BDU-da 3 Mart – Ümumdünya Yazıçı Gününə həsr olunmuş tədbir keçirilib
2529
04 Mar 2022 | 12:01

BDU-da 3 Mart – Ümumdünya Yazıçı Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Kitabxanaçılıq-informasiya, Şərqşünaslıq fakültələri və Dünya Gənc Türk Yazarlar Birliyinin birgə təşkilatçılığı ilə 3 Mart – Ümumdünya Yazıçı Gününə həsr olunmuş tədbir keçirilib.
 
BDU-nun Humanitar məsələlər və gənclər siyasəti şöbəsinin müdiri Ramin Səmədov tədbiri giriş sözü ilə açaraq Ümumdünya Yazıçı Gününün tarixi və əhəmiyyəti barədə məlumat verib. Ümummilli Liderimiz Heydər Əliyevin şair və yazıçılara xüsusi diqqət və qayğısından bəhs edən natiq bildirib ki, bu siyasət Prezident İlham Əliyev tərəfindən bütün sahələrdə olduğu kimi, mədəniyyət sahəsində də uğurla davam etdirilir. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi qələbənin ədəbiyyatımıza böyük təsir göstərdiyini vurğulayan Ramin Səmədov bildirib ki, şair və yazıçılarımız Zəfərimiz haqqında yeni əsərlər, qəhrəmanlıq dastanları yaradacaqlar. Ötən il azad Şuşada Vaqif Poeziya Günlərinin yenidən bərpasının tarixi əhəmiyyətini, bu sənət bayramının çağdaş ədəbiyyatımıza yeni töhfələr, istiqamətlər verdiyini qeyd edən natiq tədbirin işinə uğurlar arzulayıb.
 
Tədbirdə BDU-nun Şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan “Cağdaş türk poeziyası”, Kitabxanaçılıq-informasiya fakültəsinin dekanı Ələmdar Cabbarlı “Qarabağ ədəbi mühiti”, Kitabşünaslıq və nəşriyyat işi kafedrasının müdiri Knyaz Aslan “Azərbaycan ədəbiyyatı klassiklərinin irsində mütaliə”, Dünya Gənc Türk Yazarlar Birliyinin başqanı İntiqam Yaşar “Dünya Gənc Türk Yazarlar Birliyinin Azərbaycan ədəbi mühitində yeri” mövzularında məruzə ediblər.
 
Tədbir Kitabxanaçılıq-informasiya və Şərqşünaslıq fakültələrinin tələbələrinin ifasında şeir və musiqi nömrələrinin səsləndirilməsi ilə davam etdirilib.
 
Link kopyalandı!
Son xəbərlər