Taurin haqqında nə bilirik?  Və süni taurin tərkibli enerji içkilərinin zərərləri
Cəmiyyət
1816
14 May 2020 | 15:47

Taurin haqqında nə bilirik? Və süni taurin tərkibli enerji içkilərinin zərərləri

Bildiyiniz kimi insan bədəni hüceyrələrdən ibarətdir və insan bədəninin quruluşunun əmələ gəlməsində böyük rolu olan hüceyrələrin təməli də zülallardır. Hüceyrə sitoplazmasında həll olunan zülallar, böyüməmizdə, inkişaf etməyimizdə, əzələlərin quruluşunda, immun sisteminin gücləndirilməsində, yaraların tez sağalmasında və.s rolu vardır. Vücudumuz üçün bu qədər vacib olan zülalların da təməl daşı amin turşularıdır. Vücudumuza daxil olan zülallar parçalanaraq amin turşusuna çevrilir və taurin də bu amin turşularından biridir.Taurinin əsas amin turşularından fərqi onun 'şərti amin turşusu' olmasıdır. Əsas amin turşuları bədən tərəfindən istehsal oluna bilmədiyi üçün qida ilə alınmalıdır .Ancaq insan orqanizmi taurini istehsal edə bilər.İnsan bədənində də istehsal olunan bu amin turşusunu bəzi qida məhsulları vasitəsilə də almaq mümkündür.Elmi araşdırmalara görə taurinin fiziki və zehni fəaliyyətin yaxşılaşdırdığını göstərir.Taurin, beyində, sümüklərdə, ürək əzələlərində və qan hüceyrələrində də var.İlk dəfə 1827-ci ildə Fridrix Tiedermann və Leopold Gmelin tərəfindən bir öküzün öd kisəsindən əldə edilmişdir.Bu səbəbdən də "Taurin” adı latınca "taurus” (öküz ) sözündən götürülüb.xa0


Təbii taurin maddəsi hansı qida məhsullarında var?

1.Yumurta
2.Ağartı məhsulları
3.Qırmızı ət
4.Dəniz məhsulları və.s

Enerji içkilərinə qatılan süni taurin,sağlamlıq üçün zərərlidir.

Təssüflər olsun kixa0 taurini süni olaraq enerji içkilərinin istehsalında da geniş istifadə edirlər.Hər bir enerji içkisində 500 mq-dan tutmuşxa0 1000 mq-dək taurin maddəsi olur ki bu da yüksək doza sayıldığına görə,yuxu pozğunluğuna,əsəb gərginliyinə,ürək qan damar sistemi pozğunluğuna,ürək döyüntülərinin artmasına və.s səbəb olur.Bu barədə xəbərdarlıq ,enerji içkilərinin üstündə mutləq yazılmalıdır . Təəsüflər olsun ki olduğum marketlərdə hansı enerji içkisinin tərkibinə baxdimsa, bu barədə bir enerji içkisindən başqa (Redbull) heç birinin üzərində xəbərdarlıq yazısına rast gəlmədim.Ona görə də enerji içkilərindən istifadə zamanı həkim mütəxəssislər ilə məsləhətləşmək vacibdir.xa0

Onuda qeyd edim ki, Fransa, Danimarka, və Norveçdə energetik içkilərin adi marketlərdə satışı qadağandır. Bu içkilər yalnız apteklərdə satılır. Adı çəkilən ölkələrdə təzyiq və ürək xəstəlikləri olan insanlara bu içkilərin qəbulu qəti sürətdə qadağan olunur.Bizdə də AQTA nin enerji içkilərinə dair sanitariya norma və qaydalarında göstərilir ki, enerji içkilərinin 18 yaşdan aşağı şəxslərə satışı qadağandır.Yaşlılara, hamilə və süd verən qadınlara, diabetdən, ürək fəaliyyətinin pozuntusundan, böyrək çatışmazlığından, hipertonik xəstəliklərdən, sinir oyanıqlığından, yuxusuzluqdan əziyyət çəkən şəxslərə, metabolizm problemi olan insanlara istifadəsi tövsiyə olunmur. Ancaq bu qadağalara nə market sahibləri, nədə sağlamlığını düşünməyən insanlar məhəl qoymur. Ümumiyyətlə enerji içkilərinin qadağan olunması və satışdan çıxarılması daha yaxşı olardi.

Ağa Salamov
Azərbaycan milli kulinariya assosiasiyasının idarə heyətinin üzvü,Qida Texnoloqu
Top xəbərlər
Gün
Həftə
Ay
Link kopyalandı!
Son xəbərlər