\"İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı qəhrəmanlıq tarixinin yeni parlaq səhifələrini yazır\"
Oxunub: 1335
06 Oct 2020 | 16:36
\

Zaman hadisələrin düzgün dəyərləndirilməsi, atılan addımların mahiyyətinin təhlili, perspektivlərin müəyyənləşdirilməsi baxımından hakimlik rolu ilə dəstək missiyasını yerinə yetirir. 30 ilə yaxındır beynəlxalq problemə çevrildiyi üçün nizamlanma prosesi uzanan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində sülh danışıqları səmərə vermədiyi təqdirdə hərb yolunu seçəcəyini dəfələrlə bəyan edən Azərbaycan bugünkü addımları ilə səbrinin tükəndiyini, artıq kağız üzərində qalan bəyanatlara inanmaq zamanının çoxdan bitdiyini yəqinləşdirərək sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin müxtəlif istiqamətlərdə hücumlarının qarşısını əks-həmlə əməliyyatlarına keçməklə almağa çalışdı. Düşmən belə zərbələrlə rastlaşacağını düşünmürdü. Hər dəfə törədilən təxribatların qarşısı qətiyyətlə alınsa da ermənilər bundan dərs almayaraq, növbəti dəfə hücuma keçirdilər. Amma bu dəfə fərqli oldu.
Azərbaycan Ordusu böyük şücaət göstərərək hərbi əməliyyatların davam etdiyi qısa müddətdə bir sıra yaşayış məntəqələrimizi, strateji yüksəklikləri, o cümlədən Cəbrayıl şəhərini və rayonun xeyli sayda kəndlərini işğaldan azad etdi. Bu qələbələrimizin davamlı olacağı, bütün torpaqlarımızın azad ediləcəyi artıq heç kəsdə şübhə doğurmur. Azərbaycan əsgərinin döyüş ruhu, Vətən sevğisi, torpaq həsrəti onun inamla irəliləməsini, üçrəngli bayrağımızın azad olunacaq torpaqlarımıza sancmaq istəyini şərtləndirir.
Ordumuzda bu rəşadət, şücaət, qələbə əzmi son 17 ildə və möhtərəm Prezidentimizin həyata keçirdiyi uğurlu siyasətin məntiqi nəticəsidir. Azərbaycan Silahlı Qüvvələri hər zaman cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin qərarını gözləyirdilər. 2018-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda keçirilən təntənəli hərbi paradda ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bildirmişdir: “2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Naxçıvan əməliyyatında işğalçılardan azad edilmiş torpaqlarda Azərbaycan bayrağı qaldırıldı. Bunun çox böyük mənəvi əhəmiyyəti var. Həmin o bayraqlar bu gün bu paradda, Azadlıq meydanında nümayiş etdiriləcək. Bu bayraqlar hərbçilərimizi uğura aparırdı. Bu bayraqlar döyüşdə olan bayraqlardır. Bu gün bu bayraqlar Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında dalğalanır və bu parad üçün buraya gətirilib. Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək. Biz bu müqəddəs günü yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun Azərbaycan Ordusuna! Yaşasın Azərbaycan!”
Azərbaycan bu gün Prezident İlham Əliyevin qətiyyəti, yenilməz siyasi iradəsi, ordumuzun şücaəti sayəsində qəhrəmanlıq tariximizin yeni şanlı səhifələrini yazır. Cəbhə bölgələrindən biri-birinin ardınca gələn xoş xəbərlər, əldə olunan qələbələr harada yaşamasından asılı olmayaraq bütün azərbaycanlıları ruhlandırır, Prezident-xalq-ordu birliyini, həmrəyliyini daha da möhkəmləndirir. Azərbaycan Ordusunun bugünkü uğurlarının, qüdrətinin, rəşadətinin bünövrəsi məhz müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı bütün sahələrdə, o cümlədən ordu quruculuğu istiqamətində mövcud pərakəndəliyin, özbaşınalığın aradan qaldırılmasına geniş imkanlar açdı. Ulu Öndərin gördüyü məqsədyönlü tədbirlər nizami ordunun formalaşmasını təmin etməklə yanaşı, ölkəmiz üçün həyati əhəmiyyət kəsb edən atəşkəsə də gətirib çıxardı. 1994-cü il mayın 12-də cəbhə xəttində atəşkəsin əldə olunması Azərbaycanın sülh siyasətinə önəm verdiyini dünyaya sübut etməklə yanaşı, bütün sahələrdə uğurlu addımlara yol açdı. Ordumuzun maddi-texniki bazası möhkəmləndi, Azərbaycan gəncliyinin böyük ruh yüksəkliyi ilə orduya çağırışı və bunun yüksək səviyyədə cavablandırılması təmin olundu, fərarilik hallarının qarşısı alındı, döyüş ruhunun yüksəldilməsinə diqqət artırıldı, hərbi vətənpərvərlik tərbiyəsi gündəlik işimizə çevrildi. Bir sözlə, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə dövlət-ordu birliyinin, həmrəyliyinin yaradılması iqtiqamətində mühüm uğurlara imza atıldı. Müharibə şəraitində yaşayan ölkə üçün güclü ordunun mövcudluğunun əsas şərt olduğunu önə çəkən ulu öndər Heydər Əliyev mütəmadi şəkildə səngərlərdə olaraq əsgər və zabitlərlə şəxsən görüşür, ölkənin müdafiə qüdrəti və hərbi potensialı ilə yaxından tanış olurdu. Məhz bu birlik fonunda, eyni zamanda, ulu öndər Heydər Əliyevin qətiyyətinin nəticəsində 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Horadiz əməliyyatı baş tutdu. 
Məhz həmin gün Azərbaycan Silahlı Qüvvələrinin güclü əks-hücumu nəticəsində Füzuli rayonunun 22 yaşayış məntəqəsi,  cümlədən Horadiz şəhəri erməni silahlı qüvvələrindən azad edildi.
Bütün bunlar onu deməyə əsas verir ki, bu gün Azərbaycan Ordusunun möhtərəm Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, yenilməz iradəsi əsasında qəhrəmanlıq tarixini yazması möhkəm təmələ əsaslanır. 30 ilə yaxın müddətdə münaqişənin sülh yolu ilə həlli istiqamətində məqsədyönlü addımlar atan, tarixi faktlar, real həqiqətlər əsasında Dağlıq Qarabağ probleminin əsl mahiyyətini dünya ictimaiyyətinə çatdıran möhtərəm Prezidentimiz İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayıl şəhərini və Cəbrayıl rayonunun doqquz kəndini işğaldan azad etməsi münasibətilə xalqa müraciətində bəyan etmişdir: «Biz istəyirdik ki, bu məsələ danışıqlar yolu ilə həll olunsun, səbir göstərirdik. Danışıqlarda həmişə ədalətli mövqedə olmuşuq, bizə mənsub olanı istəmişik. Başqasının torpağında heç vaxt gözümüz olmayıb. Amma demişik ki, bu bizimdir, xalqımızındır, millətimizindir, bizə qayıtmalıdır, danışıqlar yolu ilə qayıtmalıdır. Amma bu danışıqlar faktiki olaraq münaqişənin dondurulmasına gətirib çıxarmışdır. Yəni, buna hesablanmışdır. Otuz il ərzində danışıqlar gedə bilərmi?! Otuz il ərzində Azərbaycan xalqını belə vəziyyətdə saxlamaq olarmı?! Otuz il ərzində biz ümidlə yaşayırdıq ki, beynəlxalq birlik bu məsələni həll edəcək. Bu məsələnin həlli ilə məşğul olan ölkələr, beynəlxalq təşkilatlar öz sözünü deyəcək. Dünyanın ən ali beynəlxalq orqanı – BMT Təhlükəsizlik Şurası öz qətnamələrinin yerinə yetirilməsi üçün səy göstərəcək. Bu qətnamələr 27 ildir kağız üzərindədir.»
Cənab İlham Əliyevin qeyd etdiyi kimi, münaqişənin həlli üçün möhkəm hüquqi baza mövcuddur. Amma qəbul olunan qərar və qətnamələr icra edilmir, işğalçı dövlət beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymur. Belə olan təqdirdə münaqişənin danışıqlar yolu ilə həllini gözləməyə ehtiyac varmı? Ermənistan açıq-aşkar danışıqların uzanmasında, yeni müharibə planlarının həyata keçirilməsində maraqlı olduğunu nümayiş etdirir. Amma dünya yenə də əvvəlki ənənəsinə uyğun olaraq seyrçi mövqedə dayanır. Əgər 30 ilə yaxın müddətdə, necə deyərlər, evin ərköyün uşağına çevrilən Ermənistan hələ 30 il bundan sonra da bu diqqət və qayğı ilə əhatə olunacaqsa, imitasiya naminə danışıqların aparılmasına ehtiyac varmı? Münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri vəzifələrini regiona nəticəsiz səfərlərdə görür, əsas məsuliyyəti tərəflərin özlərinin üzərinə qoyur. 
Yazının əvvəlində də qeyd etdiyimiz kimi, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq problemə çevrilməsi onun həlli prosesinin uzanmasına səbəb oldu. Ümummilli lider Heydər Əliyev bildirirdi ki, münaqişə tərəflərin özünə qalsaydı, öz aralarında daha asan, ədalət prinsipi əsasında çözülməsi mümkün idi. Amma beynəlxalq problemə çevrilməsi, hər bir dövlətin münaqişənin həlli prosesinə öz maraqlarından yanaşması nizamlanma prosesinə mənfi təsir göstərir. Bu gün diqqət yetirsək həmsədr dövlətlərin neytrallığı qorumadığını, birtərəfliliyə meyil göstərərək işğalçı Ermənistanı dəstəklədiklərini görərik. Dövlətimizin başçısı İlham Əliyev «Əl-Ərəbiyə» televiziya kanalına müsahibəsində bildirmişdir ki, ATƏT-in Minsk qrupunun nümayəndələri ilə son illər ərzində təmaslarımda bizim fikir mübadiləsi aparmaq imkanımız oldu və nə mən, nə də onlar danışıqların irəli aparılması üçün nəyin edilməsinin mümkün olduğunu bilmirdik: «Çünki bildiyiniz kimi, danışıqlar prinsipləri və danışıqlar formatı müəyyən olunmuşdur. Bu, Azərbaycan tərəfindən birtərəfli qaydada müəyyən olunmamışdır. Bu, vasitəçilər tərəfindən təklif olunmuşdur və iki ölkə - Azərbaycan və Ermənistan tərəfindən qəbul olunmuşdur. Danışıqların formatı Azərbaycan və Ermənistandır, bu, iki ölkə arasında münaqişədir. Ermənistanın baş naziri bu formatın qəbuledilməz olduğunu və Azərbaycanın Ermənistanın özü də daxil olmaqla heç bir dünya ölkəsinin tanımadığı qondarma “Dağlıq Qarabağ respublikası” ilə danışıqlar aparılmalı olduğunu dedi. Bu, danışıqları pozmaq üçün qəsdən edilmiş bir hərəkət idi, çünki o, bilirdi ki, nə biz, nə də vasitəçilər bunu qəbul etməyəcək. Vasitəçilər - Rusiya, Amerika Birləşmiş Ştatları və Fransa bunu rədd etdilər. Sonra o dedi ki, “Qarabağ Ermənistandır”. Bunu onun sələflərindən heç biri əvvəllər deməmişdi. Onların heç biri. Çünki bu, danışıqların sonu deməkdir.»
Ermənistanın son təxribatları açıq-aşkar müharibədə maraqlı olduğunu təsdiqlədi. Amma dünya susmaqla hadisələrin daha da dərinləşməsinə rəvac verdi. «Biz nə etməli idik» sualına cavab olaraq dövlətimizin başçısı cənab İlham Əliyev bildirir ki, biz özümüzü müdafiə etməli idik. Biz məhz bunu etdik və ərazi bütövlüyümüz bərpa olunanadək biz bunu edəcəyik. Təcavüzkar daha da azğınlaşıb. Onun tamahı daha da böyüyüb, bizim dədə-baba torpağımıza göz dikib. Nəticədə işğal edilmiş bütün torpaqları qondarma “Dağlıq Qarabağ respublikası”na aid edib, yeni xəritələr dərc edib və bu xəritələrdə işğal edilmiş bütün ərazilər Dağlıq Qarabağ kimi təqdim edilir. 
Rəsmi Bakı ən yüksək tribunalardan bəyan edir ki, bir qarış torpağımızı belə düşmənə verməyəcəyik. Bu gün cəbhə bölgəsində Azərbaycan Ordusunun şücaəti bunu bir daha təsdiqləyir. Neçə-neçə yaşayış məntəqələrimizin, strateji yüksəkliklərimizin işğaldan azad edilməsi, eyni zamanda, 27 ildir işğaldan azad olunması üçün ədalətli mövqe gözləyən Cəbrayıl şəhərinin və rayonun xeyli sayda kəndinin azad edilməsi Azərbaycan dövlətinin, möhtərəm Prezidentimiz İlham Əliyevin qətiyyətini, yenilməz siyasi iradəsini, Dağlıq Qarabağ probleminin həllində dəyişməz mövqeyini bir daha təsdiqlədi. 
Yazının əvvəlində Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə hərbi paradda dövlətimizin başçısı İlham Əliyevin böyük əminliklə söylədiyi fikirləri səbəbsiz yerə xatırlamadıq. Bu gün həmin istəklər, arzular reallaşır, xalqımızın torpaq həsrətinə son qoyulur. 
Yaxın günlərdə Azərbaycan dövlət müstəqilliyinin yenidən bərpa olunmasının 29-cu ildönümünü qeyd edəcək. Bu tarixi günü torpaqlarımızın tamamilə işğaldan azad olunacağı sevinci ilə qeyd edəcəyimiz artıq heç kəsdə şübhə doğurmur. Azərbaycan möhkəm nizam-intizamı, yüksək döyüş ruhu ilə seçilən, düşmənə sarsıdıcı zərbə vurmağa qadir olan ordusu ilə fəxr edir.
Prezident İlham Əliyev dəfələrlə çıxışlarında bəyan edib ki, erməni işğalının və müharibə vəziyyətinin davam etdiyini nəzərə alaraq bizim qarşımızda duran əsas vəzifə hərbi kadrların peşəkarlıq səviyyəsini artırmaq, ölkənin müdafiə potensialını möhkəmləndirmək, ordumuzun gücünü və hərbi qüdrətini daim yüksəltməkdir. Bu isə Azərbaycan Ordusunun torpaqlarımızı işğaldan azad etməsi üçün başlıca şərtdir. Ali Baş Komandan İlham Əliyevin apardığı ardıcıl siyasətin, ordu quruculuğuna daimi diqqət və qayğısının məntiqi nəticəsidir ki, Azərbaycan Ordusu müasir silah-sursat, döyüş texnikası, onların keyfiyyəti, şəxsi heyətin sayı və döyüş əzmi baxımından düşmən ordusunu dəfələrlə qabaqlayır, dünyanın aparıcı 50 ordusu sırasındadır. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil edilən rəsmi qəbuldakı nitqində möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi bu fikirləri də yada salmaq istərdik: "1918-ci ildə Azərbaycan Ordusunun yaradılması haqqında qərar veriləndə, yəqin ki, Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları heç təsəvvür edə bilməzdilər ki, bu gün Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında olacaq. Bizim ordumuzun həm maddi-texniki təchizatı, həm də döyüş qabiliyyəti ən yüksək səviyyədədir. Biz bunu döyüş meydanında sübut edə bilmişik. Azərbaycan Ordusu işğal altında olan torpaqların bir hissəsini iki il bundan əvvəl işğalçılardan azad etmişdir. Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsi işğalçılardan azad edildi. Azad edilmiş o torpaqlara Azərbaycan vətəndaşları qayıtmışlar. O torpaqlara həyat qayıtmışdır və bunu Azərbaycan dövləti etdi, Azərbaycan Ordusu etdi. Güclü ordu müstəqilliyimizin əsasıdır, təhlükəsizliyimizin qarantıdır.»
Bu gün müstəqil dövlətimiz hər bir Azərbaycan vətəndaşının qürur mənbəyidir. Bu uğurlar ulu öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir. Yaxın günlərdə işğalçı dövlətə və onun havadarlarına sübut edəcəyik ki, qüdrətli ordusu, qətiyyətli Prezidenti, Onun ətrafında sıx birləşən xalqı olan ölkə heç zaman məğlubiyyətlə barışmayacaq. Tezliklə qələbələrimizi bir-birinin ardınca sıralayacaq, Azərbaycan Ordusunun malik olduğu imkanların təqdimatında əhəmiyyətli rol oynayan növbəti hərbi paradın işğaldan azad edilmiş Qarabağda keçirilməsinə nail olacağıq! Cəbrayıl şəhəri və Cəbrayıl rayonunun doqquz kəndinin işğaldan azad edilməsi münasibətilə bütün Azərbaycan xalqını ürəkdən təbrik edən möhtərəm Prezidentimiz İlham Əliyev bildirmişdir ki, dörd il bundan əvvəl Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi yenidən qurulmağa başlamışdır. Uğurlu əməliyyat nəticəsində azad edilmiş yüksəkliklər imkan verdi ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə sakinlər qayıtsınlar. Cocuq Mərcanlı bizim yenilməz iradəmizin rəmzidir. Cocuq Mərcanlı təcrübəsi onu göstərir ki, heç vaxt Azərbaycan xalqı işğalla barışmayacaq və bizim işğal edilmiş digər torpaqlara qayıdışımız məhz Cocuq Mərcanlıdan başlamışdır. Cənab İlham Əliyev, eyni zamanda, bildirmişdir ki, biz bu gün xalqımızın və dövlətimizin yeni tarixini yazırıq, şanlı tarixini yazırıq. Biz bu gün tarixi ədaləti bərpa edirik. Çünki Qarabağ torpağı bizim əzəli tarixi torpağımızdır: «Biz haqq-ədalət tərəfindəyik. Biz tarixin ən şərəfli anlarını yaşayırıq. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında bugünkü hadisələr xüsusi yerdədir. Biz ədaləti bərpa edirik, ərazi bütövlüyümüzü bərpa edirik, Azərbaycan xalqının ümidlərini doğrulduruq və bundan sonra da doğruldacağıq. Biz haqlıyıq, biz zəfər çalacağıq! Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!»

Vüqar Rəhimzadə,

115%;font-family:"Tahoma","sans-serif";color:windowtext">Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü,
«İki sahil» qəzetinin baş redaktoru,
Əməkdar jurnalist




Oxşar xəbərlər
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 14:43
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 14:48
“Qarabağ”ın oyununda qadın hakimlər
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 14:56
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 14:43
"G7 ölkələri Aİ-nin Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi təşəbbüsünə dəstək verəcək" - "Reuters"
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 14:48
“Qarabağ”ın oyununda qadın hakimlər
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 14:56
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB