Seyran Səxavət: “Fantaziyaya qalsa, hamı yazıçı olardı” - MÜSAHİBƏ + FOTO
Oxunub: 3568
21 Oct 2022 | 18:02
Seyran Səxavət: “Fantaziyaya qalsa, hamı yazıçı olardı” - MÜSAHİBƏ + FOTO
“Fantaziyaya qalsa, hamı yazıçı olardı. Özündən bir əsər uydurmağa nə var ki... Hər kəs bir həyat yaşayır, elə hamı durub yazar da”.
 
Bu sözləri yazıçı Seyran Səxavət “Report” Media Məktəbinin tələbələrinin suallarını cavablandırarkən deyib. 
 
“Report” yazıçıya ünvanlanmış sualları və onun cavablarını təqdim edir:
 
İsmayıl Bakuvi
 
- Siz Şərqşünaslıq fakültəsini bitirmisiniz. Mən də bu fakültənin tələbəsiyəm, amma jurnalistikaya həvəsim var, orada özümü sınamaq istəyirəm. Həmin fakültəni bitirməyiniz sizin yazıçılıq peşənizdə yardımçı olubmu? Ümumiyyətlə yazıçı olmaq üçün hər hansı bir humanitar və ya qeyri-humanitar peşəyə yiyələnməyə ehtiyac varmı? Yoxsa yazıçı olmaq üçün təkcə istedad kifayət edər?
 
- Bu, anadangəlmə bir şeydir. Musiqi, jurnalistika, rəssamlıqda istedad önəmlidir. Tək istedadla da iş bitmir. Bunu deməyi özümə borc bilirəm: zəhmət çəkməli, həvəsli, məqsədli olmalısan. Özündən asılıdır, hikkən də olmalıdır. Hikkə gözəl şeydir, amma bəraəti olanda. Sən qorxma, narahat olma. İstedadın varsa, deməli yazıçı olacaqsan. Şərqşünaslığı oxumağımın köməyi olub. Bura çox böyük yerdir.
 
- Sizin soyadınız Xanlarovdur, amma Seyran Səxavət təxəllüsü ilə tanınmısınız. Bu Səxavət təxəllüsünün mənbəyi haradan gəlir?
 
- Mənimlə ərəb şöbəsində paralel oxuyan Aydın Abdullayev var idi. Birinci kursda oxuyarkən tanış olmuşdum. Ona dedim ki, şairəm. O vaxtı bizə elə gəlirdi ki, kənddən Bakıya gəlmək ədəbiyyata gəlməkdir. Sən demə bunlar ayrı-ayrı şeylər imiş. Aydın dedi mənim qohumum şairdir, şeirlərindən oxu, xoşuma gəlsə, səni aparacağam onun yanına. Abır-həya da o dövrdə alınmaz qala idi. Necə yəni mən o boyda kişinin yanına gedim deyim ki, mən də şairəm?! Aydına “Sevirəm” şeirini oxudum. Altı ay keçəndən sonra məni zorla apardı Qasım Qasımzadənin yanına. O məni qarşıladı, haqqımda böyük bir “uğur olsun” yazdı. Şeirlərim qəzetdə çap olundu. O zaman Qasım müəllim mənə dedi ki, “soyadın Xanlarovdur, lap yaxşı, amma ruscadır. Mən belə baxıram səxavətli oğlana oxşayırsan. Bəlkə səni Seyran Səxavət eləyək?” Ad xoşuma gəldi, razılaşdım. Bir var Seyran Xanlarov, bir də var Seyran Səxavət. İkincisi daha yaxşıdır.
 
Zərintac Mayisqızı
 
- “Qaçhaqaç” əsərinizdə öz həyatınızdan bəhs etmisiniz, oradakı hər detal həqiqəti əks etdirir?
 
- Fantaziyaya qalsa, hamı yazıçı olardı. Özündən bir əsər uydurmağa nə var ki... Hər kəs bir həyat yaşayır, elə hamı durub yazar da. Bilirsiniz necədir? Bir texniki süzgəc var, bir də ilahi süzgəc. Məsələn, yazı yazmaq üçün mən heç vaxt qeyd aparmamışam. Nə qalıbsa, hiss etmişəm ki, dolmuşam artıq, bax onda yazıram. Ümumiyyətlə, o süzgəcdə nə qalırsa o gözəldir. Ümumi olaraq poeziya əsərlərimin iki cildini buraxmışam, hələ 13-ü durur. İnşallah, çap etdirərəm. Məndə həmçinin, “Seçilməmiş əsərlər” kitabı da var.
 
Leyla Səməndər
 
- Sizi indi də Sarı ləqəbi ilə çağırırlar?
 
- Mənə “sarı-sarı” deyirdilər kənddə-kəsəkdə. İndi köhnələr “sarı” deyir, təzələr hərəsi bir cür.
 
- “Qaçhaqaç” əsərində bəhs etdiyiniz Anuş obrazına həyatda həqiqətən sevgi duymusunuz?
 
- Yaxşı sualdır. Bir dəfə indiki Tusi adına Pedaqoji Universitetdə mənimlə görüş təşkil edilmişdi. Sevgi şeirlərindən oxudum. O zaman 32-33 yaşım vardı, şumal oğlan idim belə. Öz-özümdən xoşum gəlirdi, yəni belə yaxşı vaxtlarım idi. Orada şeirlər oxuyuram, vallah, başqa cür çıxmasın, zal dağılır. Axırda bir qız, onu heç vaxt unutmaram, yaxınlaşdı mikrofona, dedi Seyran müəllim, bayaqdan burada sevgi şeirləri oxuyursunuz, o sevgi şeirlərini həsr elədiyiniz xanımla evlənmisiniz, yoxsa üç nöqtə. Çox təhlükəli sualdır, çünki xanım da yanımda, uşaqlar da oturub zalda. Təhlükəli sualdır da. Dedim, qızım, sən hələ cavansan, böyüyərsən, başa düşərsən, bu yazıçılar, şairlər ömrünü iki yerə parçalayır. Birinə şeir həsr edirlər, birinə həyatını. Mən həyatımı həsr elədiyim oturub zalda, yanında da uşaqlar. Gördüm xanım razılıq eləyir, yəni əla.
 
 
 
Abdulla İsmayıloğlu
 
- Seyran müəllim, çıxışlarınızın birində “Daş evlər” romanımı yazmaq üçün “Sovetski” evlərində bir-birinin ardınca kirayəlik evlərdə yaşadım” demisiniz. Sizi tez-tez mənzil dəyişməyə nə məcbur edirdi?
 
- (Gülür) Şəxsi mənzilimin olmamasına görə evdən-evə köçürdüm. Ramiz Rövşənlə tələbəlik illərindən tanışıq. Bir dəfə qələm yoldaşım dedi ki, əgər sən nə vaxtsa məşhur adam olsan, kirayədə qaldığın evlərin qarşısında barelyeflərin qoyulacaq. Həmçinin məhz “Sovetski”dəki köhnə evlərdə yaşayanda “Daş evlər” romanını yazmaq qərarına gəldim.
 
- “Daş evlər”də Çanko obrazı var. Onu Adolf Hitlerlə müqayisə edərdim. Fürer böyük rəssam, Çanko isə fizika sahəsində böyük alim olmağı arzulayırdı. Amma acı tale hər ikisinə qarşı amansız oldu. Sizə elə gəlmirmi istedadlı insanlar çoxdur, sadəcə onların mütləq çoxluğunun istedadı batırıldığından, oğurlandığından dolayı üzə çıxmır?
 
- Nə Hitlerə, nə də Çankoya istedadı batmış insanlar demək olmaz. İnsanda istedad varsa, o, yerin deşiyində də olsa, özünü büruzə verir. Sadəcə istedadın forması, məzmunu, istiqaməti dəyişir. Hitlerin rəssam olmağına imkan vermədilər. Əvəzində böyük siyasi lider oldu. Çanko alim olmaq istəyirdi, arzusunu gözündə qoydular. Bunun müqabilində o oğru dünyasında flaqman oldu.
 
- “Daş evlər” əsərinizdə Rufa obrazı var. Rufanın bədbəxt olmasında anasını günahkar hesab edirsizmi?
 
- Bir ailədə övlad bədbəxt olursa, mütləq valideynin günahı var. Həzrəti Əli deyir: “İnsanlar valideynlərindən çox mühitinə oxşayır”. Mühitimiz bizi həm yetişdirə, həm də məhv edə bilir. Rufa anasının, qohumlarının, ən əsası mühitinə uyğunlaşmadığına görə tənhalığa məruz qaldı.
 
- Seyran müəllim, dövrlərində avanqard olan Əbülhəsən, Mirzə İbrahimov, Hüseyn Abbaszadə, Bayram Bayramov və onlarla adını çəkmədiyim yazıçılarımız niyə unuduldu?
 
- Bu barədə uzun-uzadı çox danışmaq olar, amma iki əsas səbəbi deyəcəyəm. Birinci, cəmiyyətimizin, xalqımızın laqeydliyi, ikinci, həmin ədiblərimizin özlərinin zəmanəyə uyğunlaşa bilməməyindən dolayı hərəkətsizliyi.
 
- Sevdiyiniz yazıçılar kimdir?
 
- Ən çox sevdiyim yazıçı Əbdürrəhman bəy Haqverdiyevdir. Mənə görə bənzəri olmayan yazıçıdır. Öz dövrümün ədiblərindən Yusif Səmədoğlunun qələmini sevirəm. Xaricilərdən Nodar Dumbadzenin əsərlərinin hamısını sevə-sevə təkrar oxumuşam. Xoşbəxtlikdən onunla görüşmüşəm də. Alman yazıçısı Ziqfrid Lenç də heyran olduğum yazıçılardandır. Onun “Gözəgörünməz qonşu” hekayəsi dahiyanədir. O əsəri bütün nobelçi yazıçıların roman-povestlərindən üstün hesab edirəm. Cerom Selincer ilə Edqar Alan Ponun qələmini də xoşlayıram. Gənclərdən Kəramət Böyükçöl, Təranə Vahid, Nuranə Nur, Arzu Nehrəmli və onlara bənzər üslubda yazan yazıçıları izləyirəm.
 
- Cek London deyir ki, bütün böyük insanlar sadəcə xoşbəxtliyinin quyruğundan tutmağı bacarıblar. Seyran Səxavət xoşbəxtliyin quyruğundan tuta bilibmi?
 
- Mən quyruğu ancaq kababda xoşlayıram (gülür). Özü də təpədən dırnağa realistəm. Odur ki, xoşbəxtlik, bədbəxtlik məfhumlarına uydurma kimi baxıram. 77 yaşlı Seyran Səxavətə görə insan iki dəfə xoşbəxt olan bilər: dünyaya göz açanda və dünyadan köçəndə. Bu ikisinin arasında qalan ömürdür, onu da hərə bir cür yaşayır.
 
- Cek London “Martin İden” əsərində yazır: “Onlar kitabı oxuyub həyatı öyrənəndə, o həyatı yaşayırdı”. Seyran Səxavət həyatı yaşayaraq kitablara müraciət etdi, yoxsa kitabları oxuyub həyata atıldı?
 
- Həyatı yaşamaq yaradıcılıqla məşğul olmaqdan dəfələrlə çətindir. Bir az da geniş ifadə etsəm, mənim bu vaxta qədər yazdığım bütün külliyyatım sadəcə kserosurətdir. Orijinal kitabım hazırkı görüşümüzdü. Yəni canlı ünsiyyət, həyatı yaşamaq əsl həqiqi kitabdır.
 
Arzu Cabbar
 
- Bayaq dediniz ki, mən çox realist insanam. Amma kitab yazanda heç bir qeyd etmirsiniz və sanki bunlar ancaq təxəyyülünüzün nəzərinə əsasən formalaşır. Bunu necə ayıraq?
 
- Maraqlı sualdır, adətən sual verənə belə deyirlər, amma doğrudan maraqlı sualdır. Artıq o nazik yerlərdən danışırsınız.
 
Məsələn, özümdən götürüm, öz təcrübəmdən. Başqasının təcrübəsini deyərəm, yanılaram, yanlış olar, naxış olmaz, bu həm də ayıb olar mənə.
 
Bəli, mən realistəm. Təpədən dırnağa. Heç o dünyaya da inanmıram. Ancaq Allaha inanıram. Hə, bu kişi var. Yoxsa, bu kişi haqqında mənə nağıl danış, onun mənə dəxili yoxdur.
 
O reallıq mənim yaradıcılıq mətbəximdədir. Masaya oturana qədər mən realistəm. Özü də əsas birinci cümlədə. İlk cümləni bəzən 10 günə yazmaq olmur. Birinci cümləni yazıçı özü aparmalıdır. Məsələn qalın bir romanda o cümlə səni axıra qədər bunu yazmaq üçün aparmalıdır, söz səni aparmalıdır. Reallıq odur. Bir də son nöqtəni qoyanda son nöqtən olur ki, realdır, qurtardı. Bax bu, reallıqdı.
 
O son nöqtə ilə birinci cümlənin arasında reallıq gedir, müvəqqəti arxivə gedir. Son nöqtəni qoyan kimi o təzədən qayıdır sənə. Özü də onu təşkil etmək olmaz. O gərək belə alınsın. Özbaşına belə alınmalıdır, yoxsa başqa cür mümkün deyil.
 
- Bunu onda belə demək olar ki, yaratdığınız personajlar, xarakterlər real olaraq öz-özlərini yazdırırlar?
 
- Bəli. “Daş Evlər” romanında belə bir yer var. Dünya ədəbiyyatında olmayan bir şeydir. Bax, indi mən bu gün oxucularla görüşmüşəm. Düzdürmü? Yazıçının da öz qəhrəmanları ilə görüşü var burada. Məsələn, bir qəhrəman yazıçının üzünə qarşı deyir ki, məni niyə belə yaratmısan? Niyə pis yaratmısan?. Digəri deyir ki, məni nə qəşəng yaratmısan?
 
Bu göydə olan şeydir, amma reallığa çevrilib. Mən gec yazıram, amma beyində redaktə edə-edə yazıram. Ola bilsin, haradasa beynimdə ya “ki”, ya vergül qoyam.
Oxşar xəbərlər
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
17 May 2024 | 18:07
Rusiyada məşhur “SSJ-100” mülki təyyarəsi ilə bağlı gözlənilməz qərar verilir
17 May 2024 | 18:03
Qarabağ Universitetində əcnəbi tələbələr təhsil alacaqlar? - AÇIQLAMA
17 May 2024 | 18:02
Qaraciyəri təmizləyən qidaların SİYAHISI
17 May 2024 | 17:57
“Tərtər işi”ndə təqsirləndirilən generalın cəzası azaldıldı
17 May 2024 | 17:55
Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi
GÜNLÜK
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 12:20
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
17 May 2024 | 12:12
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 12:16
Bakının mərkəzində qəribə yol qəzası - VİDEO
17 May 2024 | 12:25
İran zindanlarında məhbuslara böcəklərlə işgəncə verilir - FOTO
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 12:20
Qala qəsəbəsində gənc oğlan həmyerlisini bıçaqladı
17 May 2024 | 12:12
FHN Tovuzda maye qazdoldurma məntəqələrinin istismarını dayandırdı - FOTO/VİDEO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW