İlham Əliyev - güclü dövlətin qalib Prezidenti
Oxunub: 1236
24 Dec 2020 | 11:42
İlham Əliyev -  güclü dövlətin qalib Prezidenti
Bir neçə gündən sonra 2020-ci ili yola salacağıq. Adətən il başa çatanda onun yekunları təhlil olunur. Biz də Prezident İlham Əliyevin ötən birillik fəaliyyətinə nəzər salıb, onun Prezidentliyi dövründə Azərbaycanın əldə etdiyi uğurlardan bəhs edəcəyik.

Bu il bəşəriyyət üçün çox ağır keçdi. Koronavirus dünyanı az qala iflic vəziyyətinə salıb. Azərbaycan Prezidenti pandemiyaya qarşı ölkə daxilində və qlobal miqyasda mübarizədə aparıcı rol oynayır. Dövlət başçısının təşəbbüsü ilə Qoşulmayanlar Hərəkatna üzv dövlətlərin, BMT Baş Assambleyasının və Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının koronavirusa həsr olunan iclasları keçirilib. Prezident MDB Dövlət Başçıları Şurasının sammitində Azərbaycanın pandemiyaya qarşı mübarizədə beynəlxalq səviyyədə oynadığı rolu diqqətə çatdırıb: “Ümumdünya Səhiyyə Təşkilatının büdcəsinə 10 milyon ABŞ dolları məbləğində könüllü ianə etmişik. Pandemiyanın birinci günündən etibarən biz bu təşkilatla daim əlaqədə olmuşuq, Azərbaycan 30-dan çox ölkəyə maliyyə yardımı və humanitar yardım göstərib”. Bu, İlham Əliyevin beynəlxalq problemlərin həllində verdiyi töhfəyə nümunə sayıla bilər.

İlham Əliyevin hakimiyyətdə olduğu 17 il ərzində həyata keçirdiyi siyasətin strateji hədəfi güclü Azərbaycan dövləti formalaşdırmaq olub və bu siyasət indi də davam edir. Prezident 2018-ci il fevralın 8-də Yeni Azərbaycan Partiyasının VI qurultayındakı çıxışında bu istiqamətlərə də bir daha toxunub. Dövlət başçısının həyata keçirdiyi daxili siyasətin əsasını Azərbaycanda sabitliyin mövcud olması təşkil edir.

“Bizim son illər apardığımız siyasət özünü tam doğrultdu, Azərbaycanda sabitlik mövcuddur. Qeyd etdiyim kimi, sabitlik hər bir inkişafın əsas şərtidir. Biz görürük ki, son 5-6 il ərzində dünyanın müxtəlif yerlərində, bizim regionumuzda çox ciddi, narahatedici proseslər gedir. Qanlı toqquşmalar, müharibələr, vətəndaş müharibələri, ölkələrin bir-birinin işinə kobudcasına qarışması, hərbi müdaxilələr - bütün bunlar bizim gözümüzün önündə baş verən məsələlərdir. Biz görürük və bütün bəşəriyyət əyani şəkildə görür ki, sabitlik pozulduqda heç bir inkişafdan söhbət gedə bilməz. Bu, xalqlara, ölkələrə böyük bəlalar, faciələr gətirir. Bu gün dağılmış vəziyyətdə olan və daxili inteqrasiyanı tamamilə itirən ölkələrin gələcək taleyi böyük sual altındadır. Ona görə həyat və yaxın tarixin mənzərəsi göstərir ki, sabitlik əsas amildir və sabitlik necə təmin edilməlidir? Ancaq düzgün siyasətlə. O siyasət ki, onun mərkəzində xalq dayanır, ölkə vətəndaşı dayanır. Biz məhz bu siyasəti aparırıq. Mən dəfələrlə demişəm, bir daha demək istəyirəm ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun problemləri, onun qayğıları, onun rifahı dayanır. Xalq-iqtidar birliyi Azərbaycanda sabitliyi şərtləndirən əsas amildir, bu gün var və gündən-günə güclənir. Bu gün Azərbaycan dünya miqyasında ən sabit ölkələrdən biridir və o ölkədir ki, xalq-iqtidar birliyi onun uğurlu inkişafını müəyyən edir. Çünki bizim siyasətimiz ictimaiyyət tərəfindən dəstəklənir və ictimaiyyət də görür ki, bizim siyasətimiz real, konkret nəticələrə gətirib çıxarır”, - Prezident bildirmişdi.



Bu siyasi kurs davam edir. Prezident Azərbaycanda vətəndaş həmrəyliyinin yaranmasına, xalq – iqtidar birliyinin möhkəmlənməsinə daim diqqət ayırır. Prezident İlham Əliyevin rəhbərliyi ilə rəsmi Bakı uğurlu xarici siyasət kursu həyata keçirir. Bu siyasət nəticəsində ötən illərdə Azərbaycan beynəlxalq birlik tərəfindən çox böyük rəğbətlə qarşılanıb. Son illər beynəlxalq arenada Azərbaycanı dəstəkləyə ölkələrin sayı artıb. Azərbaycanın BMT Təhlükəsizlik Şurasının üzvü olmasını 155 dövlət dəstəkləmişdi.

Prezidentin yürütdüyü xarici siyasət kursu beynəlxalq hüquqa və ədalətə əsaslanır. Onun xarici siyasət kursunda uğurları da bu prinsiplərə əməl etməsinin nəticəsidir. Bunu dövlət başçısı çıxışında da vurğulayıb: “Biz bundan sonra da beynəlxalq arenadakı rolumuzu fəal aparacağıq. Bizim bütün ölkələrlə qarşılıqlı hörmət və biri-birinin işinə qarışmamaq şərti ilə münasibətlərimiz qurulub. Bu münasibətləri biz möhkəmləndirəcəyik. Qonşu dövlətlərlə əlaqələrimiz daha da yüksək pilləyə qalxacaqdır. Mən buna əminəm. Çünki hazırda başladığımız və davam etdirdiyimiz iqtisadi və digər layihələr bunu deməyə əsas verir”.

Azərbaycan beynəlxalq enerji daşıyıcıları layihələrinə öz töhfəsini verir. Prezident çıxışlarında bu istiqaməti belə açıqlayıb: “Cənub Qaz Dəhlizi həm bizim üçün, həm də Avropa üçün strateji əhəmiyyətə malik olan bir layihədir. Azərbaycan öz liderlik missiyasını uğurla icra edir. Biz bu tarixi layihəni - 7 ölkəni, qitələri birləşdirən, 3 500 kilometr məsafəsi olan və dənizin altından, dağların başından keçən qaz kəmərini uğurla həyata keçiririk. Onu da deməliyəm ki, Cənub Qaz Dəhlizi, yəni, qaz kəməri artıq qazla təmin edilir. Bu, tarixi layihədir və ölkəmizin uğurlu, dayanıqlı inkişafı üçün əsas resurs bazasıdır”.

Dekabrın 19-da Bakı-Tbilisi-Qars dəmir yolu xətti ilə hərəkət edən, Türkiyədən Çinə ixrac yükləri daşıyan ilk qatar təyinat nöqtəsi olan Sian şəhərinə çatıb.

BTQ vasitəsilə, "Türkiyə Dövlət Dəmir Yolları"nın dəstəyi ilə İstanbuldan Siana yola salınmış qatarın operatoru Transxəzər Beynəlxalq Nəqliyyat Konsorsiumunun üzvləri – "Pasifik Eurasia Logistics" (Türkiyə), "GR Logistics" (Gürcüstan), "ADY Konteyner" (Azərbaycan) və "KTZ Express" (Qazaxıstan) şirkətləridir. Qatar təyinat məntəqəsinə ümumilikdə 2 qitə, 2 dəniz və 5 ölkə keçərək çatıb.

Bu layihə Azərbaycan Prezidentinin yürütdüyü siyasət və ölkədəki sabitlik nəticəsində reallaşıb. Dövlət başçısının fəaliyyəti Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsi, müasir iqtisadi sistemin yaradılması, müasir iqtisadi, sosial, mədəni infrastrukturun formalaşdırılmasına xidmət edir.

Prezident müasir cəmiyyət quruculuğu, cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatların həyata keçirilməsi istiqamətində də uğurlu addımlar atır. Bu səbəbdən Azərbaycan dünyanın təhlükəsiz ölkələrdən biridir.

Azərbaycan demokratik inkişaf yolunun seçib. Prezidentin yürütdüyü siyasət də buna söykənir. Dövlət başçısı çıxışlarında bildirib: “Gələcək illərdə də demokratik inkişafla bağlı yeni addımlar atılacaqdır, siyasi islahatlar davam etdiriləcəkdir. Biz çalışmalıyıq ki, dünyanın demokratik baxımdan ən inkişaf etmiş ölkələrinin standartlarına yaxınlaşaq və bunu edəcəyik. Bu gün də vəziyyət çox yaxşıdır, müsbətdir. Bütün azadlıqlar - söz, mətbuat, sərbəst toplaşma azadlığı tam təmin edilir və ediləcəkdir. Bu, bizim prinsipial siyasətimizdir. Mən tam əminəm ki, əgər biz Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək istəyiriksə, - biz bunu istəyirik, - mütləq siyasi və iqtisadi islahatlar paralel xətlə davam etdirilməlidir.

Azərbaycanda vicdan azadlığı tam təmin edilir və ediləcəkdir. Bundan sonra da Azərbaycan çoxkonfessiyalı, çoxmillətli ölkə kimi uğurla inkişaf edəcək. Bundan sonra da ölkəmizdə bütün xalqların, bütün dinlərin nümayəndələri bir ailə kimi yaşayacaq. Bu, bizim böyük sərvətimizdir. Bu, ölkəmizin uğurlu inkişafı üçün əsas şərtlərdən biridir, vətəndaş həmrəyliyi, vətəndaş sülhü üçün əsas şərtdir. Azərbaycanda heç vaxt milli və ya dini zəmində heç bir qarşıdurma, anlaşılmazlıq olmamışdır, bundan sonra da olmayacaq. Bu, dövlət siyasətidir və bu siyasət Azərbaycan xalqı tərəfindən tam şəkildə dəstəklənir. Azərbaycanda yaşayan bütün xalqların, bütün dinlərin nümayəndələri dəyərli vətəndaşlar kimi öz işi, əməyi ilə ümumi inkişafımıza böyük töhfələr verirlər”.

Azərbaycan həm də multikutural ölkədir. Prezident çıxışlarında qeyd edib ki, Azərbaycan dünya miqyasında multikultural ideyaların təbliği işində nümunəvi ölkə kimi tanınır: “Multikulturalizm bizim üçün həyat tərzidir. Ancaq yenə də əgər biz ətrafda gedən hadisələrə, Avropada, Yaxın Şərqdə, digər bölgələrdə ayrı-seçkiliyə, ksenofobiyaya rəvac verən, güclənən amillərə nəzər salsaq görərik ki, bizim bu sahədəki siyasətimiz təkcə ölkə daxili üçün deyil, dünya üçün də çox önəmlidir”.

Müasir dünyanın tələbi qarşılıqlı anlaşmaya əsaslanır. Bu baxımdan Azərbaycanda insanların bir-biri ilə anlaşması və həmrəyliyi Prezidentin uğurlu siyasətinin nəticəsidir.

Dövlət başçısının fəaliyyətinin əsasında insan amili durur. Ölkədə sosial sahələrdə aparılan islahatlar, səlahiyyət həddini aşan hakimiyyət nümayəndələrinin cəzalandırılması bir daha əhalinin sosial rifahının təmin edildiyini, sosial dövlət konsepsiyasının inkişaf etdirildiyini və həyata keçirildiyini təsdiqləyir.

Azərbaycanın uğurları Prezidentin yürütdüyü müstəqil xarici siyasətdən də qaynaqlanır. Bu ölkəmizin beynəlxalq münasibətlər sisteminin layiqli və nüfuzlu üzvünə çevrilməsinə təkan verir.

Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətdə humanizm prinsipi, vətəndaş amilinin aliliyi, multikulturalizm ənənənlərinin inkişaf etdirilməsi, milli birlik və həmrəyliyin qorunması öz müsbət nəticəsini 44 günlük Vətən müharibəsində də göstərdi.

İlham Əliyev Azərbaycan tarixinə hərb yolu ilə torpaqlarını işğaldan azad edən qalib prezident kimi düşdü. O sübut etdi ki, Azərbaycanın ərazi bütövlüyünü beynəlxalq hüquq normalarından çıxış edərək hərb yolu ilə də təmin etmək mümkündür. Dövlət başçısı güclü və müasir ordu quruculuğunda mühüm rol oynadığını nümayiş etdirdi. Vətən müharibəsində Azərbaycanın qalib gəlməsinin şərtləndirən amillər güclü lider, güclü ordu və vətəndaşı həmrəyliyidir.



Beləliklə, Prezident İlham Əliyev 2003-cü ildə qarşıya qoyduğu və bəyan etdiyi strateji hədəflərə nail olunmaq üçün istər beynəlxalq miqyasda, istərsə də ölkə daxilində məqsədyönlü, ardıcıl, düşünülmüş siyasət həyata keçirdi və güclü dövlət konsepsiyasını reallaşdırmağa nail oldu.

Prezident İlham Əliyev qurucu, birləşdirici, Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirən, öz siyasətində Azərbaycan dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi görən və bütün qüvvəsini bu istiqamətdə səfərbər edən, xalqın birmənalı şəkildə dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderdir.

İlham Əliyev praqmatik siyasətçidir, hadisələri, prosesləri dəqiq qiymətləndirir, mühüm məsələlərin elmi cəhətdən əsaslandırılmış həlli yollarını təqdim edir, verdiyi bütün vədləri gerçəkləşdirir.

O, Azərbaycanın ərazi bütövlüyünü bərpa edən lider kimi adını əbədi olaraq tarixə yazdırdı, Azərbaycan xalqının qəhrəmanlıq salnaməsini yaratdı və 44 günlük Vətən müharibəsinin əsl qəhrəmanına çevrildi. İlham Əliyev “Milli Qəhrəman”, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq şəxsdir. Dövlət başçısı bu zəfərlə yürütdüyü 17 illik siyasətinin doğru olduğunu Azərbaycana və beynəlxalq ictimaiyyətə sübut etdi.


İlham Əliyev öz xalqını ürəkdən sevən, onun xoşbəxt gələcəyini düşünən və xalqı üçün misilsiz xidmətlər göstərən tarixi şəxslər sırasına öz adını böyük hərflərlə yazdı. Milli dövlətçilik tarixində Azərbaycana başçılıq etmiş şəxslərin hər biri öz xətti ilə seçilib, hər biri fərqli əməlinə və fəaliyyətinə görə yadda qalıb. Tarixdə Məhəmməd Əmin Rəsulzadə Cümhuriyyətin qurucusu, Əbülfəz Elçibəy Cümhuriyyəti bərpa edən milli azadlıq hərəkatının lideri, bir sıra ilklərin müəllifi, Güney Azərbaycan türklərinin pozulan milli haqlarını dünya ictimaiyyətinin diqqətinə çatdıran prezident, ümummilli lider Heydər Əliyev milli dövlətin və dövlətçiliyin xilaskarı kimi qalıb. İlham Əliyev isə tarixdə islahatçı, güclü havadarları olan düşmənlə döyüşməkdən çəkinməyən, işğalçı Ermənistanı cəzalandıran, Azərbaycanın əraz bütövlüyünü təmin edən qalib dövlət başçısı olaraq qalacaq.

Dost da, düşmən də çətin gündə sınaqdan çıxar. Dövlət başçısı Azərbaycanın dost və düşmənlərini sınaqdan çıxartdı. Prezident bundan sonrakı fəaliyyətində də qazandığı uğurları artıracaq və daha güclü Azərbaycan quracaq. Keçdiyi çətin yol Prezident İlham Əliyevə daha güclü lider olmaq imkanı verir. O, Ermənistanı bir sıra iqtisadi layihələrdən kənarda qoymaqla regional lider olduğunu sübut etdi. İlham Əliyevin yürütdüyü uğurlu siyasət nəticəsində bundan sonra Azərbaycana dostlar daha sayğı ilə yanaşacaq, müttəfiqlər daha çox hesablaşacaq, düşmənlər isə daha çox çəkinəcək. O, öz dövlətinə və millətinə uğur qazandıran, Azərbaycanın adını dünyaya öz torpaqlarını işğalçıdan azad edən qalib dövlət olaraq tanıtdıran Prezidentdir.

Dövlət başçısının gördüyü işlərin yekunu vətəndaşlarının rifahında görünəndə uğurlu olur. Bu baxımdan İlham Əliyev 8 Noyabrı Zəfər Günü elan edən, Zəfər paradı keçirən yeganə Prezidentdir. O, Azərbaycanı özünə Vətən bilən 50 milyon azərbaycanlının lideridir.

Sədrəddin Soltan
(Report.az)
Oxşar xəbərlər
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
17 May 2024 | 19:37
Robin Van Persinin yeni komandası bəlli oldu
17 May 2024 | 19:37
Aİ-dən Rusiyanın məşhur KİV-lərinə QADAĞA
17 May 2024 | 19:27
Putinin potensial varisi AÇIQLANDI
17 May 2024 | 19:16
Ukraynada səfərbərliklə bağlı yeni qərar: Zelenski qanun imzaladı
17 May 2024 | 19:15
Təyyarədə şalvarında ilanlarla uçan kişi saxlanıldı - VİDEO
17 May 2024 | 18:56
Ermənisayağı əzab: Sülh məcburiyyəti və müharibə arzusu
17 May 2024 | 18:56
Səidə Sultan: “Ərimi görmək istəyən bizə gəlsin”
17 May 2024 | 18:46
Prezidentlər Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş planı ilə tanış oldu
17 May 2024 | 18:37
Şərti düşmənin yerüstü hədəfləri aşkarlandı, məhv edildi - Təlimdən VİDEO
17 May 2024 | 18:24
“Gürcüstanda bu səbəbdən hərəkat yüksələn xətlə inkişaf edir...”
17 May 2024 | 18:13
Paşinyanı tənqid edən qadın blogeri VƏHŞİCƏSİNƏ DÖYDÜLƏR
17 May 2024 | 18:08
ADNSU ilə AzMİ arasında “AzMİ Akademiya”nın yaradılması haqqında saziş imzalandı - FOTOLAR
GÜNLÜK
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 12:35
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
17 May 2024 | 12:39
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
17 May 2024 | 12:51
Razi Əliyeva işində son şahidlər dindirildi
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 12:30
Azərbaycandan olan 19 kursant Türkiyədə səkkiz aylıq kursu tamamlayıb - FOTO
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 12:43
Bakıda 15 yaşlı qızdan dəhşətli əməl - VİDEO
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 13:30
Marketlərdəki bu yağlarla bağlı əhaliyə XƏBƏRDARLIQ
17 May 2024 | 12:35
Şuşa-Laçın yolunda gözoxşayan təbiət mənzərələri - FOTO
17 May 2024 | 12:39
Azərbaycan XİN: “Fransa tərəfi üzr istəməlidir”
17 May 2024 | 12:51
Razi Əliyeva işində son şahidlər dindirildi