədbirləri davam etdirir: Silah-sursat təhvil verildi - FOTO
17:32, Bu gün
Lars düyünü: Rusiyanın təzyiqi, Ermənistanın boyun əyməsi - ŞƏRH + FOTO
17:28, Bu gün
"Araz-Naxçıvan" ölkə kubokunda darmadağınla mərhələ adladı
17:25, Bu gün
Respublika QİÇS-lə Mübarizə Mərkəzində BDU tələbələri ilə görüş keçirilib - FOTO
17:20, Bu gün
Məzunlar 25 il sonra görüşüblər: 1966-cı ildən nadir görüntülər - VİDEO
17:15, Bu gün
Politoloq: "ABŞ Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqdan narazıdır"
17:10, Bu gün
“Dünyada ikili stantartlar mövcud olduqca mülki insanların faciələri davam edəcək” - RƏY + FOTO
17:05, Bu gün
İlber Ortaylıdan Aytən Səfərovaya: “Bizim aparıcılara dərs keçin” - VİDEO
17:00, Bu gün
Ukraynanın vitse-spikeri: “Ölkəmizin 200 min kvadrat kilometr ərazisi minalanıb”
16:57, Bu gün
Azərbaycanda övladlığa verilən uşaqların sayı açıqlandı
16:54, Bu gün
“Deputatların çoxu əsgərlikdə olmayıb” - Polkovnikdən xidmət vaxtının uzadılmasına ETİRAZ
16:50, Bu gün
Təhlükəsizlik Şurasının katibi xidmətinə yeni şöbə müdiri təyin edildi
16:46, Bu gün
DTX-nin Heydər Əliyev adına Akademiyasının əməkdaşları təltif edildi - SİYAHI
16:44, Bu gün
"Putin Nikolayev, Odessa və İzmail şəhərlərini ələ keçirməyi planlaşdırır" - Xersonun işğalçı rəhbəri
16:42, Bu gün
Daha 17 ailə Laçına çatıb, onlara mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB + FOTO/VİDEO
16:41, Bu gün
Vilayət Eyvazov Qubada vətəndaşları qəbul edəcək - FOTO
16:36, Bu gün
Vətən müharibəsi iştirakçısı xərçəngdən vəfat etdi
16:33, Bu gün
Əlisəttar Quliyev : “Qurbanov filmi ilk dəfə zalda hamı ilə birlikdə izlədi” - MÜSAHİBƏ + FOTO
16:29, Bu gün
Uyğurların maraqlı həyatı - VİDEO
16:24, Bu gün
“Azəriqaz” İB yanında İctimai Şuraya seçkilərin vaxtı elan edildi
16:22, Bu gün
Azərbaycan Kuboku: “Neftçi”nin rəqibi bəlli olub
16:20, Bu gün
Milli Məclisin komitə sədri erkən nikahlara görə axundları ittiham etdi
16:15, Bu gün
Azərbaycanın ədalətli müharibə modeli: Dünya bundan dərs götürməlidir - ŞƏRH + FOTO
16:10, Bu gün
Keçmiş məktəb direktoru məhkəmə zalında həbs olundu
GÜNLÜK
08:12, Bu gün
Erməni deputat Bakıda yaşamağa hazır olduğunu bəyan etdi, amma...
10:09, Bu gün
“Verilişlərdə şəxsi həyatım, geyimim haqda sual verərlərsə mikrofonu qoyub gedərəm”-Almaz Orucova şərt kəsdi-FOTO+ÖZƏL
12:01, Bu gün
“Uşaqlar, vallah, rüşvət alıb-verməkdən xilas olmaq lazımdır...”- Əsildar Hüseynov
00:30, Bu gün
“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” - ŞƏRH + VİDEO
28 Nov 2023 | 23:45
HƏMAS-ın azad etdiyi və saxladığı girovların sayı məlum oldu
28 Nov 2023 | 23:57
Ermənistanda bəzi Rusiya vətəndaşlarının hesabları bağlanacaq
28 Nov 2023 | 23:41
Qarabağın “giriş qapısı” Ağdamda altı hərəkət zolaqlı yol inşa edilir - VİDEO
00:27, Bu gün
Netanyahu Qəzza ilə bağlı İsrailin planını açıqladı
28 Nov 2023 | 23:36
Burkina-Fasoda silahlılar 40 dinc sakini öldürüb
28 Nov 2023 | 23:37
İsrail bu gün 30 fələstinli məhbusu azad edəcək
HƏFTƏLİK
25 Nov 2023 | 08:22
Şahramanyan dedi ki, 23 saatlıq əməliyyatdan sonra...
25 Nov 2023 | 01:13
Builki qəbul imtahanlarında əsaslı yeniliklər – Əlavə vaxt və …
25 Nov 2023 | 16:45
“Deyim ki, yox, sənə ev vermirəm?” – Anar sürücüsü və katibəsinə ev verdiyini təsdiqlədi
27 Nov 2023 | 12:50
“Kinostudiya rəhmətə gedib, mən də ölümümü gözləyirəm, üzdəniraqlar televiziyadan millətə dərs keçir”
28 Nov 2023 | 11:11
Xankəndidə Qarabağ Universiteti yaradılır - SƏRƏNCAM
28 Nov 2023 | 22:32
Şəhidin evinə oğru girdi- “Şəhidin ildönümü üçün yığılan pulu oğurlayıblar” - ÖZƏL
26 Nov 2023 | 13:27
“Filarmoniyada rəhbər işlədiyim illərdə Elmira Rəhimova, Flora Kərimova və Şövkət xanımın etdiyi yaxşılıqları unutmaram”-FOTO+VİDEO
26 Nov 2023 | 12:23
Kəlbəcərdə möcuzəvi tikili: Dünyanın ən böyük tunellərindən birinin görüntüləri (VİDEO)
26 Nov 2023 | 19:39
"Nə zamansa biz rus qızları ilə evlənmişik, həyat yoldaşlarımız bizimlədir..."
23 Nov 2023 | 11:19
Dövlətçilik tariximizə dahiyanə baxış: Keçmiş Heydər Əliyevin gözü ilə...
AYLIQ
08:12, Bu gün
Erməni deputat Bakıda yaşamağa hazır olduğunu bəyan etdi, amma...
10:09, Bu gün
“Verilişlərdə şəxsi həyatım, geyimim haqda sual verərlərsə mikrofonu qoyub gedərəm”-Almaz Orucova şərt kəsdi-FOTO+ÖZƏL
12:01, Bu gün
“Uşaqlar, vallah, rüşvət alıb-verməkdən xilas olmaq lazımdır...”- Əsildar Hüseynov
00:30, Bu gün
“Rusiya Ermənistan rəhbərliyini diz üstə çökdürəcək” - ŞƏRH + VİDEO
28 Nov 2023 | 23:45
HƏMAS-ın azad etdiyi və saxladığı girovların sayı məlum oldu
28 Nov 2023 | 23:57
Ermənistanda bəzi Rusiya vətəndaşlarının hesabları bağlanacaq
28 Nov 2023 | 23:41
Qarabağın “giriş qapısı” Ağdamda altı hərəkət zolaqlı yol inşa edilir - VİDEO
00:27, Bu gün
Netanyahu Qəzza ilə bağlı İsrailin planını açıqladı
28 Nov 2023 | 23:36
Burkina-Fasoda silahlılar 40 dinc sakini öldürüb
28 Nov 2023 | 23:37
İsrail bu gün 30 fələstinli məhbusu azad edəcək