Səməd bəy Ağaoğlu - Siyasət deyilən dəli köhlənin üstündəki yazıçı
Cəmiyyət
Oxunub: 2767
07 May 2020 | 12:41
Səməd bəy Ağaoğlu  -  Siyasət deyilən dəli köhlənin üstündəki yazıçı
XX əsr Azərbaycan tarixində böyük rol oynayan istiqlalçı nəslin layiqli nümayəndəsi, böyük türk kişisinin oğlu. Azərbaycan aydını, görkəmli ictimai-siyasi xadim, pedaqoq, türkoloq, filosof, jurnalist, yazıçı, Xalq Cümhuriyyətinin banisi Məhəmməd Əmin Rəsulzadənin "ustad" deyib ehtiram göstərdiyi və milli mücadilə hərəkatı tarixinə şərəfli imzasını qoyan unudulmaz "Difai" təşkilatının qurucusu Əhməd bəy Həsən bəy oğlu Ağaoğlunun (1869-1939) şöhrətli övladlarından biri olan Səməd bəy Ağaoğlu. 
Atası Əhməd bəy Ağaoğlu isminin yanında fəxrlə anılan adlar içində onun da adı var. Türkiyənin indi də hörmətlə, ehtiramla andığı Tezər Taşkıranın, Sürəyya Ağaoğlunun, Gültəkin Ağaoğlunun siyasətçi qardaşı. Səməd bəy Əhməd bəy oğlunun 1909-cu ildə Şuşada doğulduğu deyilsə də, bir çox mənbədə onun anadan olduğu şəhər Bakı kimi qeyd edilib. Çar imperiyasının devrilməsindən sonra imperiya özülü üzərində dəhşətli bir yeni sistem quran terrorçu təfəkkürlü rus bolşeviklərinin müstəqil Azərbaycanı işğal etməsi səbəbindən Əhməd Ağaoğlu öz ailəsi ilə Türkiyəyə pənah aparıb, Səməd bəyin də uşaqlığı, gəncliyi, ömrünün qalan hissəsi bu ölkədə keçib. 
O, Ağaoğlu ailəsinin üzvü kimi hələ cavan yaşlarından fəxarət duyduğu bu ölkənin, gənc Türkiyə Cümhuriyyətinin vətəndaşı olaraq yeni qurulan demokratik dövlətin ictimai-siyasi, eləcə də mədəni həyatında fəal iştirak edib, həmçinin bir çox tələbə hərəkatının başında durub. Səməd bəy Ağaoğludan söz düşəndə onun siyasi xadim, dövlət adamı fəaliyyəti önə çəkilsə də, XX əsr Türkiyəsinin bu dəyərli şəxsiyyətinin ədəbiyyatda xidməti və bədii yaradıcılığı da unudulmur. Avtobioqrafik, eləcə də kəskin süjet xəttində, klassik və postmodern janrda, dramatik və romantik üslubda bir sıra bədii əsərin, kənd və şəhər həyatından bəhs edən silsilə hekayələrin müəllifi Səməd bəy Ağaoğlu. 
Türkiyənin azərbaycanlı dövlət xadimi və siyasətçisi Səməd bəy Ağaoğlunun böyük siyasətə gəlişi tələbə dərnəklərindən başlayıb. Onu bu mühitdə yetişdirən əsas amil inqilabi ruha malik, yeni dünya qurmağa can atan türk gəncliyinin odlu-alovlu iddiaları idi. Səməd bəy öncə hüquqşünas, sadə dövlət məmuru olmağı düşünsə də, sonra fəaliyyətini genişləndirməyə qərar verir. Bu gənc millətçi-demokrat ali məqsədlər naminə siyasi meydana atılıb demokratik amallara söykənən dayanıqlı bir çevrə axtarmağa başlayır. Bu yolda istədiyinə çatmaq üçün 1926-1929-cu illərdə Ankaradakı Bəyazid Feyziyə Liseyində təhsilini bitirən kimi böyük həvəslə Avropaya - Fransaya ali təhsil almağa yollanır. Burada Strasburq Universitetinə qəbul olan Səməd bəy hüquq ixtisasına yiyələnir və o dövrlərin ən yüksək təhsil ocaqlarından sayılan bu universiteti bitirib bir müddət xarici hüquq şirkətində çalışır. Lakin Avropada çox qalmır. Gənc kadrların ölkəyə ehtiyac duyduğu çətin bir dövrdə Türkiyəyə dönən Səməd bəy tezliklə dövlət qulluğuna qəbul edilir. Elə həmin ərəfələrdə, 1940-cı illərdə fəal siyasətə qoşulub əvvəlcə Cümhuriyyət Xalq Partiyasını dəstəkləyən, sonra bu siyasi toplumdan uzaqlaşıb Türkiyə Demokrat Partiyasının yaradıcıları sırasında yer alan Səməd bəy 1933-1946-cı illərdə çalışdığı Ticarət və İqtisadiyyat nazirliklərində artıq islahatçı kimi tanınırdı. İşlədiyi hər qurumda idarəyə və məmurlara verdiyi hüquqi məsləhətləri, apardığı islahatları, yeni quruculuqda yaxından iştirakı, maraqlı təklifləri tezliklə Səməd bəyə dövlət səviyyəsində təkliflərin gəlməsinə səbəb olur. Eyni zamanda böyük şirkətlərdən birinin sahibi Səməd bəy Ağaoğluna yüksək məbləğ təklif edərək ona direktorlar şurasına rəhbərlik etməyi təklif edir. Lakin Səməd bəy 1946-cı ildən üzü bəri Türkiyə Cümhuriyyətində baş verən siyasi proseslərə biganə qala bilməyəcəyini söyləyib biznes təklifindən imtina edir. Siyasi həmfikirlərindən dəstək alan, Türkiyə Demokrat Partiyasında nüfuz sahibinə çevrilən Səməd bəy iqtidarı kadr islahatı aparmadığına görə tənqid edib bir zaman onunla eyni cərgədə olanlara qarşı müxalif mövqe tutduğunu açıqlayır. Müstəqil siyasətçi kimi demokratların düşərgəsində olduğunu bəyan edən bu türkçü ziyalı və siyasətçi müasir dünyagörüşü ilə seçilən bir insan kimi böyük xalq kütləsinin dəstəyini alıb, 1950-ci ildə Manisadan millət vəkili seçilir. O, Türkiyə Böyük Millət Məclisində seçicilərinin marağını müdafiə edən siyasətçi, hüquqşünas kimi ad çıxarır. Fəaliyyəti yüksək qiymətləndirilən Səməd bəy Ağaoğlu üç dəfə parlament seçkisində qələbə çalmış Manisa millət vəkili kimi şöhrət qazanır. Az ötmür ki, ona yenidən təklif gəlir, bu dəfə Türkiyənin baş nazirindən. Gəncliyində siyasi meydanlarda birgə yürüdüyü, sonralar tanışlıqları dostluğa çevrilən və Cümhuriyyət Xalq Partiyasının Demokrat Partiyası ilə qurduğu koalisiya hökumətinə rəhbərlik edən baş nazir Adnan Menderes Səməd bəyə onunla işləmək istədiyini söyləyir. Bu sayğını və təklifi dəyərləndirən Səməd bəy dostunun çağırışına məmnun qalıb razılıq verir. Müxtəlif illərdə baş nazir müavini (1950-1952), şalışma naziri (1952-1953), ticarət naziri (1954-1958) və başqa vəzifələrdə çalışan Səməd bəy Ağaoğlu bu dövrlərdə Cümhuriyyətin ən yaxşı dövlət xadimləri sırasında yer alır. Onun çətin və ixtilaflarla dolu bir dövrdə göstərdiyi əzm, siyasi meydanda sonadək mübarizə aparması barədə çox yazılıb.
*** 
Və tarix Türkiyə haqqında daha bir hay-küy doğuracaq hökm verir. 1960-cı ilin 27 mayında Türkiyədə dövlət çevrilişi olur. Hakimiyyəti ələ keçirən hərbçilər Cəlal Bayar-Adnan Menderes hökuməti üzvlərinin demək olar hamısını həbs edirlər. Bu təlatümlü günlər Səməd bəy Ağaoğlunun da taleyinə zindan əzabı bəxş edir. Səməd bəyə öncə ölüm hökmü oxunur. Cəzasını çəkmək üçün dövlət xadimi və yazıçını İmralı həbsxanasına göndərirlər. Bir müddət sonra tanınmış məhbus Kayseri cəza evinə gətirilir. Həbsdə olanda dostu Menderesin edam olunması xəbəri ona pis təsir edir. 1964-cü ildə Türkiyə məhkəməsi xüsusi cinayətləri olmayan Səməd bəy Ağaoğlunun üzərindən ittihamları götürməyə cəhd etsə də, mövcud hakimiyyət buna imkan vermir, lakin elə həmin il siyasətçinin adı amnistiyaya düşür və Səməd bəy azadlığa qovuşur. Sonralar hökumət rəhbərlik səviyyəsində bu ünlü zatdan şifahi üzrxahlıq etsə də, Səməd bəy ömrünün axırınadək hüquqi cəhətdən bəraət ala bilmir. Bir neçə il sonra isə Səməd bəy Ağaoğlu çoxdankı niyyətini gerçəyə çevirir. O, 1967-ci ildə Azərbaycana səfər edir və sovetlərin, məmurların, ziyalıların iştirakı ilə ata yurdu Qarabağa yollanıb Şuşanı, atası Əhməd bəy Ağaoğlunun evini ziyarət edir, dədə-baba qohumları ilə görüşüb onlara qonaq olur. Sovet Azərbaycanından dönəndən sonra isə "Sovet Rusiyası imperatorluğu" kitabını yazıb çap etdirir.
*** 
Ədəbi fəaliyyəti 1940-cı illərdən başlayan yazıçı Səməd bəy Ağaoğlu bədii cəhətdən axıcı dildə qələmə aldığı bir çox iri həcmli əsərlərin, romanların, povest və hekayələrin müəllifidir. Səməd bəyin əsərləri içində daha çox diqqət çəkən onun romanları və memuarları, xatirələridir. 1944-1965-ci illərdə "Strasburq xatirələri", "Hürriyət", "Müəllim Qafur", "Böyük ailə", "Hücrədəki adam", "Qatırın ölümü" əsərləri çap olunandan sonra onun yaradıcılığına maraq artır. 15-dən çox kitabın müəllifi olan Səməd Ağaoğlu "Qüvveyi-milliyyə ruhu", "Dostum Menderes", "İki partiya arasındakı fərq", "Demokrat Partiyasının doğuluş və yüksəliş səbəbləri" adlı siyasi əsərləri ilə də tanınıb.
***
1967-ci ildə Azərbaycandan dönəndən sonra tamamladığı "Sovet Rusiyası imperatorluğu" kitabının böyük bir fəsli Azərbaycana, ata yurdu Qarabağa və Şuşaya həsr edilib. Səməd bəyin iri həcmli sənədli kitabları, atası haqqında, onun məsləkdaşları barədə qələmə aldığı xatirələri bu gün də araşdırmalar üçün etibarlı mənbə ola biləcək əsərlərdir. Səməd bəyin atası Əhməd bəy Ağaoğludan bəhs edən "Atamı xatırlarkən" və "Atamın dostları" adlı kitabları təkcə XX əsrdə Azərbaycanda yaşayan aydınlar barədə yox, həm də türk dünyasının və Türkiyə Cümhuriyyətinin siyasi xadimləri, fikir adamları haqqında dəyərli mənbədir. Əhməd bəy Ağaoğlunun layiqli varisi, ixtisasca hüquqşunas olsa da, siyasətçi və yazar kimi tanınan dövlət xadimi Səməd bəy Ağaoğlu Mustafa Baydar adlı qəzetçiyə verdiyi son müsahibələrinin birində yazıçı və siyasətçi olmaq duyğularının başında insan məfhumunun dayandığını və hər ikisinin ali borcunun insanlara xidmət olduğunu söyləyib. Sənət adamı ilə siyasət adamını müqayisə edən Səməd bəy belə deyirdi: "...Hər adamın çeşidli cəbhələri var. Sənət bu cəbhələrdən biridir. Digər cəbhələrlə sənət cəbhəsi arasında təzadların və ya əlaqələrin olub-olmadığını ancaq hər cəbhəni tədqiq etməklə anlamaq mümkündür". 
O, "Atamın dostları" (Bu əsərdə bütün obrazlar adsız verilir. Müəllif xarakterini cızdığı insanların kimliyini oxucuların tapmasını istəyir.) əsərinin "Qurban baş vəkil" bölümündə XX əsrin panoramında ümid bəslənən şərqli siyasi kişi obrazının dilindən belə yazır: "Siyasi həyat dünyanın hər yerində odlu köynəkdir! Xüsusilə Şərqdə! Hər özündən deyən igid siyasət deyilən bu dəli köhlən atın üstündə duruş gətirə bilməz..."
Dostoyevskinin dünyanın ən böyük yazıçısı olduğunu, bütün qələm əhlinin onun təsiri ilə yazdığını, fəqət dahi Dostoyevskinin Balzakın təsirindən heç zaman qurtulmadığını deyən Səməd bəy Ağaoğlu ən uğurlu əsərlərindən olan "Qatırın ölümü" hekayəsində heyvani əzabların vəhşi xislətli insan üçün vəhşi bir zövq olduğunu deyir. Dostoyevskisayağı hekayə yazmaq istədiyini danmayan Səməd bəy Ağaoğlunun "Qatırın ölümü" hekayəsinin sonluğu da qəribədir: "...Qorxum yox daha. Qərib xəyal var. Mədənin astanasındayam. Bütün işçilərim orada. Səndələyə-səndələyə onlara doğru addım atıb yerə yıxılıram. Məni qaldırmağa çalışırlar. Üzümə baxırlar, bilirlər ki, gecdir. Dodaqlarımda ixtiyarsız bir gülüş. Öldüyümü görürlər..." 

Oqtay Qorçu
Oxşar xəbərlər
14:32, Bu gün
"Ah, bu yazıçılar!" Sanki əmindirlər ki, biz hər şeyi baş-ayaq görürük, dəyərlərimiz də yalançı dəyərlərdir
14:29, Bu gün
Azərbaycanda zəhərli hörümçəklər satışa çıxarıldı
14:27, Bu gün
Azərbaycan - Cənubi Qafqazın lideri və sülhün qarantı
14:25, Bu gün
Bu gün Zəngilanda yeni inşa olunan məscidin açılışı olacaq
14:22, Bu gün
İlham Əliyev və Mehriban Əliyeva Zəngilan rayonunda “Ağalı” hotelinin açılışında iştirak ediblər
14:20, Bu gün
Gənc boksçularımız Macarıstandan iki medalla dönürlər
14:17, Bu gün
Bakının ortasında “ermənikənd” necə qondarıldı?.. -Səbəb yenə Rusiya və neft...
14:15, Bu gün
Filippində zəlzələ oldu
14:14, Bu gün
Mikayıl Cabbarov: "Yeni istehsal müəssisəsinin yaradılması bölgənin inkişafına töhfə verəcək"
14:13, Bu gün
Qaxa dolu yağıb, yağış suları həyətlərə dolub
14:12, Bu gün
Qara dənizdə gəmi batıb
14:09, Bu gün
Sabah Azərbaycan və İran “Qız Qalası” hidroqovşağını işə salacaq
14:02, Bu gün
Türkiyəli jurnalist: "Fransanın Azərbaycanla bağlı verdiyi açıqlamalar olduqca uyğunsuzdur"
13:56, Bu gün
Azərbaycanda 8 vəkil cəzalandırıldı
13:49, Bu gün
Lamiyə Vəliyeva 3-cü dəfə dünya çempionu oldu - FOTO
13:43, Bu gün
"Qərb Rusiyanı strateji cəhətdən məğlub etmək mövqeyində dayanıb" - Putin
13:37, Bu gün
Əfv Məsələləri Komissiyasının iclasları yekunlaşır, sənədlər təqdim olunacaq
13:32, Bu gün
Azərbaycan özü üçün yeni olan idman növündə Dünya Kubokuna ev sahibliyi edəcək
13:27, Bu gün
Könülün qətlindən sonra nənəsi də öldü
13:26, Bu gün
Prezident Cəbrayılın Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoydu - FOTO
13:24, Bu gün
DİN-dən xaricdə təhsil almaq istəyənlərə XƏBƏRDARLIQ
13:22, Bu gün
İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoydu
13:19, Bu gün
BDU-da Cəfər Cabbarlının 125 illik yubileyi münasibətilə sərgi-konfrans keçirilib
13:13, Bu gün
Siyasi münasibətlər yeni müstəvidə
13:10, Bu gün
Azay Quliyev Lissabonda beynəlxalq tədbirdə iştirak edəcək
13:07, Bu gün
Bakıda işlədiyi evlərdən oğurluq edən usta saxlanıldı - FOTO/VİDEO
13:04, Bu gün
Audiovizual Şura, MEDİA və AZƏRTAC-ın rəhbərləri Mərakeşdə işgüzar səfərdədir - FOTO
13:01, Bu gün
Mühəndis Qoşunları ötən ay 254 hektardan çox ərazini minalardan təmizləyib - VİDEO
12:56, Bu gün
Bazar gününün HAVASI AÇIQLANDI
12:51, Bu gün
Bakının bitib-tükənməyən avtobus problemi nə vaxt həll ediləcək? - VİDEO
12:45, Bu gün
Rəşad Dağlının qızı əməliyyat olundu
12:38, Bu gün
Fantastik kəşf: “Yadplenetlilərin nəhəng tikililəri” – İnsanlar bunu bacara bilmirlər
12:32, Bu gün
“Torpaqlarımızı erməniyə vermək istəyən məmuru yerli camaat döyüb toyuq damına salmışdı”
12:27, Bu gün
Xüsusi təyinatlılarımız Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər - FOTO
12:22, Bu gün
Bisavad insan siyasətə sürüklənəndə belə olur
12:17, Bu gün
Daxili siyasətdə mühüm gediş - iqtidar-müxalifət dialoqu...
12:12, Bu gün
Azərbaycan və Türkiyəsiz “xoşbəxtlik” xülyası - İrəvana ayrılan pullar nə vəd edir?
12:07, Bu gün
Milli Kitabxanada “18 May - Beynəlxalq Muzeylər Günü” adlı sərgi açılıb
12:02, Bu gün
Trampdan ABŞ müdafiəsi üçün təklif: “İsraildəki sistemə ehtiyacımız var”
11:58, Bu gün
1 pulemyot, 56 avtomat və xeyli sayda silah-sursat - Son bir həftədə... FOTO
11:55, Bu gün
Bakıda kişi nənəsini və arvadını bıçaqladı
11:50, Bu gün
Azərbaycanda fantastik qiymətə maşın nömrələri satılır - Video
11:46, Bu gün
Əməkdar artist övlad itkisindən DANIŞDI: "1 yaşında olanda..." - VİDEO
11:41, Bu gün
Qəbələdə Nohur göl daşdı, istirahət komplekslərinə ziyan dəydi - FOTO
11:39, Bu gün
Azərbaycan nefti bahalaşdı
11:35, Bu gün
Bakının bu cəsarəti Parisi “dəli edir” - Ekspert
11:30, Bu gün
"İqtisadiyyat populizmi sevmir, cənab iqtisadçılar"
11:27, Bu gün
Oğuzda yaşlı qadını döyərək pulunu əlindən alan şəxs saxlanıldı
11:24, Bu gün
Cəlilabadda itkin düşən gənc qız Bakıda tapılıb
11:20, Bu gün
Tarix və mədəniyyətimizin qorunduğu məkanlar - Atropatenadan bu günədək
11:18, Bu gün
Ölkə üzrə IV siniflərdə monitorinq aparılır
11:15, Bu gün
Qacarandan çıxmamaq üçün ailəsini evinə qapadan babanın hekayəsi - VİDEO
11:10, Bu gün
Hərbi Hava Qüvvələrinə yeni komandan TƏYİN EDİLDİ
11:10, Bu gün
Avropa ölkələri Azərbaycandan nə qədər qaz alıb? - SOCAR-dan AÇIQLAMA
11:05, Bu gün
Sabah leysan olacaq, qar yağacaq, çaylardan sel keçəcək - PROQNOZ
11:04, Bu gün
Azərbaycanın millisi Xorvatiya komandasını məğlub etdi
11:00, Bu gün
“Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək” - Kamaləddin Qafarov
10:58, Bu gün
Rusiyadan sonra İsrailə də futboldan qadağa qoyula bilər
10:56, Bu gün
Azərbaycanda universitetlərə attestatla qəbul gözlənilir? - DİM sədri açıqladı
10:53, Bu gün
Roza Zərgərli: “Aftandil İsrafilov mənəvi atam idi, bir çox qadınların adına..."
10:49, Bu gün
Sumqayıtda DƏHŞƏT: binanın qarşısında asılmış meyit tapıldı
10:42, Bu gün
Bu il yüksək prestijli ixtisaslarda keçid balı artırıla bilər
10:35, Bu gün
DİM-in elektron imtahanlar korpusunda ilk kütləvi imtahanlar keçirilir
10:27, Bu gün
Qırğızıstanda kütləvi dava - 29 nəfər...
10:20, Bu gün
DİQQƏT! Bu yağlar qanda laxtalanma riskini artırır
10:15, Bu gün
Müdafiə Nazirliyinin rəhbərliyi hərbi vəzifəlilərə konkret tapşırıqlar verib
10:14, Bu gün
“Özünə yaxın şəxsi nazir qoyub ki, ayrılan pullar ondan xəbərsiz oğurlanmasın...”-Hərbi ekspert
10:05, Bu gün
Bölgələrə güclü yağış və qar yağıb - FAKTİKİ HAVA
10:01, Bu gün
Geomaqnit qasırğası ilə bağlı xəbərdarlıq
09:55, Bu gün
Füzuli və Azərbaycan musiqisi - MƏQALƏ
09:47, Bu gün
Göyçayda arxın kənarını təmizləyən şəxs yıxılaraq ölüb
09:41, Bu gün
Qəzzada atəşkəs danışıqları dayandırılıb
09:23, Bu gün
Mədəniyyət paytaxtına böyük qayıdışın ilk ayaq səsləri - Şuşadan REPORTAJ
09:19, Bu gün
XƏBƏRDARLIQ - Mayın 22-dən 25-dək...
09:11, Bu gün
Bu evlərə “kupça” verilir – RƏSMİ 
09:00, Bu gün
Yasin Qarayev: “Ramiz Məlik deyirdi ki, milli teatr bir dənə olur, sizin teatra bu status verilə bilməz"
08:58, Bu gün
ABŞ və İranın yüksək rütbəli rəsmiləri arasında gizli görüş keçirildi...-İsrail mediası
08:49, Bu gün
Qurban Qurbanovun VAR-a əcnəbilərin dəvətinə münasibəti: “Heç xoş qarşılamadım”
08:39, Bu gün
Hakimiyyətdə kimlərin övladları nə işlə məşğuldur?
08:30, Bu gün
Paşinyan axşamkı partiya iclasında keşiş Baqratın hərəkatı haqda bir söz də demədi...
08:20, Bu gün
10 dərdə dərman – Armud şirəsi
08:00, Bu gün
Kardioloqdan XƏBƏRDARLIQ: Telefonda 30 dəqiqədən çox danışmaq...
07:50, Bu gün
“Microsoft”dan köhnə kompüterlər barədə qadağa
07:40, Bu gün
Kommunistlər də keşiş Baqratın hərəkatını dəstəklədi...-SSRİ-nin bərpasını xəyal edirlər...
07:39, Bu gün
Fransada terror aktları hazırlamaqda şübhəli bilinən iki nəfər saxlanılıb
07:20, Bu gün
Yaşıl kartofu yemək çox təhlükəlidir – Həkim
07:08, Bu gün
Tarixin ən məşhur qadın mafiyaları - Onlar hansı cinayətləri törədiblər?
06:42, Bu gün
"Ukrayna dronlarının zərbələri Rusiyanı yanacaqsız qoya bilər..."-Hərbi ekspert
17 May 2024 | 23:27
HƏMAS lideri Yəhya Sinvar harada gizlənib?..
17 May 2024 | 23:18
“Ümid edirəm ki, proses yarımçıq qalmayacaq və imitasiya olmayacaq” - Əli Orucov
17 May 2024 | 23:07
Aİ Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesi çərçivəsində irəliləyişi alqışlayır
17 May 2024 | 22:37
"Putin gözəl bilir ki, nüvə silahını tətbiq edərsə, cavab sarsıdıcı olacaq və NATO savaşa girəcək"
17 May 2024 | 22:34
Hikmət Hacıyev ABŞ Prezidentinin müşaviri ilə görüşüb - FOTO
17 May 2024 | 22:34
BDU tələbəsi magistratura imtahanında ölkə birincisi oldu
17 May 2024 | 21:43
"Putinlə Si sülh barəsində üzdə boşboğazlıq edərək müharibəyə hazırlaşır" - "The Telegraph"
17 May 2024 | 21:42
Gəncədə 26 yaşlı gənc dəm qazından boğulub
17 May 2024 | 21:41
İsrail ordusu "Hizbullah"ın infrastrukturuna yeni zərbələr endirib
17 May 2024 | 21:26
Dünyanın ən uzun aclığı: 382 gün
17 May 2024 | 21:25
Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - VİDEO
17 May 2024 | 21:23
İmtahandan əvvəl bunları YEYİN
GÜNLÜK
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 14:48
“Qarabağ”ın oyununda qadın hakimlər
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 14:56
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
HƏFTƏLİK
12 May 2024 | 22:42
"Elə toy olub ki, 8 dəqiqə oturmuşam, heç oynamamışam”
16 May 2024 | 11:09
25 min məcburi köçkünün “çörəkpulu” kəsildi - QAÇQINLIQ DÖVRÜ BİTDİ...
12 May 2024 | 13:00
Abramyan bilmədən sirri açdı: Bu xəritə gizlədilir!
14 May 2024 | 10:09
ŞİKAYƏT: “Məlikov adına xəstəxanaya sağ gedən ölü çıxır, həkimlər yaxınlarını növbəsiz içəri keçirir”
14 May 2024 | 21:21
Mahsun Kırmızıgül: “Bakıdakı bütün evlər mənimdir”
11 May 2024 | 16:07
Müğənni Ziba Osmanlı ağır qəza törətdi: 2 azyaşlı uşağı ağır vəziyyətdə qoyub hadisə yerindən qaçıb - FAKT
11 May 2024 | 20:25
Prezident İlham Əliyevin illər öncə etdiyini ABŞ indi edir: “Bu, vacib imiş!”
16 May 2024 | 21:20
"Bircə o qalıb ki, Zaxarova şəxsən gəlib keşiş Baqratla birgə İrəvandakı aksiyalara qatılsın...”
11 May 2024 | 20:25
Bakıda yeni salınmış məhlədə ağaclar məhv olur? - FOTO
12 May 2024 | 19:07
2 azyaşlı uşağı vuraraq hadisə yerindən qaçan ifaçı SÖYÜŞ SÖYDÜ
AYLIQ
17 May 2024 | 15:54
Bəzi bölgələrə qar yağıb, Daşkəsənə dolu düşüb - YENİLƏNİB
17 May 2024 | 17:25
Sürücülərin NƏZƏRİNƏ: Bakıdakı əsas körpülərdən biri BAĞLANIR - FOTO (Yenilənib)
17 May 2024 | 15:33
Niyə 1976 xəritəsinə razı olduq? Göyçə masadadır? - Sensasion DETAL
17 May 2024 | 15:03
Millət vəkili Fransaya səsləndi: “Əgər sifətin əyridirsə, güzgünü qırmaqla, iş bitməz”
17 May 2024 | 17:46
“Onların həyatları da oxşar idi...”- “Ögey ana”-nın Cəmiləsi-FOTO+ÖZƏL
17 May 2024 | 14:48
“Qarabağ”ın oyununda qadın hakimlər
17 May 2024 | 15:45
“Böyük Qayıdış arzuları” kompozisiyası maraqla qarşılanıb - FOTOLAR
17 May 2024 | 15:19
Azərbaycanın axtarışa verdiyi Mehdi Xəlilbəyli Bakıda HƏBS OLUNDU
17 May 2024 | 14:56
80 manat alan neçə müharibə veteranı var? - Rəsmi CAVAB
17 May 2024 | 15:43
Leysan olacaq, dolu düşəcək - XƏBƏRDARLIQ