72%-li “paltar sabunu”nun FAYDALARI - SİYAHI
20413
04 Sep 2021 | 23:50

72%-li “paltar sabunu”nun FAYDALARI - SİYAHI

72%-li “Sovet sabunu, paltar sabunu” kimi tanınan təsərrüfat sabunun faydalı və ya zərərli olması barədə ekspert fikirləri haçalanır. Bu sabun məhz təsərrüfat məqsədləri üçün hazırlandığından onda qələvi mühit daha çoxdur.  

Lakin bunu zərərsizləşdirmək mümkündür. 

Bizim.Media sabunun müsbət təsirlərini təqdim edir: 

- Başda kəpək, qaşınma, yağlılıq, baş dərisi xəstəlikləri, apolepsiya. Bu sabundan hər gün yox, həftədə 2 dəfə saçlara istifadə edə bilərsiz.  

- Üz dərisini – kosmetoloqlar heç olmasa həftədə 1 dəfə üzü təsərrüfat sabunu ilə yumağı tövsiyə edir. 

Bu yolla siz dərinizi təbii yağlarla zənginləşdirirsiz və detoks edirsiz. Lakin bu sabunla yumadan sonra üzə uşaq kremi çəkmək lazımdır. 

- Üz qırxmadan sonra – kişilər üçün üz qırxandan sonra qızarma, dəri qıcıqlanmasına qarşı bütün losyon, kremlərdən effektivdir. 

- Qadınlarda göbələk xəstəlikləri – bu zaman intim nahiyədə turş mühit çoxaldığı üçün iltihab, qaşınma, qızarma olur. Bu zaman qələvi sabun köməyə çatır. 

Bizim.Media

Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər