Bakı sakinlərinə bir sıra idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib
Cəmiyyət
1461
26 Jun 2023 | 18:15

Bakı sakinlərinə bir sıra idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib

İyunun 26-da Bakıda keçirilən Bədən Tərbiyəsi və İdman üzrə Nazirlərin və Yüksək Vəzifəli Şəxslərin VII Beynəlxalq Konfransı (MINEPS VII) çərçivəsində bir sıra idman növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib.

 Bakı Konqres Mərkəzinin qarşısındakı parkda gimnastika, kapoeyra, basketbol, atıcılıq, stolüstü tennis, futbol, badminton, qılıncoynatma üzrə idman növlərinin nümunəvi çıxışları təqdim edilib.

Həmçinin musiqili şou təşkil olunub.

Bakı Konqres Mərkəzinin qarşısında həmçinin “İdman hamı üçün” layihəsi çərçivəsində “Sağlam həyat günləri” də keçiriləcək.

Qeyd edək ki, MINEPS VII konfransı iyunun 26-dan 29-dək keçiriləcək.(report) 

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər