\"Bizdən daha ciddiydilər, bizdən daha fədakardılar, bizdən daha uzaqgörəndilər...\"
Oxunub: 1508
28 May 2020 | 14:35
\
Azərbaycan xalqının diriliş gününü, xalqın öz siyasi şəxsiyyətini qazandığı günü şükranlıqla anmamızın əsas səbəbi budur ki, bu günü bu millətin o zamankı nəsli olmayan siyasi coğrafiya, olmayan ordu, olmayan dini təsisat, olmayan paytaxt, olmayan ədəbi dil amilləri üzərindən icad edə bildilər. Hər tərəfdən caynaq atılmış tarixi Vətənimiz vardı, bu Vətənə şəxsiyyət qazandıran dövlətimiz yoxdu. Rus ordusundan qalan bir neçə generalımız vardı, qaçaqlarımız, qoçularımız vardı, lakin əsgərimiz yoxdu. Bizi bir ərazini dolduran kütlədən hürr bir dövlətin vətəndaşı mərtəbəsinə yüksəldən bu günün lazımınca dəyərini verdiyimizi düşünmürəm. Bu böyük bir kəşf idi, bu heç bir ciddi dövlət təcrübəsi olmadığı halda şəraitin qısa müddətdə müdrik siyasətçilərə və dövlət adamlarına çevirdiyi Məhəmməd Əmin bəyin, Əlimərdan bəy Topçubaşının, Fəthəli Xan Xoyskinin, Nəsib bəy Yusifbəylinin, Üzeyir bəy Hacıbəylinin, Xosrov bəy Sultanovun, Mustafa bəy Vəkilovun, Həsən bəy Ağayevin, Behbud bəy Cavanşirin və adını çəkməklə səhifələrin dolub daşacağı minlərlə adlı və adsız qəhrəmanların sayəsində mümkün oldu. Bu dövlət ideyasının arxasında savadlı, müasir dünyagörüşlü xalq yoxdu, ixtisaslaşmış ziyalı təbəqəsi formalaşmamışdı, xurafatın, cəhalətin tüğyan etdiyi bir məmləkətdə ayrı-ayrı Vətən fədaisi olan şəxsiyyətlərin çiynində ucalırdı bu Azadlıq abidəsi. Bu abidənin tamamlanmasında şəksiz rolu olan iki böyük şəxsiyyəti də burada xüsusi olaraq qeyd etməliyik: Milli qəhrəmanımız Nuri Paşa və onun siyasi müşaviri, Azərbaycan tarixinin ən böyük mütəfəkkiri, "Difai"nin qurucusu Ahməd bəy Ağaoğlu.
Maraqlıdır ki, Çar Rusiyasının dağıntıları arasından boy göstərən milli hərəkatın yetişdirdiyi masştabda və hazırlıqda ötən əsrin 80-ci illərində Sovet Rusiyasının dağıntıları arasından boy göstərən milli hərəkat öncüllər yetişdirə bilmədi. Onlar dünya siyasətini daha dərindən oxuya bilən şəxsiyyətlər idi, bizim nəsil bu siyasətə duyğusal baxışımızla tarixin gedişini doğru dəyərləndirə bilmədi. Onlar həkim Xosrov bəy Sultanovu sərkərdə kimi kəşf edib Qarabağı qoruya bildilər, bizim nəslin içindən o zəkada hərbi liderlər də ortaya çıxmadı və yalnız Qarabağın köksümüzdəki əbədi dağını qoruyub saxlaya bildik. Bu əlbəttə ciddi təhlil mövzusudur, səbəbləri doğru araşdırılmalıdır, ancaq bütün hallarda "müstəqilliyin qorumağaı bacarmadılar" yarlığını o kişilərin üzərindən asanların ən azı tarix bilgisi və anlayışı sıfır səviyyəsindədir, deyə düşünürəm. Onlar mümkün olandan qat-qat artığını etdilər. Onlar bütün alternativlərdə uduzmalı idilər. Çünki bolşeviklərin istədiyini, Denikin də istəyirdi, Kolçak da istəyirdi, Vrangel də! Gürcüstanın müstəqilliyinə təminat verən, Ermənistanın müstəqilliyinə təminat verən böyük dövlətlər onları da qoruya bilmədilər. Azərbaycanın müstəqilliyinə tam təminat verən dövlət Osmanlı idi, 1918-ci ildə ingilislərin təkidi ilə bölgədən çəkildikdən və 1920-ci ildə artıq özləri işğala məruz qaldıqdan sonra bizim yetimliyimizin bədəli bu cür də ödənməli idi. Ancaq müstəqilliyimizin öndərləri milli dövlətin abidəmizin bolşevik qan qırmızısı ilə boyanmasının qarşısını ala bilməsələr də, onun təməlinin qazılmasına imkan vermədilər. Bunu həm də dünyanın ən ağır vaxtlarında mühacirətdə ac-susuz qalaraq, ailələrini Stalinin adamyeyən maşınınn önündə girov saxlayaraq etməli oldular. Onlar müstəqilliyin bədənini itirsələr də üçrəngli bayrağın içində qorunan ruhunu təslim etmədilər, onu yenidən həmin bədənə qaytarmaq üçün usanmadan çalışdılar. Məhəmməd Əmin bəy Torpaq-Vətən anlayışını Şəxsiyyət-Vətən anlayışına çevirərək, Azərbaycanı bu ölkədən o birinə daşıdı, ona üçrəngli bayrağın dalğasından doğan rüzgarla yaşam verdi. Ona görə bu sıradan bir gün deyil, ruhani bir məqamdır, düşünmək anıdır, zikr fürsətidir. Əldə etdiyi nemətin dəyərini bilməyən xalqlar ya onu ucuz satacaqlar, ya da əllərindən yerə salıb sındıracaqlar, param-parça edəcəklər. İnsanlar nəyi qoruduğunu bilməlidirlər, insanlar bu nemətin üzərində böyük insanların haqlarını qədim əlyazılarını oxuduqları çətinliklə də olsa oxmalıdırlar. İnanın ki, o insanların dili bizim dil deyil, onların xarakteri bizim xarakter deyil. Bizdən daha ciddiydilər, bizdən daha fədakardılar, bizdən daha uzaqgörəndilər. Biz onların zəmini üzərinə qayıtmalıyıq, onların ciddiliyi üzərinə qayıtmalıyıq və onların dilini bərpa etməliyik. Müstəqilliyin bir nemət olaraq dəyərini Quran avazı kimi deyil, Quran mənası və əxlaqı kimi mənimsəməyə başlamalıyıq. Məşhur bir deyim var, özəlliklə də şairlər bunun üzərindən maraqlı aforizmlər yaratmışlar. İnsanların çoxu zəruri olana deyil, əsasən artıq, əlavə olana çox can atırlar. Çörək zəruridir, gül əlavə, artıq. Yəni gülsüz yaşamaq olar, çörəksiz yox. O yerdə ki, gül çörəkdən bahalıdır, orada dəyərin deformasiyası mövcuddur. Bizdə də belədir, bir gülün qiyməti bir çörəkdən bahadır. Müstəqilliyə də ilk öncə zəruri olan dəyər kimi baxmalıyıq. Olmasa öləcəyimiz, çürüyəcəyimiz bir qida kimi baxmalıyıq. Güllə bağlı romantikamızı da qorumalıyıq, lakin unutmayaq ki, zəruri olan çörəkdən sonra gələn əlavədir, artıqdır.
Müstəqilliyimizi keçici gül ətri kimi duymayaq, qalıcı çörək ətri kimi canımızda hiss edək. O zaman mütləq qoruyacağıq, çünki müstəqillik özümüzü qorumanın ilk şərtidir. Müstəqilliyi qorumaq həm də özümüzü qorumaq deməkdir.
Himnimizin sonunda dörd dəfə "Azərbaycan" sözü təkrarlanır. Şahidlər söyləmiş ki, Məhəmməd Əmin bəy şəhidlik məqamına qovuşduğu anlarda üç dəfə "Azərbaycan!" söyləyərək canını tapşırmış. Duyumum onu deyir ki, həmin dördüncü "Azərbaycan", bizim nəslin yaşadığı Azərbaycandır. Dördüncü "Azərbaycan"ı Məhəmməd Əmin bəyin şəhadəti zamanı söylədiyi həmin üç "Azərbaycan"a hökmən bağlamalıyıq ki, müstəqillik ritmimiz heç vaxt pozulmasın.

Fazil Mustafa, Millət vəkili
Oxşar xəbərlər
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
17 May 2024 | 21:20
SOCAR-ın vitse-prezidenti OGDC-nin Rəhbər Komitəsinin sədri seçilib - FOTO
17 May 2024 | 21:18
Fariz Rzayev Strasburqda Azərbaycandakı mina təhlükəsindən danışdı
17 May 2024 | 21:14
İsrail qüvvələri Qəzzanın Cəbəliyə bölgəsində üç israilli girovun meyitini tapıb
17 May 2024 | 21:13
Şəmkirdə qəza olub, ölən və xəsarət alanlar var
17 May 2024 | 21:11
“Yuventus” klubunun yeni baş məşqçisinin kim olacağı bilindi
17 May 2024 | 21:10
Aİ Azərbaycan və Ermənistan arasında imzalanan protokol üzrə əldə edilmiş irəliləyişi alqışlayıb
17 May 2024 | 21:08
Slovakiyanın baş nazirini gülləyən şəxs sabah məhkəmə qarşısına çıxarılacaq
17 May 2024 | 20:57
“Onun bu planları Rusiyanı narahat edirdi...”- Akif Nağıdan tariximizə fərqli baxış
17 May 2024 | 20:51
Həftədə neçə dəfə ağrıkəsici qəbul edə bilərik? - Nevroloq
17 May 2024 | 20:44
Azərbaycanda məşhur şairin şirkətinin milyonlarla borcu var
17 May 2024 | 20:42
20 illik araşdırmaların nəticəsi açıqlandı: bu cür qidalanmaq ömrü uzadır
17 May 2024 | 20:37
Əfqan Baxışov yüksək vəzifəyə TƏYİN OLUNDU
17 May 2024 | 20:23
Azərbaycan və Belarus prezidentləri Şuşada birgə nahar ediblər
17 May 2024 | 20:09
Kartof əvəzinə bu tərəvəzdən istifadə edin - 70 dəfə daha faydalıdır
17 May 2024 | 20:06
Litva Ukraynaya radar sistemləri verəcək
17 May 2024 | 19:58
Rusiya Baş nazirinin müavini: Şimal-Cənub dəhlizi Süveyş kanalına alternativdir
17 May 2024 | 19:56
Efirdə DAVA DÜŞDÜ: "Sənin tikilmiş ağzın bağlansın" - VİDEO 
17 May 2024 | 19:50
Türk və erməni nazirlər tarixi körpünün bərpasını müzakirə etdi
17 May 2024 | 19:47
Prezidentlər Füzuli şəhərinin Baş planı ilə tanış olublar - YENİLƏNİB
17 May 2024 | 19:46
Belarus Prezidenti Aleksandr Lukaşenkonun Azərbaycana dövlət səfəri başa çatıb - FOTO
17 May 2024 | 19:42
Baş direktor Horadiz şəhərində vətəndaş qəbulu keçirib
GÜNLÜK
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 13:41
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 13:50
“Pulumuzu Parisdə xərcləyib Moskvaya döndük...”  
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 13:38
İntim videolar çəkən polkovniklə bağlı ŞOK AÇIQLAMA
17 May 2024 | 13:35
"Nədən Ukrayna Silahlı Qüvvələri Xarkov şəhərinin atəşə tutulmasını dayandıra bilmir?" - ISW
17 May 2024 | 14:31
Pensiya və müavinətlər nə qədər artacaq? - Vahid Əhmədov açıqladı
17 May 2024 | 14:08
Brejnevə qarşı üsyana qalxan birinci katib – DTK onu mehmanxanada “zərərsizləşdirib...”
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 13:41
Aleksandr Lukaşenko Şuşaya traktor bağışlayıb
17 May 2024 | 14:28
Milli Məclisdən Lüksemburqa ETİRAZ 
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL