“Mənə maraq göstərən, potensialımı dəyərləndirən yoxdur”
Oxunub: 1036
18 Oct 2021 | 17:39
“Mənə maraq göstərən, potensialımı dəyərləndirən yoxdur”
Cənubi azərbaycanlı alim, dünyanın bir çox ölkələrində qonaq-professor kimi fəaliyyət göstərən Reza Talebi-Daryaninin müsahibəsini təqdim edirik:
 
Müsahibimiz  Köln Universitetindən Avropa İttifaqının V Tempus layihəsinin Azərbaycan üzrə əlaqələndiricisidir.  Alman-Azərbaycan Forumu idarə heyətinin üzvü olan alim, həmçinin, Almaniyadakı Azərbaycan diasporunun fəallarından biridir. O, hazırda Azərbaycan Memarlıq və İnşaat Universitetində Mühəndis sistemləri və qurğuların tikintisi kafedrasında magistrlərə enerji menecmenti ixtisasından dərs deyir.
 
 – İzninizlə, müsahibəyə öncə sizi tanımaqla başlayaq.
 
– Mən,  Prof. Dr. Rza Daryani,  Cənubi Azərbaycanda anadan olmuşam. 53 ildir, Almaniyada yaşayıram. Həm orta məktəb, həm də ali təhsilimi ( Dr. Nauk) həmin ölkədə bitirmişəm. 1989-cu ildə  Almaniya Təhsil Nazirliyi tərəfindən professorluq əmrim verilib. 29 ildir, Almaniyanın rəsmi professoruyam. İxtisasım rəqəmsal bina avtomatlaşdırılmasıdır. Həmçinin, Lütfi Zadənin elmindən (Fuzzy Logic Control)  istifadə edib binalar üçün enerji menecmenti sistemlərini inkişaf etdirmişəm.  Onunla bir çox layihələrdə müzakirələrimiz olub və uzun müddət Lütfi Zadə ilə elmi dostluğumuz davam edib.
 
– Lütfi Zadə ilə tanışlığınız necə oldu?
 
– Onunla 1992-ci ildə  konfransların birində tanış olduq. Həmin konfransda  elmi müxbir kimi iştirak edirdim. Lütfi Zadə çox sevindi ki, 1992-ci ildən Azərbaycana elmi yardım gətirmişəm. Əlbəttə, o böyük bir şəxsiyyət  olub, yaşı məndən çox idi. Amerikada – fərqli mədəniyyətdə yaşasa da, sadə bir insan, alim olub. Bizim elmi dostluğumuz son günə kimi davam edib.
 
“Azərbaycan universitetlərində işləyən əksər professorların  sənaye inkişafında rolları yoxdur”
 
– Onunla bağlı maraqlı, unutmadığınız xatirənizi bizimlə bölüşə bilərsinizmi?
 
– 1992-ci ildə Lütfi Zadə mənə bir söz dedi. Konfransların birində ondan məsləhət aldım. O zaman cavan professor idim. Lütfi Zadədən  elminin  hansı şaxəsi ilə  gedə biləcəyimi soruşdum. Lütfi Zadə mənə “Reza, konfransdakı 600-700 nəfər iştirakçını görürsən? Sabah konfrans bitəndən sonra, hamı yeni alqoritm yazmağa başlayacaq. Bunu yadından çıxar. Əgər mənim elmimlə tanışlığın varsa, get, onu tətbiq elə” -, dedi. 2015-ci ildə San Fransiskoda konfrans baş tutdu, mən də  dəvət edilmişdim, bir çıxışım oldu. Konfransın ziyafətində kifayət qədər amerikanlar var idi. Lütfi Zadə onlara “Siz 20 ildir ki, mənim elmimə diqqət etməmisiniz. Gedin, professor Rezanın Almaniyada bu elmi necə tətbiq etdiyini görün” dedi.
 
Lütfi Zadənin yolu ilə – əsərlərimin əksəriyyəti tətbiqatdır. Bilirsiniz, Almaniyada, sənaye ölkələrində riyaziyyat üzrə nəzəri biliklər lazımdır. Lakin  onun tətbiqi də önəmlidir.  Əks halda, nəzəriyyənin insanlara bir faydası olmur. Bu, mənim və Lütfi Zadənin fəlsəfəsi idi. Azərbaycan universitetlərində işləyən əksər professorların  bir zəifliyi var: Onlar tələbəyə riyaziyyat öyrədirlər, amma tətbiqini deyil və sənaye inkişafında rolları da yoxdur.
 
 
– Elə əksər tələbələr Riyaziyyat  fənnini həyatda necə tətbiq edəcəklərini bilmirlər. Hətta buna görə, fənnin lazımsız olduğunu düşünənlər də var…
 
– Mən tələbələri başa düşürəm. Riyaziyyatçı həmkarlarım gərək, öz dərsində tələbələrə tətbiq edə biləcəyi bilikləri çatdırsın. Riyaziyyat vacibdir. Nəzəri, fundamental elmlər olmasa, heç mənası olmaz. Maşınlar riyaziyyatla deyil, mühəndislik beyni ilə işləyir.
 
– Hansı ölkələrin universitetlərində tədrislə məşğul olmusunuz?
 
– Çox ölkələrdə olmuşam. Məsələn, Yaponiyanın, Londonun məşhur universitetlərində işləmişəm. Qonaq professor kimi çalışmışam. Sonralar Azərbaycana daha çox gəldim. Buna görə də, digər ölkələrlə əlaqələrim azaldı.
 
– Bildiyimiz qədərilə, artıq 20 ildən çoxdur ki, Azərbaycanın ali məktəbləri ilə işləyirsiniz…
 
– …25 ildən çoxdur, işləyirdim. Bu işləri qurtardım. Biz Avropa İttifaqı tərəfindən 1 milyon 800 min avroqrant aldıq. 17 il müddətində qrantın rəhbəri özüm olmuşam. 5 universitetdə tətbiqi mühəndislik ixtisası açmışıq. Bu elmi ixtisasın 10-u 2017-ci il, yanvarın 31-də  Avropa İttifaqının Baloniya prosesinin sertfikatına layiq görüldü.
 
– Qeyd etdiyiniz 5 universitet  hansı kriteriyalarına görə seçildi?
 
– Universitetlərdən 3-ü Bakıda, biri Sumqayıtda, biri də Mingəçevirdə yerləşir. Biz ancaq mühəndislik ixtisasları ilə məşğul idik. Bakıda mühəndislik sahəsində 3 məşhur universitet var: Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universiteti. Layihə üzrə  bu universitetlərlə çalışmışıq.
 
– Köln Universitetindən Avropa İttifaqının V Tempus layihəsinin Azərbaycan üzrə əlaqələndiricisisiniz…
 
-… Bəli! Biz 5 layihəni müsabiqədə  udmuşuq. 5-ci  layihəni qazanmaq üçün 3 dəfə təkrar ərizə vermişəm.
 
– Zəhmət olmasa, layihənin məqsədi haqqında danışın.
 
– Layihənin məqsədi çox sadədir.  Burda biz ixtisasları analiz etdik, müəllimləri aparıb  yeni dərs metodları öyrətdik və onlar burda yeni tədris planı ilə dərs  verməyə başladılar. Və eyni zamanda, 5 universitetlərdə 20 eksperimental laboratoriyalar yaratdıq ki, tələbələr tətbiqi elm istiqamətində bakalavr və magistr dərslərini oxusunlar.
 
 
“Azərbaycana modern tədris metodları ilə dərs deyə bilən mütəxəssislər lazımdır”
 
– Necə düşünürsünüz, layihə ölkəmizdə Baloniya prosesinin həyata keçirilməsində hansısa dəyişiklik  yaratdımı? Ümumiyyətlə, layihənin ölkə təhsilinə nə kimi qatqıları olub?
 
–  Açığı, obyektiv fikir  deyə bilmərəm. Bir şey bilirəm ki, Azərbaycana modern tədris metodları ilə tələbələrə dərs deyə bilən mütəxəssislər lazımdır.
 
– Bəs,  bu cür kadrların artması üçün hansı işlər görülməlidir?
 
–  Mən təklif verə bilmərəm. Amma Azərbaycan universitetlərində müasir dərs verə bilən müxətəssislərin olması çox vacibdir.
 
– Siz həm də Təhsil Nazirliyinə, Azərbaycanın Almaniyadakı səfirliyinə mühəndis təhsilinin modernləşməsi ilə bağlı məsləhətlər verirsiniz. Bunlar nədən ibarətdir?
 
– Mən heç kimə  tövsiyə vermirəm. Layihələrdə Təhsil Nazirliyi bizim tərəf müqabilimiz idi. Almaniya səfirliyi bizə ancaq viza məsələsində yardım edib. Qrantı Almaniyadan deyil, Avropa İttifaqından alırıq.  Yəni Almaniya səfirliyinin bu layihələrdə  böyük  rolu yoxdur. Lakin layihələrin həyata keçirilməsində Köln Texniki Universitetinin  rektorunun həddindən artıq böyük rolu olub. Çünki  universitetin tam infrasturkturu  layihənin inkişafı üçün istifadəyə verilib. Bu baxımdan Almaniyanın,  layihələrin uğurla sona çatdırılmasındakı rolunu danmaq olmaz. Köln Texniki Universiteti  layihələr üçün, öz büdcəsindən əlavə pullar ayırıb. Hər layihənin sonunda böyük konfransların fəxri sədri  Almaniya səfiri, Təhsil naziri olurdu.  O cümlədən, layihələrin sonunda Almaniya səfirliyi  tərəfindən ziyafət təşkil edilirdi. Alman hökuməti gördüyümüz işlərə qiymət verir.  Bununla, Azərbaycan və Avropa İttifaqı ölkələri, alimləri, universitetləri arasında mədəni münasibətlər formalaşır.
 
– Qeyd etdiyiniz kimi, bir neçə ölkələrdə tədrislə məşğul olmusunuz.  Hər halda müşahidə etmiş olarsınız, Azərbaycanla həmin ölkələrin təhsil sistemi arasında hansı fərqlər var?
 
– Deyə bilmərəm!  Əslində fərqlər çoxdur.
 
 
– Bəs necə düşünürsünüz, Azərbaycan təhsili Avropaya necə inteqrasiya edə bilər?
 
– Gərək tədris sistemində Avropa intizamı olsun. Avropa təhsil sistemi  müasir infrastruktura malikdir. Ancaq “biz eləyik, biz beləyik”- deməklə  inteqrasiya etmək mümkün deyil. Bunun üçün də müəyyən müddət lazımdır.
 
– Azərbaycanda mühəndis təhsilinin səviyyəsini necə qiymətləndirirsiniz? Sizi qane edirmi?
 
– Azərbaycanda mühəndis təhsili üçün çox inkişaf lazımdır. Hər şeyi universitetin boynuna qoymaq olmaz. Mən burda tədrislə məşğulam, amma tələbələr dərsə az maraq göstərirlər. Az sayda tələbənin beyini elmlə məşğuldur. Halbuki, dərsləri mənimsəmədikləri müddətcə,  aldıqları diplomun faydası yoxdur. Çalışıram ki, interaktiv tələbələrə dərsi özləri üçün oxuduqlarını başa salım. Tələbələr diplom üçün oxumasınlar. Azərbaycan sənayesinə iş bacaran mühəndis lazımdır, diplomlu mühəndis yox. Stiv Cobsun universitet diplomu olsa da, Bill Qeytsin yox idi. Amma Bill iş bacaran biri olub. Bu proses ikitərəflidir. Universitet gərək infrastrukturu elə hazırlasın ki, tələbə həvəslə ora  gəlsin. Tələbələrə həmişə deyirəm, siz qapını açıb içəri girəndə və dərsdən çıxanda özünüzə “Bu gün İQ səviyyəm çoxaldımı” sualını verin. Çoxalmırsa, iki günahkar var: müəllim və tələbələr. Bu, çox sadə prosesdir.
 
– Belə başa düşdük ki, tələbələrin mühəndislik yönümlü təhsilə marağı sizi qane etmir…
 
– Bəli.  Təəssüf ki, magistr kursumda təhsil alan bəzi tələbələrin  bazaları yoxdur. Onların biliklərinin əsası bakalavrda qoyulmalıdır. Bura elə tələbələr gəlir ki, məsələn, iqtisadiyyat ixtisasını bitirib.  Onlarda mühəndisliyin bazasından söhbət gedə bilməz. Bu, ikitərəfli prosesdir. Dediyim kimi, günahı ancaq universitet və ya professorlarda görmək olmaz. Tələbə özü təhsil almaq istəməlidir. Mən dəfələrlə tələbələrə deyirəm ki, digər professorlardan ədəbiyyat siyahısı alsınlar. Hansı ki, həmin ədəbiyyat mənim tədrisi ilə məşğul olduğum ixtisas üçün önəmli  məlumatlardan ibarətdir.
 
 
“Tələbələrin əksəriyyəti  ingilis dilini başa düşmür”
 
– Bəzən tələbələr ixtisas üçün önəmli olan ədəbiyyat siyahısının azlığından şikayət edir.
 
– Ədəbiyyat heç zaman kifayət qədər olmur. Mənim ədəbiyyatım alman və ingilis dilindədir. Bilirsiniz, mən burda tələbələrə  enerji menecmenti  üzrə ingilis dilində dərs deyirəm. Öz əsərlərimi böyük zəhmətlə alman dilindən ingilis dilinə tərcümə etmişəm. Lakin tələbələr zəifdir. Onların əksəriyyəti  ingilis dilini başa düşmür. Bu baxımdan,  tələbələrin  anlaması üçün,  yenidən  əsərlərimi  Azərbaycan dilinə çevirməli oluram.
 
– Magistrlərə dərs deyirsiniz. Çoxları Azərbaycanda magistr təhsilinin bakalavrın təkrarı olduğunu düşünür. Sizcə ölkədə magistr təhsilini bu şablondan çıxarmaq üçün hansı yeniliklərə ehtiyac var?
 
– Magistr bakalavrın təkrarı ola bilməz. Magistr gərək, bakalavrdan yüksək səviyyədə olsun ki, tələbələrə nəsə öyrətsin. Əgər dediyiniz kimi təkrar olsa, nə faydası? Tələbələr niyə magistr oxusun?  Bakalavrı bitirib işləyə də bilər. Magistr səviyyəsi təkrar deyil. Tədris metodunda belə şey olmamalıdır. Bu gün Azərbaycanda belə vəziyyət varsa, ona rəy verə bilmərəm. Bu haqda məlumatım yoxdur. Lakin öz magistr proqramımızın təkrar olmadığını deyə bilərəm. Sadəcə zəif tələbələrə məcbur olaraq, bakalavr  biliklərindən də nəsə öyrətməli oluruq.
 
– Almaniyada azərbaycanlı tələbələrlə ünsiyyətdə olurdunuzmu?  Onların əsas problemi nə idi?
 
– Çox az tələbələrlə ünsiyyətdə olmuşam. Ümumiyyətlə, problem hər yerdə mövcuddur. Dünyanın  hər yerində  tələbələrin çətinlikləri var. Mən 1992-ci ildən 2016-cı ilə kimi  Almaniyadakı Azərbaycan səfirliyinin elm və təhsil sahəsində fəxri müşaviri idim. Mənim işim elmdir. Bu sahədə səfirliklə güclü işləmişəm.
 
“Mənə maraq göstərən, ölkədə mənim potensialımı dəyərləndirən yoxdur”
 
– Elm istiqamətində hansı işləriniz, uğurlarınız var?
 
– Hazırda görəcəyim hər hansı elmi iş qalmayıb. Ancaq Memarlıq və İnşaat Universitetində magistrlara  dərs deyirəm. Almaniya dövləti mənim  xahişimlə ikinci dəfə layihəni həyata keçirdi. Proqram mayın sonuna kimi davam edəcək. İki modul işlədik, iki modul da yay semestrində olacaq. Gəlin, belə danışaq. Mənə maraq göstərən, ölkədə mənim potensialımı dəyərləndirən yoxdur. Gülçöhrə xanım yeganə rektor oldu ki, mənə iş təklif etdi. Başqa təkliflər gəlmir və yeni təkliflər də axtarmıram.
 
– Bildiyimiz qədərilə, Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə müqavilə müddəti bitdikdən sonra yenidən qayıtdınız, Azərbaycana. Səbəb nə idi?
 
– Almaniya hökuməti Azərbaycanda dərs deməyimlə bağlı mənə təklif etdi. Amma məni Azərbaycan dəvət etmədi. Bundan sonra hansı universitetdə öz təcrübəmi daha yaxşı öyrədə biləcəyimi nəzərdən keçirdim və  AzMİU-nu seçdim. Enerji menecmenti kursunu burda yaratmışdıq. Digər universitetlərdə mühəndisliyin ayrı ixtisasları var. Onlar mənim öz ixtisasımı əhatə etmir. Odur ki, elm sahəsində mənə rahat olan AzMİU-da öz təcrübələrimi müəllim və tələbələrlə paylaşıram.
 
 
– Proqram bitəndən sonra yenidən davam etmək fikriniz varmı?
 
– Hazırda  Azərbaycandan təklif yoxdur. Lakin bu günlərdə bir  Yaponiya elmi təşkilatı məni 2019-cu ilin iyulunda keçiriləcək konfransa dəvət edib. Fəxri iştirakçı kimi onları Lütfi Zadənin  elmindən istifadə edib “Intellektual Binalar və Enerji Menecmenti” layihələri ilə tanış edəcəyəm.
 
– Adətən, texniki sahənin və mühəndislik peşəsinin kişilərə aid olduğu düşünülür. Xanımlar bu sahədə niyə güclü olmasınlar ki?
 
– Əksinə, mənim keçən il burda ən yaxşı tələbəm qız idi. Düzdür, mühəndislik ağır sənaye işidir. Xanımlar bu sahədən  özlərini uzaq saxlayırlar. Lakin onlar  oğlanlardan daha yaxşıdırlar. Mənim Almaniyadakı magistr tələbələrimdən yaxşı iş bacaranların 50 faizi qızlar idi. Yəni, mühəndislik sahəsində qızlar az olsa da, oxuyurlar və ən əsası bacarırlar.
 
– Azərbaycanda mühəndis kadrların sayı qənaətbəxşdirmi?
 
– Gərək, sənaye olsun ki, mühəndislərə tələbat yaransın. Əks halda, kadrlara ehtiyac olmursa, sahəyə maraq da az olur. Azərbaycan çox zəngin ölkədir. Dünya bazarındakı rəqabətə ancaq keyfiyyətli istehsal tab gətirə bilər. Çinin, Cənubi Koreyanın 40 il bundan qabaq heç bir sənayesi yox idi. Lakin onlar insan beynindən istifadə edə bildilər.
 
– Müsahibə üçün təşəkkür edirik. Son olaraq, əlavə etmək istədiyiniz nəsə varmı?
 
– Azərbaycan tələbələrinə uğurlar, professorlara isə səbr arzu edirəm. Onlar tələbələrə daha çox tətbiqi elm öyrətsinlər. Həmçinin Azərbaycanın sənaye mərkəzləri inkişaf etsin. Universitetlərdə iş bacaran kadrlar həmin mərkəzlərə müraciət etsinlər.
 
QEYD - Müsahibə 2018-ci ildə alınıb. (azedu.az)
Oxşar xəbərlər
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydub
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 14:22
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
17 May 2024 | 14:43
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 14:26
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 14:22
Bakıda tələbələr arasında QANLI DAVA: 17 yaşlı oğlan həmyaşıdını öldürdü – Şok təfərrüat
17 May 2024 | 14:43
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 14:26
Bir şəhər və 29 kəndin sakinlərinin "çörəkpulu"su dayandırıldı - SƏBƏB