AQİL ABBAS: dolma yemək istiyrəm, kotlet yeməy istiyrəm...
Cəmiyyət
Oxunub: 1284
23 Apr 2021 | 15:58
AQİL ABBAS: dolma yemək istiyrəm, kotlet yeməy istiyrəm...
(Qədir Rüstəmovun ov macəraları)
 
(Əvvəli burada)
 
(IV yazı)
 
Qədir Xallı Şahini nə qədər sancsa da möhkəm dost idilər. Və bu dostluğu əhatə edirdi Tahir abi, Axundov Rizvan, Kürd Faxı, Süleyman, Neftbaza Rizvan, Paşa müəllimin oğlu Şahin, Alik (Allahverdi Əliyev), Surxay Əlibəyli, Qarın Vahid, Vaqqılı, Məllim Asif, Futbolist Adil (Nadirov Adil, «Qarabağ»ın oyunçusu, kapitanı, məşqçisi, təsisçisi və prezidenti olub) və Ağdamın şahı Allahverdi Bağırov, amma heç vaxt bizimlə ova getməzdi.
 
Alik ov sevən deyildi. Xallı Şahinin balaca qardaşıydı, çox mütaliəli, həddindən çox yumor hissi olan, istədiyi adamla məzələnməyi, mırt tutmağı bacaran bir oğlanıydı. Ümumiyyətlə, Əliyev qardaşları hamısı çox savadlıydılar. Orta və ali məktəblərinin Azərbaycan bölməsini bitirmələrinə baxmayaraq, rus dilini tum kimi çırtlayırdılar. Çox gənc rəhmətə getdi.
 
Bir Məllim Asif vardı, indi də var. Qacarlar nəslindəndi. Alverlə məşğul idi, indiki dillə desək, bizneslə. Rus dilini mən ingilis dilini bildiyim kimi bilirdi. Rusiyaya gedəndə əsasən Alik ona tərcüməçilik edərdi. Bir gün Alik deyir ki, ə, avara, sən bir dəftər tut, ticarətlə bağlı öyrənmək istədiyin sözləri yaz, mən də qarşısına uruscasını yazım, öyrən də. Day mənim zəhləmimi tökmüsən. Məllim Asif səhər tezdən bir dəftər gətirir, verir Alikə. Alik dəftəri açır, birinci sözü oxuyub uğunub gedir. Dostlar deyir nəyə gülürsən?
 
Alik:
 
- Ə, görün bunun birinci öyrənmək istədiyi söz nədi? - və oxuyur; - Gejə qalassınız?
 
Alikin zarafatlarını ayrıca yazacam.
 
Deməli,səhər-səhər çıxdıq üzü güləbətinə – Ağcabədiyə. Gözlənilmədən Alik də bizə qoşuldu. Yolboyu hərdən Moskva-Leninqrad səfərlərində uşaqlarla necə məzələnməyindən danışır, qaradinməz Qədirin də üzü gülür.
 
- Qədir, istəyirsən səni də bir dəfə Leninqrada aparım? Düzdü, Ağdam kimi gözəl şəhər deyil, amma adamın Allahı var, Ağdamdan bir az böyükdü.
 
Qədir:
 
- Deyəsən, mənlə də məzələnirsən.
 
- Allah eləməsin.
 
Söhbətə mən qarışıram:
 
- Qədir, o Rəmişlə niyə yola getmirsən?
 
- Məllim, Rəmiş adamdı? Heş onnan Əzrayıl yolayedə bilmir. Sən Leyli Məjnunnan oxuyursan, bir də gördün uyudu getdi Əsli Kərəmnən çalmağa. Oxumağın da yadından çıxır, başdıyırsan ona qulaq asmağa. Ayax verəndə də yadınnan çıxır ki, nəyi oxuyurdun. Allahın bir bəlasıdı da. Onnan yer üzünə bir də gəlmeyjək.
 
Gəldik Ağgölə. Göl ördəklə, qazla, qaşqaldaqla doludu. Çox qəribədir, Tanrı onlara necə bir duyğu veribsə, heç vaxt güllə məsafəsinə gəlmirlər. Görünür, barıtın qoxusunu tuta bilirlər. Ha fırlanırıq əlimizə ov keçmir. Üç saat keçdi, bir dənə də quş vura bilmədik.
 
Alik də yorulub, kök adam, zorla nəfəs alır. Hərdən də çığıra-çığıra deyir:
 
- Evimizə getmək istiyrəm. Dolma yemək istiyrəm, kotlet yemək istiyrəm.
 
Uşaqlar da gülür. Sonra Alikin bu sözləri düşmüşdü ağdamlı uşaqların ağzına. Kimsə çayxanada bir az tez duranda, soruşanda ki, ə, hara gedirsən?
 
Deyirdi:
 
- Evimizə getmək istiyrəm, dolma yemək istiyrəm, kotlet yemək istiyrəm.
 
Alik yorulub qayıtdı maşınlara tərəf. Biz isə bir-birimizdən bir az aralı oturub ördəklərin havaya qalxmasını gözləyirik. Dostlardan biri də fırlanır qarşı tərəfə, hərdən güllə atır ki, ördəklər uçsun, qalxsın havaya.
 
Birdən düz önümdəki qamışlıqdan yalan olmasın 20-25 ördək mənə tərəf qalxdı. Mən də ördəklərə baxıram. Uşaqlar da çığırırlar ki, at, at. Təxminən 20-25 metr hündürlükdən uçur ördəklər. Salbayla da salmaq olar. Mən də baxıram. Uşaqlar gördü ki, atmıram. Bir də eşitdim ki, Qədir qışqırır:
- Məllim, yerə yat, ördəklər səni vurdu!
 
Ördəklər beləcə uçdu getdi, uşaqların atdığı güllələr də boşa çıxdı, mən də oldum lağ yeri. Dilxor oldum, dedim gedim maşınların yanına ey, məndən ovçu olmaz.
 
Ha getdim, maşınları tapa bilmədim. Azdım. Gördüm ki, uzaqdan bir daxma görünür. Hava da soyuq, gölə girmişəm ayaqlarım da islanıb. Üz tutdum həmin daxmaya. Xeyli yol gedəndən sonra daxmaya çatdım. Gördüm daxma nədi, kürsülü iki otaqdı. Eyvanı da var. Otaqların qapısından qıfıl asılmışdı.
 
Əyləşdim pilləkanda ki, uşaqlar əvvəl-axır axtarıb məni tapacaqlar. Bir saat keçdi, gələn olmadı. Çox uzaqlardan hərdən zəif güllə səsi gəlir.
 
Köpəyoğlu «Motorolla»sı da mənim bəxtimdən hələ buralara gəlib çıxmamışdı. Bir yarım saat da oturdum və gördüm ki, uzaqdan bir maşın gəlir. Siftə elə bildim ki, bizim uşaqlardı, məni axtarırlar. Maşın yaxınlaşanda gördüm ki, UAZ-dı. Camaat UAZ-lara «kolxoz sədri maşını» deyirdi.
 
Maşın gəldi və yanımda saxladı. Sükanın arxasından geyimli-geçimli, qalstuklu, elə kolxoz sədrinə oxşayan bir oğlan düşdü. Mən onu tanımasam da o, məni tanıdı.
 
- Aqil müəllim, burda niyə oturmusan?
 
Dostları itirmişəm, oturub gözləyirəm ki, gəlib tapacaqlar.
 
- Keçib içəridə dincələrdin də.
 
- Qapıda qıfıl var axı.
 
Güldü. Əli ilə qıfılı çıxartdı.
 
- Qıfılı bağlamıram. Hamı da bilir. Ona görə asmışıq ki, heyvanlar girməsin içəri.
 
- Onda heç olmasa cəftə vurun da?!
 
- O da bizim ağlımıza gəlməyib.
 
Keçdik içəri. Burda istirahət etmək üçün hər şey vardı, hətta televizor, soyuducu, balonla işləyən qaz plitəsi.
 
- Üşümüsən, bir stəkan isti çay içək, sonra səni uşaqların yanına apararam. Qoruğu gəzəndə maşınları gördüm. Hələ Qədirlə də görüşdüm. Qədirin xətrinə bir söz demədim, mən bu qoruğun müdiriyəm. Özüm də Avşar balasıyam, qurdalasaq qohum çıxarıq.
 
- Bura sənin iş yerindi?
 
- Yox, amma iş yeri kimi istifadə edirəm də. Buranı vaxtilə Ali Sovetin sədri vardı ey, Məmməd İsgəndərov, o tikdirmişdi. Deyirlər tez-tez bura ova, yemək-içməyə gəlirmiş. Həmin vaxtlar Ağgölün qaravulçusu itmişdi, iki aydan sonra meyiti tapıldı. Öldürüb qayığın altına bağlamışdılar. Deyirlər ondan sonra day İsgəndərov buralara gəlməyib.
 
Qəşəng bir çay dəmlədi. Çay içəndən sonra əyləşib maşına, getdik uşaqların yanına.
 
Babat ov eləmişdilər. Dovşan da vurmuşdular. Qədir də bir yaşılbaş ördək vurmuşdu. Qaşqaldaqları dəri-boğaz edib taxmışdılar şişlərə. Maşınları da üzbəüz saxlayıb kapotların üstündə süfrə açmışdılar. Bala-bala vururdular özləri üçün. Bizi görəndə hamısı qoruğun müdiri ilə opüşüb-görüşdü.
 
Xallı Şahin dedi:
 
- Sağ ol də, qardaş, heş vaxt bizi incitmirsən.
 
O da gülüb dedi:
 
- Hamınızı həmişə Qədirə qurban edirəm.
 
Gördüm ki, hamı qaşqaldaq yeyir, Alik kotlet. Təəccübləndim.
 
Xallı Şahin:
 
- Ə, qardaş mənimdi, bu qarınqulunun xasiyyətinə bələdəm, ona görə axşam Xanıma katlet bişirtdirmişdim.
 
Xanım Şahingilin anası idi.
 
Qədir üzünü tutdu qoruq müdirinə (adıyla dedi, təəssüf ki, ad yadımdan çıxıb):
 
- Sən ki həmişə maa görə uşaqlara hörmət eliyirsən, mən də deyirəm saa borjdu qalmıyım.
 
Əlini qoydu qulağının dibinə, bülbülləri açdı, buraxdı. Hamı əlini süfrədən çəkdi. Ağlımız yoxuydu ki, özümüzlə maqnitofon gəzdirək, nələr itirmişik.
 
Bu yerdə yadıma Eldar Baxışın Qədirə həsr etdiyi şeiri düşdü.
 
Toydan sonra,
 
Ağdamın cayılları,
 
Qabığını kəsdilər Qədirin,
 
Ciblərini gəzdilər Qədirin.
 
Ağzını açıb
 
boğazına da baxdılar Qədirin.
 
Gördülər
 
Səsdən başqa heç nəyi yoxdu
 
Buraxdılar.
 
… İndi nə Qədir var, nə Xallı Şahin, nə Neftbaza Rizvan, nə Kürd Faxı, nə Alik, nə Tahir abi (Axundov Tahir), nə Paşa müəllimin oğlu Şahin, nə Qarın Vahid, nə Vaqqılı, nə Surxay Əlibəyli, nə Futbolist Adil. Nə də çox vaxt ovdan qayıdandan sonra qənimətləri bişirtdirib zarafatlaşa-zarafatlaşa restoranında yeyib-içdiyimiz Ağdamın şahı Allahverdi Bağırov. Qalan mənəm, Axundov Rizvandı, Süleymandı, bir də Məllim Asif. Biz də yox kimi idik, amma Qarabağ azad olundu, indi varıq!
 
Onların heç biri Ağdamın azad olunduğunu görə bilmədi. Amma bir təsəllim var, Qədir İstanbulda xəstəxanada yatanda gördüm komadadı, geri dönüş yoxdu. Bərkdən qulağına çığırdım:
 
- Qədir, Ağdamı qaytardıq!
 
Və palatadan çıxdım çölə, hönkür-hönkür ağladım. İndi bu sözləri yazanda da… Sonra həkim dedi ki, Qədir reaksiya verdi. Təsəllim odur ki, Qədir Ağdamın qayıtmağını eşitdi və rahat getdi Tanrı dərgahına.(adelet.az)
Oxşar xəbərlər
01 Nov 2024 | 23:15
ABŞ Ukraynaya yeni hərbi yardım paketi ayırıb
01 Nov 2024 | 23:10
Metro istifadəçilərinin nəzərinə! - Noyabrın 4-də...
01 Nov 2024 | 23:00
İsraildən HƏMAS-a daha bir zərbə: Kassab öldürüldü
01 Nov 2024 | 22:53
"Gürcü Arzu"sunun bizə yaxınlığı yoxdur - Medvedyev
01 Nov 2024 | 22:45
DİQQƏT! Bunu etsəniz, xəstələnməyəcəksiniz
01 Nov 2024 | 22:34
"Həm nəticədən, həm də oyundan razı qaldım" - Qurban Qurbanov
01 Nov 2024 | 22:26
"Turan Tovuz"un baş məşqçisi: "Meydanda ən yaxşı oyunçu "Qarabağ"ın qapıçısı idi"
01 Nov 2024 | 22:18
“Neftçi” “Araz-Naxçıvan”a uduzdu
01 Nov 2024 | 22:10
Obamanın qızı atasının soyadından imtina etdi
01 Nov 2024 | 22:06
Ermənistan TV-sində “Azərbaycan saatı”: Düşmənimiz deyil!
01 Nov 2024 | 22:03
Əsas üç gündür...
01 Nov 2024 | 22:00
ABŞ əczaçılıq şirkətləri Çinlə əməkdaşlığı DAYANDIRIR
01 Nov 2024 | 21:50
Şabranda bıçaqla oynayan azyaşlı boğazını kəsərək ÖLDÜ
01 Nov 2024 | 21:43
Falçılıqla məşğul olan 1500 nəfər saxlanıldı
01 Nov 2024 | 21:35
"Qarabağ"ın oyunu qolsuz başa çatdı
01 Nov 2024 | 21:30
Qəhvəyə qarşı allergiya nədir?
01 Nov 2024 | 21:10
ChatGPT istifadə edənlərə ŞAD XƏBƏR - Yeni xüsusiyyətlər əlavə edildi
01 Nov 2024 | 20:55
Postlar qurulacaq, maşınlar şəhərə fasilələrlə buraxılacaq
01 Nov 2024 | 20:48
Otellərdə yoxlamalar aparıldı, nöqsanlar aşkarlandı
01 Nov 2024 | 20:40
Fransız mətbuatı COP29-a hazırlıqdan yazdı
01 Nov 2024 | 20:30
Məcburi köçkünlərin məlumatları sistemi yaradılacaq
01 Nov 2024 | 20:23
Niyə yatmış insanların şəklini çəkmək olmaz?
01 Nov 2024 | 20:15
Noyabr 7 BÜRC üçün elə xoş sürprizlər hazırlayıb ki...
01 Nov 2024 | 20:10
Ətin qiyməti nə qədər bahalaşacaq?- İqtisadçılar həyəcan təbili çalır
01 Nov 2024 | 20:00
Noyabrın 6-da ABŞ-da nələr olacaq?
01 Nov 2024 | 19:53
İran xəbərdarlıq etdi: Nüvə doktrinası dəyişdirilə bilər!
01 Nov 2024 | 19:45
10-dan çox marşrut xətti üzrə avtobusların hərəkəti dayandırılacaq
01 Nov 2024 | 19:40
Azərbaycandan "X"ə ÇAĞIRIŞ
01 Nov 2024 | 19:30
AYNA: COP29 zolaqlarından xüsusi taksilər istifadə edə biləcək
01 Nov 2024 | 19:18
Xamneyi İsraillə bağlı əmr verdi
01 Nov 2024 | 19:10
Leyla Əliyeva ağacəkmə aksiyasında iştirak etdi
01 Nov 2024 | 19:05
“Seçki dövrü bitib, seçim mərhələsi başlayıb”
01 Nov 2024 | 18:58
Azərbaycanla Ermənistan razılığa gəldi - Əsasnamə bu gündən qüvvəyə minir
01 Nov 2024 | 18:53
Çin hakimiyyəti sənayeni xarici investorlar üçün tam açdı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 18:42
Azərbaycan COP29-la bağlı daha bir rekorda hazırlaşır: 45 saniyəlik sənəd yoxlanışı!
01 Nov 2024 | 18:30
Bakının bu ərazisində 6 saat işıq olmayacaq
01 Nov 2024 | 18:16
Cennifer Lopezdən Kamala Harrisə dəstək: Səsin sənin gücündür
01 Nov 2024 | 18:08
Çay və qəhvənin maraqlı xüsusiyyətləri
01 Nov 2024 | 18:00
Arda Gülər üçün 95 milyonluq təklif
01 Nov 2024 | 17:48
"Bakmil”ə hərəkət cədvəli dəyişdirilir
01 Nov 2024 | 17:44
COP29 zamanı yeni marşrut xətləri fəaliyyət göstərəcək
01 Nov 2024 | 17:42
Haqlının yanında olub, haqsız “etiraza” öz etirazını bildirən 12 yaşlı “Moderator”az”...
01 Nov 2024 | 17:40
Allah Zülfüqar bəyə rəhmət eləsin ki, Azərbaycan üçün belə bir sayt  yaratdı və...
01 Nov 2024 | 17:38
Əli Məsimlidən qaz limiti ilə bağlı TƏKLİF
01 Nov 2024 | 17:34
UNEC tələbəsi Bəhreyndə keçirilən Gimnaziadada qızıl medal qazanıb - FOTOLAR
01 Nov 2024 | 17:30
“Poz-Qazan”da oktyabrda 10 böyük uduş qazanılıb
01 Nov 2024 | 17:26
“ATV Plus” 5 min manat cərimələndi
01 Nov 2024 | 17:22
Hava ilə bağlı xəbərdarlıq: Bu tarixdən...
01 Nov 2024 | 17:18
Xırdalanda baş verən dəhşətli yanğının sirləri...
01 Nov 2024 | 17:13
COP29 Çağrı Mərkəzi fəaliyyətə başladı - FOTO
01 Nov 2024 | 17:07
Xaçmazda 57 yaşlı kişi qətlə yetirildi - YENİLƏNİB
01 Nov 2024 | 17:02
"2024-cü ildə hələ də eyvandan zibil atırlar" - VİDEO
01 Nov 2024 | 16:57
Son günlər paytaxtı bürüyən qoxunun səbəbi nədir? - AÇIQLAMA
01 Nov 2024 | 16:52
Baş rejissor gələcək planlardan DANIŞDI: “Böyük hədəflərimiz var” – MÜSAHİBƏ
01 Nov 2024 | 16:47
Prezident yeni icra başçısı TƏYİN ETDİ - FOTO
01 Nov 2024 | 16:45
"Mən yenidən sevə biləcəyimə ümid etmirdim..." - Britaniyalı qadın amerikalı qatilə aşiq olub
01 Nov 2024 | 16:38
Tramp, yoxsa Harris: məşhur Hollivud ulduzu kimə və niyə səs verəcək?..
01 Nov 2024 | 16:33
"İsrail Yaxın Şərqdə strateji gerçəkliyi dəyişir" - Binyamin Netanyahu
01 Nov 2024 | 16:28
Sergey Lavrov Azərbaycanın Əməkdar mədəniyyət işçisini təltif etdi - FOTO
01 Nov 2024 | 16:23
Buzovna-Şüvəlan yolunda ağır QƏZA - VİDEO
01 Nov 2024 | 16:18
Ermənistan Azərbaycanla sərhəddə "səlibçi" bayraqlarını endirdi - VİDEO
01 Nov 2024 | 16:13
Bakıda qadının sevgilisi xərclədiyi pulları onun ərindən tələb etdi - Görün sonu nə ilə bitdi
01 Nov 2024 | 16:08
O da boşandıqdan sonra imicini KÖKÜNDƏN DƏYİŞDİ - FOTO
01 Nov 2024 | 16:03
Ayətüllah Xamenei İsrailə yeni hücuma hazırlaşmağı əmr edib
01 Nov 2024 | 15:54
UEFA "Qarabağ"ın məşqçisini cəzalandırdı
01 Nov 2024 | 15:48
Məhəmməd Əmin Rəsulzadənin “Panturanizm haqqında” kitabı yayınlandı - FOTO
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 15:37
“Çətin günlərində heç bir sənətçidən dəstək görmədik, ən böyük arzusu yarım qaldı...” - Eldəniz Zeynalovun gəlini
01 Nov 2024 | 15:32
"Ermənistan həqiqətən sülh istəyirsə, onda 3 məsələni həll etməlidir" - Azay Quliyev
01 Nov 2024 | 15:26
Məşğulluq Agentliyinin Qarabağ Universiteti ilə əməkdaşlığı çərçivəsində 50 nəfər işlə təmin edilib
01 Nov 2024 | 15:20
Vəkillər Kollegiyasında işə yeni qəbul edilən vəkil köməkçiləri ilə görüş keçirildi - FOTO
01 Nov 2024 | 15:15
TUSAŞ-a dəhşətli terror hücumunda 12 minlik qanlı yol: Yeni görüntülər ortaya çıxdı - VİDEO
01 Nov 2024 | 15:10
Çində körpələri ağladan azərbaycanlı: "Bu qərarı vermək o qədər də asan olmadı" - FOTO/VİDEO
01 Nov 2024 | 15:05
“Dövlət məsələlərində belə mövqenin sərgilənməsi yolverilməzdir” - Qüdrət  Həsənquliyev
01 Nov 2024 | 15:00
TDT-yə sədrlik Qazaxıstandan Qırğızıstana keçəcək
01 Nov 2024 | 14:55
Bakıda 75 min manata telefon nömrələri satılır - SİYAHI
01 Nov 2024 | 14:50
Peşə məktəblərinə niyə maraq azdır? – Ekspertlər səbəbləri açıqladı
01 Nov 2024 | 14:48
"ABŞ Çin vasitəsilə Şimali Koreyanın Ukrayna savaşında iştirakının qarşısını almaq istəyir" - "The New York Times"
01 Nov 2024 | 14:42
Murad Natavanla mahnı qalmaqalından danışdı - VİDEO
01 Nov 2024 | 14:37
Ən çox göz dəyən bürclər - Nəzərdən qaçmaları imkansızdır
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 14:32
“Məni heç kimlə səhv salmayın, ağlınız başqalarına getməsin!”
01 Nov 2024 | 14:27
Sözünün həm ağası, həm qulu olan ustad – Qulu Məhərrəmli 70 yaşa çatdı
01 Nov 2024 | 14:21
“Qarabağ”ın səfər oyununa ayrılmış biletlər satışa çıxarıldı
01 Nov 2024 | 14:16
Lalə Məmmədova bunun üçün Türkiyədən yaradıcı heyət gətirdi - VİDEO
01 Nov 2024 | 14:11
"Ukraynanı öz ərazilərindən heç vaxt imtina etməyəcək" - Zelenski
01 Nov 2024 | 14:09
Moderator.az yazdı - Sumqayıtda bir özbaşınalıq durduruldu, amma sakinlər tələb edir ki...
01 Nov 2024 | 14:06
Gənc oğlan masajçı qadını otelə apardı, intim münasibətdə olmağa... – ŞOK TƏFƏRRÜAT
01 Nov 2024 | 14:00
Bakı-Şamaxı yolunda təmir işləri belə aparılır - FOTO/VİDEO
01 Nov 2024 | 13:55
Fatimə: “Həkim məni bərbad vəziyyətə qoyub” - VİDEO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 13:45
Payız - qış aylarında özümüzü niyə yorğun hiss edirik? –– Psixoloq səbəblərdən danışdı
01 Nov 2024 | 13:44
Kubada Zəfər Gününə həsr olunmuş konsert proqramı keçirilib
01 Nov 2024 | 13:42
Milli Xalça Muzeyində “Müasir incəsənətdə Göbəklitəpə” adlı sərgi açılıb - FOTO
01 Nov 2024 | 13:38
Azərbaycanda vəzifəli şəxslər məsuliyyətə cəlb edildi
01 Nov 2024 | 13:33
İspaniyadan hökumət başçısı səviyyəsində Azərbaycana ilk səfər reallaşacaq
01 Nov 2024 | 13:30
Azərbaycanda qadınların pensiya yaşı niyə artırılır?
01 Nov 2024 | 13:29
Somali Prezidenti COP29-da iştirak edəcək
01 Nov 2024 | 13:26
İlham Əliyev İspan səfirin etimadnaməsini qəbul etdi - YENİLƏNİB + FOTO
GÜNLÜK
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib
HƏFTƏLİK
29 Oct 2024 | 09:17
Dondurulmuş ət niyə boz olur? - SƏBƏBİ BUDUR
27 Oct 2024 | 20:15
Kişilərin 25, qadınların 14 faizi xəyanət edir - Yeni araşdırma
29 Oct 2024 | 11:05
Alimlərdən xəbərdarlıq: Qaz sobaları sağlamlığımıza necə təsir edir?
26 Oct 2024 | 13:48
Tanınmış aparıcı ailə həyatı qurdu: “Çox xoşbəxtəm, çünki...” - FOTO/VİDEO - ÖZƏL
27 Oct 2024 | 21:44
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
29 Oct 2024 | 12:13
Sahibkarlara tətbiq ediləcək yeni  cərimə özünü doğruldacaqmı? 
29 Oct 2024 | 13:30
“Türk dövlətləri ilə daha sıx hərbi əməkdaşlıq haqqında düşünməliyik” - Qüdrət Həsənquliyev
29 Oct 2024 | 12:51
"Pulun və orduda şəxsi heyətin qıtlığı Putini müharibənin aparılma üsulunu dəyişməyə vadar edəcək" - ISW
26 Oct 2024 | 18:12
Türkiyədə azərbaycanlı qadınlar TUTULDU: dəhşətli erotik fantaziyalar... - FOTO
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
AYLIQ
01 Nov 2024 | 08:15
Arif Babayevdən Flora Kərimovaya müraciət: “Sənə borclu qaldım...”-MARAQLI+ÖZƏL+VİDEO
01 Nov 2024 | 08:00
Moderator.az 12 yaşında - VİDEO
01 Nov 2024 | 12:41
Bulvarda gəzinti gəmisinin qiyməti açıqlandı
01 Nov 2024 | 18:50
Azərbaycanda sarı xəbərdarlıq elan olundu
01 Nov 2024 | 15:42
“Bələdiyyə torpağımı 2 nəfərə satıb, sənədimi itirib, nə pulumu ala bilirəm, nə də ki...” - AKTYOR pərişan halda - İDDİA
01 Nov 2024 | 11:30
Prezident “28 May”da aparılan abadlıq işləri ilə tanış oldu - YENİLƏNİB- FOTOLAR
01 Nov 2024 | 08:14
ABŞ-nin başına 10 milyon qoyduğu rus dezinformator seçki günü Tiflisdə olub...-FOTO
01 Nov 2024 | 13:50
"Macarıstan və Slovakiya Ukraynadan qaz tranziti üzrə Azərbaycanla sazişə yaxındır" - "Bloomberg"
01 Nov 2024 | 14:33
“Azərbaycan Silahlı Qüvvələri dünyada ilk dəfə XXI əsrin müharibəsini aparıb”
01 Nov 2024 | 08:53
"Möhtəşəm yüz il"in ulduzu serialda çəkilməsinə təəssüflənib