Azərbaycan Sənaye Bankının sabiq işçiləri öd püskürdü
Oxunub: 2929
21 Jan 2014 | 10:03
Azərbaycan Sənaye Bankının sabiq işçiləri öd püskürdü

Yeni Müsavat”ın ötən saylarında “Azərsun-holdinq”ə məxsus “Azərbaycan Sənaye Bankı”nın (ASB) adının çəkilməsini istəməyən işçisinin məktubu dərc edilmişdi. Məktubda banka rəhbərlik edən Hüseyn Özmen və müavinlərinin əməllərindən bəhs edilirdi.

Məktubda deyilirdi: “Bankda çalışan bütün əməkdaşların ümumi problemi banka rəhbərlik edən Hüseyn Özmenin, sədr müavinləri Doğan Tandoğanın və Ramin Kərimovun, onların əlaltısı olan insan qaynaqları şöbəsinin müdiri Cəmil Novruzovun özbaşınalıqlarıdır. 
Ümid edirik ki, bizi heç kim eşitməsə də, siz eşidəcəksiniz və yazdıqlarımı qəzetiniz vasitəsilə cəmiyyətə çatdıracaqsınız. Bəlkə bu azğınlaşmış adamlar bundan nəticə çıxara bildilər. Bankda özbaşınalıq baş alıb gedir. Sədr Hüseyn Özmen işçiləri onun xoşuna gəlib-gəlməməsiylə qiymətləndirir. Onun xoşuna gəlməyən adam bu bankda işləməməlidir. Azərbaycanın Əmək Məcəlləsinə heç bir məhəl qoymur və öz şəxsi kefinə görə kimi istəsə işdən çıxarır. Doğan Tandoğan isə çox kobud adamdır. O, özünü Azərbaycan mentalitetinə uyğun aparmır. Qabağına çıxan bütün işçiləri xanım demədən, yaşlı demədən təhqir edir. Çünki bilir ki, heç kim ona cavab verməyəcək. Cavab verən elə həmin gün işdən çıxarılacaq". 

Bununla bağlı ASB-nin qəzetimizə təkzib məktubu daxil oldu. Bankın təkzib məktubunda bildirilir ki, həmin yazıda ASB-nin rəhbərliyi barədə bəzi qərəzli fikirlər və həqiqətə uyğun olmayan məlumatlar öz əksini tapıb: “Həmin yazıda qeyd olunanlara etirazımızı bildirir və aşağıdakıları diqqətinizə çatdırırıq. Bildirmək istəyirik ki, əmək müqaviləsinin müddətli və müddətsiz bağlanması əsasları və şərtləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilib. Bankımızda həm müddətli, həm də müddətsiz əmək müqaviləsi ilə çalışan işçilər var. Həm Azərbaycanda, həm də dünya praktikasında əmək müqavilələrinin müddətli və müddətsiz bağlanması təcrübəsi mövcuddur. Azərbaycanda fəaliyyət göstərən bankların böyük əksəriyyəti müddətli əmək müqaviləsinin tətbiq edilməsi təcrübəsindən istifadə edirlər. Bankımızda da bu təcrübə tam qanunauyğun şəkildə tətbiq edilir, heç bir işçi ilə məcburi qaydada müddətli əmək müqaviləsinin bağlanması hallarına yol verilmir. Bu müddət ərzində işçilər tərəfindən banka qarşı hər-hansı məhkəmə iddiası da qaldırılmayıb. Bu barədə qəzetinizdə dərc olunan məlumatlar həqiqətə uyğun deyil”.

Bununla belə, sözügedən məktubun tam mətni musavat.com-da dərc olunduqdan sonra yazılan şərhlər yeni nüansları ortaya çıxartdı. Şərhlərin məzmunundan bəlli olur ki, müəlliflər kənar şəxslər yox, elə bankın öz əməkdaşları və ya oradakı proseslər barədə kifayət qədər məlumatlı şəxslərdir. Həmin şərhləri maraqlı tərəflərdən birinin - işçilərin mövqeyi olaraq ictimailəşdirməyi lazım bildik. 

Əkbər adlı oxucu yazır:  “Deyilir ki, ASB işçiləri müddətli əmək müqaviləsi bağlamağa məcbur etmir. Bilirsiniz, 16 yanvar tarixində, yəni ASB haqqında yazı dərc olunduqdan sonra Abdulbari bəy (patron) göstəriş verdi (”Azərsun-holdinq"-in prezidenti Abdulbari Gözəl nəzərdə tutulur - red.). Bütün işçilərdən 6 aylıq müqavilələri yığdılar və gözlərinin qarşısında cırdılar. Hamı bilirdi ki, bu, işçilərə hörmət üçün deyil, sadəcə ortada dəlil saxlamamaq üçün edirlər bunu. Belə də oldu. Müqavilələr cırılandan sonra təkzib yazdılar. Bəs əlil işçi olan Nailə Vəliyevanı kim məcbur etdi 3 aylıq müddətli əmək müqaviləsi bağlamağa? Sonra onu da işdən çıxartdılar. Əlil işçini, hansı ki öz gəliri ilə kasıb olan ailəsinə ciddi dəstək verirdi, çıxarmaq rəvadırmı? Allah xətrinə bu işçini saxlamaq lazım idi. Bəs Şəhriyar Paşalını kim məcbur etdi müddətli əmək müqaviləsini bağlamağa? Çox adamın adını çəkmək olar. Saxta sənədləri kim tərtib edir işçi barədə, adını da audit hesabatı qoyurlar, hansı ki yalan informasiyalarla dolu və qərəzlidir".
Bankın Nailə adlı keçmiş işçisi yazır: “Haqsızlığa uğrayanlardan biri mənəm. Çünki heç bir xəbərdarlıq edilmədən, zorla və təzminat verilməsin deyə ”öz xahişimlə"  işdən çıxarılmışam".

Şəhriyar adlı keçmiş işçi yazır: “Məni bankın ”Dərnəgül"  filialında 3 aylıq sınaq müddəti şərti ilə kredit və satış bölməsinə keçirtdilər. Sınaq müddəti başa çatandan sonra filial direktorunun işim haqda müsbət rəyinə baxmayaraq rəhbərlik ASB-də işləməyimi məsləhət bilmədi". 

Zakir adlı oxucu yazır: “Biz düşünürük ki, Hüseyn Özmen Abdolbari bəyi aldadır, ona hər mövzuda yalan informasiyalar verir. Abdolbari bəy də görünür ki, inanır. Əminik ki, Özmanın tək məqsədi bacarıqlı, təmiz kadrları uzaqlaşdırmaq və bankda öz şəbəkəsini qurmaq, 70 yaşında yeyinti edib, qaçmaqdır. Biz  türkiyəli sədrlərin yeyinti edib qaçdığını bilirik axı.

ASB kollektivi güclü, inamlı, savadlıdır. Bunu bütün bank sektoru bilir. ASB kollektivini dəyişdirmək istəyən ancaq pis niyyətli ola bilər. Biz imkan verməyəcəyik ki, 70 yaşında, həyatda tək dərdi oğluna (işsiz və avara) sərvət qoymaq olan bu adam öz şəbəkəsini quraraq bankdan oğurluq etsin".

Tahir adlı oxucu yazır: “ASB Bankın Gəncə filialında Əli adlı əməkdaş əyrilik etmişdi. Filialın müdiri Samir bunun üstünü açdı və rəhbərlikdən tədbir görülməsini tələb etdi. Özmen da özündən əvvəlki sədri ləkələmək üçün Samiri əsassız yerə prokurorluğa verib karyerasını korladı”. 

Ayxan adlı sabiq işçi yazır: “Bir çox peşəkar, xaricdə təhsil alıb gəlmiş təcrübəli əməkdaşlarımız var idi. Qeyri-peşəkar və savadsız insanları qəbul etmədilər bir-bir istefa edib getdilər. Hər biri də daha gözəl işlərə dəvət olundular. Özünə hörmət eləyən heç kəs bu savadsız və qabiliyyətsiz rəhbərlərlə işləməyi özünə rəva bilməz. Mən Özmen ilə Dünya Bankı layihəsində bir yerdə işləmişik. Qeyri-peşəkarlığı ilə layihəni batırdı”.
Bir oxucu ASBBANK adı altında yazır: “Bank rəhbərliyi ilə uzun müddətdir dostluq edən Yadigar bəy vardı. Gözəl insandır. Yadigar bəy bunların qeyri-peşəkarlığına (vəziyyətin bu nöqtəyə gəldiyini qabaqcadan görə bilirdi) dözə bilməyib iradını bildirdi, başa düşmədilər, istefa verməyə məcbur oldu. Hətta öz etibar etdikləri şəxs də bunların hərəkətindən qorxdu.  Bu rəhbərlik gələndən sonra kredit portfeli 70 faiz azalıb, bank zərərlə işləyir. AMAY-dakı problemli yer 4 milyona satıldı. Bu, təsadüfü gəlirdir. İndi patrona deyəcəklər ki, ”bu il gəlirlə işləyirik". Patron haradan biləcək ki, gəlir haradandır?"
Bir çox hallarda şərhlər bir-birini təkrarlayır, bəzilərində isə təhqir halları var idi. Ona görə də şərhlərin qısa xülasəsini verməyə məcbur olduq. Yazıda adı çəkilən hər bir şəxsin və bank rəhbərliyinin mövqeyini yenidən dərc etməyə hazırıq.
Oxşar xəbərlər
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 14:48
“Qarabağ”ın oyununda qadın hakimlər
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 14:56
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 14:48
“Qarabağ”ın oyununda qadın hakimlər
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 14:56
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ